ABŞ Dövlət katibi Rubio, Böyük Britaniyadakı həmkarı Cooper ilə telefon danışığında Trampın israilli girovların azad edilməsi və Qəzzədə atəşkəsi əhatə edən 20 maddəlik planının həyata keçirilməsinin vacibliyinə diqqət çəkib. ABŞ Dövlət Departamenti Rubio ilə Cooper arasında keçirilən telefon danışığı ilə bağlı yazılı açıqlama yayıb.
#Qəzza hücumu
İtaliyanın Baş naziri Corciya Meloni çərşənbə axşamı bildirib ki, o və hökumət üzvlərindən iki nazir Qəzzada baş verən hadisələrlə bağlı “soyqırımda əlbirlik” ittihamı üzrə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) verilib.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bu gün Azərbaycanın Qəbələ şəhərində ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvəsi ərəfəsində keçirilən TDT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib və çıxış edib. Çıxışı zamanı nazir Fidan Qəzzadə baş verən soyqırımın bütün dünyanın vicdanını sarsıtdığını vurğulayıb. O, bölgədə daimi atəşkəsin təmin olunmasının, humanitar yardımların qarşısının alınmadan bölgəyə çatdırılmasının və iki dövlətli həll yolunun həyata keçirilməsinin zəruriliyini qeyd edib.
Qəzza zolağında ağır şərait və saysız-hesabsız təhlükələr altında çalışan jurnalistlər, həyatlarını riskə ataraq, baş verənləri işıqlandırmağa və həqiqəti çatdırmağa davam edirlər. Onlar təkcə bombardman və partlayış təhlükəsi ilə üzləşmirlər, həm də elektrik enerjisinin tam kəsilməsi, günəş panellərinin İsrail tərəfindən hədəfə alınaraq məhv edilməsi, internetin uzun müddət kəsilməsi və digər maneələrlə qarşı-qarşıyadırlar. Müharibə başlayandan bəri Qəzzada 254 jurnalist həlak olub, çox sayda media nümayəndəsi isə yaralanıb
İsrailin Əzm Donanmasında qanunsuz şəkildə saxladığı və bu gün azad etdiyi italyan aktivistlərdən son qrupdakı 7 nəfər ötən gecə Roma Fiumicino Hava Limanına çatıb. Əzm Donanmasında iştirak edən 45 italyan aktivistin ölkələrinə qayıdışı ötən gecə 15 nəfərlik son qrupun da gəlməsi ilə tamamlanıb. İsraildən ən son ayrılan 15 nəfərlik italyan aktivist qrupu dünən günorta saatlarında ilk olaraq Yunanıstanın paytaxtı Afinaya çatıb. Bu 15 nəfərdən 7-si isə yerli saatla 22:30 (Bakı vaxtı ilə 23:30) radələrində Aegean Hava Yollarının reysi ilə Afinadan Romaya gəlib.
7 oktyabr hadisələrindən iki il sonra - yəni Fələstin-İsrail və bütövlükdə ərəb-İsrail münasibətlərinin tarixində dönüş nöqtəsi sayılan “taleyüklü gündən” sonra -bölgənin siması tam dəyişib. Lakin sual hələ də açıq qalır: “Əqsa tufanı” adlanan hücum Fələstin dövlətinin yaranmasına yaxınlaşdırdı, yoxsa bu arzunu tamamilə məhv etdi?
Tel-Əviv rəhbərliyi, Qəzza zolağına tətbiq olunan qanunsuz blokadanı yarmaq və bölgəyə humanitar yardım çatdırmaq istəyərkən İsrail ordusunun hücumuna məruz qalan Əzm Donanmasıdan saxlanılan 171 fəalı ölkədən çıxardığını açıqlayıb. İsrail Xarici İşlər Nazirliyinin ABŞ-əsaslı X sosial media platformasındakı rəsmi hesabında yayımlanan yazılı açıqlamada, deportasiya olunan fəalların Yunanıstan və Slovakiyaya göndərildiyi bildirilib.
Vaşinqton Beyrutla əməkdaşlıq çərçivəsində təhlükəsizlik qüvvələrinə dəstək proqramını genişləndirir. ABŞ administrasiyası Livanın təhlükəsizlik qüvvələrinə 230 milyon dollar dəyərində yardım ayırıb. Bu qərar “Hizbullah” qrupunun silahsızlaşdırılması səyləri çərçivəsində qəbul edilib. Məlumata görə, ayrılan vəsaitin 190 milyon dolları Livan ordusuna, 40 milyon dolları isə Daxili Təhlükəsizlik Qüvvələrinə yönəldiləcək. Yardım ABŞ-da maliyyə ilinin başa çatmasına bir neçə gün qalmış- 30 sentyabr tarixindən əvvəl təsdiqlənib.
Hazırda İsraildə saxlanılan 14 vətəndaşımızın sabah (7 oktyabr) İordaniya üzərindən ölkəmizə gələ bilmələri üçün işlərimiz davam edir. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli, İsrail tərəfindən saxlanılan türk fəallarla bağlı açıqlama verib. Qeyd edək ki, İsrailin blokadasını yarmaq və Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola çıxan Əzm Flotiliyası, 1 oktyabr axşamı Qəzza sularına yaxınlaşıb. Flotilyaya hücum edən İsrail ordusu, onlarla qayığı və gəmini qanunsuz şəkildə ələ keçirərək yüzlərlə sərnişini saxlayıb.
Qəzza Hökumətinin Mətbuat İdarəsi bildirib ki, İsrailin iki ildir davam edən müharibəsi nəticəsində bölgənin təxminən 90 faizi məhv edilib. Hesabatda baş verənlər “insan və daş üzərində aparılan davamlı soyqırımı” kimi qiymətləndirilib.
Livanda “Hizbullah” hərəkatı bazar günü ABŞ prezidenti Donald Trampın Qəzza zolağında müharibəyə son qoymaq planı ilə bağlı “HƏMAS”ın mövqeyini tam dəstəklədiyini açıqlayıb. AzerVoice xəbər verir ki,hərəkatın yaydığı bəyanatda qeyd olunub ki, “Hizbullah” “HƏMAS” və digər fələstinli müqavimət qruplarının razılaşdırılmış qərarını dəstəkləyir və bu mövqeyin İsrailin vəhşi təcavüzünün dayandırılmasına yönəlmiş ciddi səylərdən qaynaqlandığını vurğulayır.
İsrail ABŞ prezidenti Donald Trampın planının birinci mərhələsini qısa müddətdə həyata keçirməyə hazırlaşır. Bu mərhələ əsirlərin azad olunmasını nəzərdə tutur. Bunu İsrailin xarici işlər naziri Gidon Saar bazar günü Haaretz qəzetinə açıqlamasında bildirib.