#Yunanıstan

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli Yunanıstanın Avropa Birliyi (AB) Dəniz Məkan Planlama (DMP) Platforması vasitəsilə Türkiyənin dəniz səlahiyyət zonalarını pozan bir xəritəni qəbul etdirməyə çalışmasına sərt etiraz edib. Sözçü sosial media hesabında açıqlama verərək Türkiyənin Birləşmiş Millətlər Təşkilatının (BMT) tövsiyələrinə uyğun aparılan Dəniz Məkan Planlama işlərini yaxından izlədiyini xatırladıb. O qeyd edib ki, Türkiyə öz milli DMP-sini 16 aprel 2025-ci ildə elan edib və 12 iyun 2025-ci ildə UNESCO Hökumətlərarası Oşinografi Komissiyasına təqdim edib.

Cənubi Kipr prezidenti “Financial Times” qəzetinə verdiyi müsahibədə Ankara ilə əməkdaşlığa açıq olduqlarını bildirib. O, bölgədə sabitlik və dialoqun yalnız qarşılıqlı hörmət və Avropa İttifaqının hüquqi prinsipləri əsasında mümkün ola biləcəyini vurğulayıb. Prezident Xristodulidis Aİ–Türkiyə münasibətlərində yeni mərhələnin başlaya biləcəyini qeyd edib.

Noyabrın 9-da Yunanıstanın Afina şəhərində yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyi keçirilib. Taekvondoçularımız uğurla çıxış edərək ümumilikdə 5 qızıl, 5 gümüş, 5 bürünc medala layiq görülüblər. Qeyd edək ki, ümumi hesabda Azərbaycan komandası birinci pillədə qərarlaşıb. İdmançılarımızın nəticələrini təqdim edirik:

6 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan NATO nümayəndə heyətini qəbul edib. Bildirilib ki, nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, eləcə də ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir. Görüşdə Azərbaycan və NATO əməkdaşlıq gündəliyinin əsas aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri, Azərbaycan Ermənistan sülh prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Yunanıstan mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz azalaraq, 143 milyon 561 min 48 dollara bərabər olub. Türkiyə 2025-cü ilin sentyabr ayında Yunanıstan mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz artaraq, 16 milyon 427 min 67 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz dəyişərək, 5 milyard 850 milyon 258 min dollara bərabər olub.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Lüksemburqda keçirilən Avropa İttifaqı (Aİ) Xarici Əlaqələr Şurası çərçivəsində Yunanıstanın xarici işlər naziri Yorgos Gerapetritis ilə görüşüb. Nazirliyin sosial media hesabında yayılan açıqlamaya görə, Fidan və Gerapetritis “Bölgələrarası Təhlükəsizlik” mövzusunda keçirilən nazirlər toplantısı zamanı bir araya gəliblər.

Yunanıstan mətbuatı İsrailin arxipelaq adalarında istifadə oluna biləcək “killer drones” tipli insansız hava vasitələri (PUA) də daxil olmaqla hava müdafiə sistemləri təklif etdiyini yazıb. Məlumata əsasən, İsrail uzun müddətdir müzakirə olunan “Spyder All in One” hava müdafiə sisteminə əlavə olaraq, adaların mürəkkəb coğrafi quruluşuna uyğun yeni sistemlər də təklif edib.

Türkiyənin ərazi sularında keçirilən və bir neçə gün davam edən “Dostluq dənizi-2025” adlı Misir-Türkiyə birgə dəniz təlimləri başa çatıb. Bu addım iki ölkə arasında hərbi koordinasiyanı gücləndirsə də, müşahidəçilərə görə, İsrail başda olmaqla bəzi qonşu dövlətlərdə narahatlıq yaradıb. Misir ordusunun rəsmi sözçüsü açıqlamasında bildirib ki, təlimlərin məqsədi “ikili imkanlardan maksimum faydalanmaq və müxtəlif təhlükələrə qarşı dəniz əməliyyatlarının qorunması üsullarında təcrübə mübadiləsi aparmaq” olub. Onun sözlərinə görə, təlimlər çərçivəsində əməliyyat konsepsiyalarının birləşdirilməsi üçün çoxsaylı seminarlar keçirilib, hər iki ölkənin xüsusi qüvvələri müxtəlif silahlardan atışlar icra edib, helikopterlərin gəmilər üzərində mübadiləsi aparılıb, şübhəli gəmilərin yoxlanılması, həmçinin dənizdə təchizat tapşırıqları həyata keçirilib.

İtaliya müdafiə naziri Crosetto açıqlamasında NATO və Avropa İttifaqı çərçivəsində iki ölkənin uzunmüddətli əməkdaşlığına diqqət çəkərək, “Heç bir ölkə Ukraynadan Yaxın Şərqə, Afrikadan Balkanlara qədər uzanan böhran və təhlükələrə təkbaşına cavab verə bilməz. Əsas məsələ ortaq dəyərləri ortaq qabiliyyətlərə çevirməkdir. Bu, kollektiv təhlükəsizlik və regional sabitliyin təminində vacibdir”,- deyə o bildirib.