#idman

Azərbaycanın daha bir boksçusu Liverpulda keçirilən dünya çempionatına qələbə ilə başlayıb. Səidcəmşid Cəfərov ilk döyüşündə rəqibi üstələyib. 75 kiloqramda mübarizə aparan təmsilçimiz 1/16 finalda Qavin Raffertini (İrlandiya) məğlub edib. Hər üç raundu aktivinə yazan S.Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə qələbə qazanıb.

Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatına davam edir. Final görüşündə Azərbaycan təmsilçisi Nihad Məmişov italiyalı Françesko Sampino ilə üz-üzə gəlib. 60 kiloqram çəki dərəcəsində yarışan idmançı rəqibini üstələyərək qızıl medal qazanıb. Bu gün Azərbaycanın digər cüdoçusu Məhəmməd Musayev də (66 kiloqram) final qarşılaşmasında çıxış edəcək.

Türkiyənin “Beşiktaş” klubu Almaniyanın “Volfsburq” komandasında çıxış edən 27 yaşlı çexiyalı cinah oyunçusu Vatslav Çernı ilə razılığa gəlib. Futbolçu ilə 3+1 illik müqavilə imzalanacaq. Keçid üçün “Beşiktaş”ın 6–7 milyon avro civarında ödəniş edəcəyi və bu məbləği 2029-cu ilə qədər hissə-hissə ödəyəcəyi bildirilib. Hazırda Çexiya millisinin düşərgəsində olan Çernı bu gün İstanbula gələrək tibbi müayinədən keçəcək və müqaviləyə imza atacaq. “Beşiktaş” oyunçunun bu axşam yerli vaxtla saat 23:05-də (Bakı vaxtı ilə 00:05-də) İstanbulda olacağını açıqlayıb.

“Liverpul” İngiltərə çempionatının üçüncü turunda öz meydanında “Arsenal” üzərində 1:0 hesablı qələbə qazanıb. Oyunun yeganə qolunu 83-cü dəqiqədə Macarıstanlı yarımmüdafiəçi Dominik Soboslai cərimə zərbəsindən birbaşa vuraraq komandasına qələbə qazandırıb. “Arsenal” artıq 13 ildir ki, İngiltərə çempionatında Enfilddə “Liverpul”u məğlub edə bilmir. London klubu son dəfə rəqibini səfərdə 2012-ci il sentyabrın 2-də 2:1 hesabı ilə üstələyib. Bununla belə, 2020-ci ildə “Arsenal” Liqa Kubokunun 1/8 finalında “Liverpul”u penaltilərlə mübarizədən kənarlaşdırmışdı. Həmin görüşdə əsas vaxt 0:0 hesabı ilə başa çatmış, penaltilər seriyasında isə London təmsilçisi 5:4 hesabı ilə qalib gəlmişdi.

banan kalium, karbohidrat və maqnezium kimi qida maddələri ilə zəngindir və məşq üçün ideal qəlyanaltıdır. Klivlend Klinikasına görə, bir bananda 451 mq kalium var ki, bu da gündəlik tövsiyə olunan miqdarın əhəmiyyətli hissəsidir. Kalium krampların, yorğunluğun və ürək ritm problemlərinin qarşısını alır. Nyu-York Universitetinin idman dietoloqu Amy Stephens, “Banan məşq performansını artıran kalium və karbohidratlarla doludur,” – deyib. Bir bananda 27 qram karbohidratın olması uzunmüddətli idmançılar üçün dözümlülüyü artırır. Harvard Tibb Məktəbi isə bananın maqneziumla ürək-damar və beyin sağlamlığını dəstəklədiyini qeyd edir.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"la "Ferensvaroş" (Macarıstan) arasında keçiriləcək cavab oyun üçün start heyətlər açıqlanıb. komandalar bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:45-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

İsrail ordusu Fələstin Milli Basketbol Komandasının keçmiş oyunçusu Məhəmməd Şalanı Xan Yunisdə humanitar yardım əldə etməyə çalışarkən atəşə tutaraq öldürüb. Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, 40 yaşlı Şalan övladlarını qidalandırmaq üçün yardım dalınca getdiyi zaman hədəfə alınıb. Onun böyrək çatışmazlığı və sepsisdən əziyyət çəkən qızı üçün yemək və dərman axtardığı bildirilib. Qeyd edək ki, İsrailin Qəzza zolağında davam edən hərbi əməliyyatları nəticəsində yüzlərlə mülki şəxs humanitar yardıma çıxış imkanlarından məhrum olub.

Vasif Bağırov (57 kq) təsəlliverici görüşdə yaponiyalı Rin Sakamotoya heç bir şans tanımayıb – 10:2. Güləşçimiz həlledici qarşılaşmada isə moldovalı moldovalı Yon Bulqarunu 8:2 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb.