Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və Bərpa Agentliyi (UNRWA) bildirib ki, İsrailin iki il davam edən soyqırımı nəticəsində Qəzza zolağında 282 mindən çox ev dağıdılıb və ya zərər görüb. UNRWA-nın ABŞ mərkəzli X sosial media platformasındakı rəsmi hesabında paylaşdığı açıqlamada, BMT Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası (IFRC) tərəfindən birgə idarə olunan Qlobal Sığınacaq Klasteri (Global Shelter Cluster) humanitar yardım mexanizminin məlumatları istinad kimi göstərilib.
#Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR)
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Tamin əl-Xitan bildirib ki, İsrailin Livanla 2024-cü ilin noyabrında əldə etdiyi atəşkəsi pozması nəticəsində 114 mülki şəxs həlak olub. Əl-Xitan, Anadolu Agentliyinin “İsrail ordusu, atəşkəsə baxmayaraq Livanın cənubundakı dörd qəsəbədə bəzi məntəqələrə hücum təhdidi irəli sürərək, orada yaşayan sakinlərdən ərazini tərk etmələrini istəyib. Bu vəziyyəti necə qiymətləndirirsiniz, İsrailin bu addımını pisləyirsinizmi?” sualını yazılı şəkildə cavablandırıb.
Livan Sosial İşlər naziri Hanin əs-Seyyid bildirib ki, ilin sonuna qədər ölkəsinə könüllü şəkildə qayıdan suriyalı qaçqınların sayının yarım milyona çatacağı gözlənilir. Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, nazir Seyyid, Livan hökumətinin suriyalı qaçqınların könüllü şəkildə öz ölkələrinə qayıdışını təmin etmək üçün hazırladığı plan çərçivəsində evlərinə dönmək üçün yola çıxan bir qrup suriyalıya müşayiət edib.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) bildirib ki, cari ilin əvvəlindən etibarən təxminən 300 min suriyalı qaçqın Livandan öz vətəninə qayıdıb. Anadolu xəbər agentliyinə müsahibəsində UNHCR-in ictimai məlumat üzrə rəsmisi Liza Abu Xalid qeyd edib ki, qurum Livandan Suriyaya könüllü qayıdış proqramını həyata keçirməkdə davam edir. Bu proqram, öz ölkəsinə dönmək istəyən şəxsləri dəstəkləməklə yanaşı, onların qayıtdıqdan sonra cəmiyyətə inteqrasiyasını təmin etmək üçün zəruri yardımı da nəzərdə tutur.
Sudanda artıq üçüncü ildir ki, qanlı vətəndaş müharibəsi davam edir. Döyüşlər nəticəsində 20 mindən çox insan həlak olub, təxminən 15 milyon nəfər isə məcburi köçkünə çevrilib. 900 gün davam edən müharibə təhsili, səhiyyəni və digər əsas xidmətləri demək olar ki, tamamilə dağıdıb - çoxlu sayda xəstəxana, məktəb və ictimai müəssisələr bombalanıb. Sudan ordusu ilə “Sürətli Dəstək Qüvvələri” (RSF) arasında 2023-cü ilin aprelindən bəri davam edən qarşıdurmalar xüsusilə son həftələrdə Kordofan bölgəsində daha da şiddətlənib.
Suriyanın qonşu ölkələrində yaşayan təxminən 850 min qaçqın vətəninə geri dönüb. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının müavini Kelli Klements məlumat verib. Onun sözlərinə görə, ötən ilin dekabrında Bəşşar Əsəd rejiminin devrilməsindən sonra suriyalıların geri dönüş prosesi sürətlənib. Klements əlavə edib ki, yaxın həftələrdə bu rəqəmin 1 milyona çatacağı gözlənilir.
Bu il humanitar büdcələrdəki kəskin azalmaya görə təxminən 11,6 milyon qaçqın və digər məcburi köçkünlər BMT-nin yardımından məhrum qala bilər.
May ayında qaçqın düşərgələrindən və xarici ölkələrdən Suriyaya qayıdanların sayı əvvəlki ayla müqayisədə 45 faiz artıb.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra qonşu ölkələrdə məskunlaşan 115 mindən çox suriyalının öz ölkələrinə geri döndüyünü bildirib.