Yunanıstan Hərbi Hava Qüvvələrində xidmət edən bir zabit NATO-ya məxsus məxfi məlumatları Çin tərəfinə ötürməkdə ittiham edilərək saxlanılıb. Məlumata görə, casusluqda şübhəli bilinən şəxs Yunanıstan Hərbi Hava Qüvvələrində uzun illər xidmət etmiş telekommunikasiya və informasiya sistemləri üzrə mühəndisdir. Onun NATO çərçivəsində müxtəlif texniki vəzifələrdə çalışdığı bildirilir.
#Yunanıstan
Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 11 fevral 2026-cı il tarixində Türkiyəyə rəsmi səfər edəcək. Səfər Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının altıncı iclası çərçivəsində baş tutacaq. Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanəddin Duranın verdiyi məlumata görə, Ankara şəhərində keçiriləcək iclasda hər iki ölkənin müvafiq nazirləri də iştirak edəcək. Liderlərin rəhbərliyi ilə keçiriləcək görüşlərdə Türkiyə-Yunanıstan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək.
İsrailin müdafiə naziri İsrail Katz Afinada yunan həmkarı Nikos Dendias ilə bir araya gələrək iki ölkə arasında 3,5 milyard avroluq yeni silah sazişini müzakirə edib. Yunanıstan Müdafiə Nazirliyində baş tutan görüşdə tərəflər hərbi əməkdaşlığın strateji səviyyəyə qaldırılması barədə razılığa gəliblər. Müzakirələrin əsas mövzusu Yunanıstanın Türkiyə ilə quru sərhədində (Meriç), həmçinin Ege və Şərqi Aralıq dənizində "Aşil qalxanı" adı altında 5 fərqli növ silah sisteminin yerləşdirilməsi layihəsi olub. Bu çərçivədə İsrail istehsalı olan "Barak MX", "Davudun sapandçı" və "Spyder" tipli raket sistemlərinin, eləcə də müasir radar avadanlıqlarının alınması prosesinin sürətləndirilməsi qərara alınıb.
Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya ölkəyə 17 axtarılan şəxsin gətirildiyini açıqlayıb. Yerlikayanın bildirdiyinə görə, bu şəxslər arasında 12 nəfər qırmızı bültenlə, 5 nəfər isə milli səviyyədə axtarılan cinayətkardır. Onların ölkəyə gətirilməsi bir neçə beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında yeni görüşün planlaşdırıldığını açıqlayıb. nazir Fidan tərəflərin bu görüşü fevral ayında, Ramazan ayı başlamazdan əvvəl reallaşdırmaq niyyətində olduqlarını bildirib. Hazırda Prezident Ərdoğanın proqramına uyğun olaraq bir neçə mümkün tarix üzərində iş aparılır. Nazir qeyd edib ki, Türkiyə tərəfi Ege dənizindəki ərazi suları və kontinental şelf məsələləri başda olmaqla bütün mövcud problemlərin köklü həlli üçün masaya oturmağa hazırdır.
Yunanıstanda Afina Uçuş Məlumat Bölgəsində (FIR) yaranmış texniki nasazlıq ölkə üzrə hava nəqliyyatının işini ciddi şəkildə pozub. Radio tezlik sistemlərində baş verən problem səbəbindən hava limanlarından uçuşlara müvəqqəti olaraq icazə verilmir, hazırda havada olan təyyarələrin təhlükəsiz enişinin təmin edilməsi üçün tədbirlər görülür.
2025-ci ilin yanvar- noyabr aylarında Yunanıstandan Türk limanlarına 6 milyon 735 min 813 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Yunanıstandan Türkiyə limanlarına 625 min 785 ton yük daşınıb. “Bu ilin yanvar- noyabr aylarında Yunanıstandan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 5 milyon 933 min 469 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.
“F‑16 tədarükü ilə bağlı problem görmürük. Bizim əsas prioritetimiz F‑35-lərdir. İsrail və Yunanıstanın bu təyyarələrin bizə verilməməsi üçün lobbiçilik etdiyini bilirik. Türkiyə və ABŞ bu problemləri həll edəcək,” – deyə Gülər açıqlayıb. Güler bildirib ki, Türkiyə Böyük Britaniya ilə bağladığı razılaşma çərçivəsində 20 yeni Eurofighter döyüş təyyarəsi alacaq. Təyyarələrin tədarük planı belədir:
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Yunanıstana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz azalaraq, 22 milyon 198 min 70 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Yunanıstana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz azalaraq,1 milyon 341 min 84 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq, 1 milyard 344 milyon 995 min dollara bərabər olub.
Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) Yunanıstanın bəzi rəsmiləri tərəfindən səsləndirilən gərginliyi artırıcı açıqlamalara münasibət bildirib. Açıqlama, Nazirlikdə keçirilən mətbuat brifinqindən sonra jurnalistlərin suallarına cavab verilərkən verilib. Türkiyə MN rəsmiləri bildiriblər ki, qonşu ölkənin hərbi fəaliyyəti də daxil olmaqla, bölgədəki bütün inkişaflar diqqətlə və yaxından izlənilir. Nazirlik vurğulayıb ki, Egey dənizi də daxil olmaqla regionun sülh və sabitlik bölgəsi olması Türkiyənin əsas prioritetidir və bu istiqamətdə üzərinə düşən məsuliyyətləri yerinə yetirir.
2025-ci ilin yanvar- oktyabr aylarında Yunanıstandan Türk limanlarına 6 milyon 179 min 871 ton yük daşınıb. “Bu ilin yanvar- oktyabr aylarında Yunanıstandan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 542 min 449 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər. “Bu ilin yanvar- oktyabr aylarında Yunanıstandan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 5 milyon 464 min 380 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Yunanıstana 268,5 milyon dollar dəyərində bitumlu süxurlardan əldə olunmuş 500,7 min ton xam neft və neft məhsulları ixrac edilib. Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 123,7 milyon ABŞ dolları və ya 1,9 dəfə, həcminə görə isə 272,5 min ton və ya 2,2 dəfə çoxdur.