#idman

Qəzzada 32 yaşlı fələstinli qapıçı Səlim Xader əl-Əşqərin öldürüldüyü bildirilib. O, hamilə həyat yoldaşının xahişi ilə yemək qazı axtarmaq üçün evdən çıxmışdı. Məlumata görə, əl-Əşqər Əl-Qərara qəsəbəsində İsrail qüvvələri tərəfindən açılan atəş nəticəsində həlak olub. O, 2023-cü il oktyabrın 7-dən bəri Qəzzada futbol sahəsində öldürülən yüzlərlə fələstinlidən biridir. Ailəsi üçün isə o, yeganə oğul və gələcək ata idi. Əl-Əşqər bu ilin yanvarında ailə qurmuşdu. Qəzzanın idman ictimaiyyəti onun xatirəsinin yaşadılacağını bildirir.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf futbol üzrə 2026-cı il dünya çempionatında çıxış edən milli komandanı təbrik edib. O bildirib ki, komanda beynəlxalq arenada İranı layiqincə təmsil edib. Qalibafın sözlərinə görə, futbolçular hərtərəfli təzyiqlərə baxmayaraq mübarizəni davam etdirərək ölkənin həmrəyliyini və iradəsini nümayiş etdiriblər. İran rəsmiləri daha əvvəl komandanın ABŞ-də viza və yerləşdirmə ilə bağlı ciddi çətinliklərlə üzləşdiyini açıqlamışdılar. Tehran bu münasibəti siyasiləşdirilmiş yanaşma kimi qiymətləndirir. Dünya çempionatı ilə bağlı müzakirələr ölkədə davam edir. İran rəsmiləri komandanın çıxışını yüksək qiymətləndirirlər.

Müasir dövrdə futbolun sadəcə idman növü deyil, həm də qlobal iqtisadi sistemin mühüm elementlərindən birinə çevrilməsi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Bir sıra siyasi və sosial tədqiqatçılar hesab edirlər ki, peşəkar idman sənayesi xüsusilə futbol vasitəsilə milyonlarla insanın diqqətini gündəlik sosial, iqtisadi və siyasi problemlərdən yayındıraraq onları emosional istehlakçıya çevirir.

Güləş üzrə U-17 dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək. Azərbaycan Güləş Federasiyasından AzerVoice-a verilən məlumata görə, bu barədə qərar Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Sofiya (Bolqarıstan), İsgəndəriyyə (Misir), Əmman (İordaniya) və Brasovun (Rumıniya) da namizəd olduğu yarışın təşkilatçılığı Azərbaycan paytaxtına həvalə edilib. Dünyanın ən güclü yeniyetmə güləşçiləri gələn il 27 iyul–2 avqust tarixlərində Milli Gimnastika Arenasında müəyyənləşəcək.

2025 Avropa Basketbol Çempionatının (EuroBasket 2025) 1/4 final mərhələsində Yunanıstan Litvanı 87-76 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yunanıstan 12 sentyabr, cümə günü keçiriləcək yarımfinal oyununda Türkiyə ilə üz-üzə gələcək. Görüş Latviyanın paytaxtında yerləşən “Arena Riga” zalında baş tutub. Matçı kanadalı Matt Kallio, ispaniyalı Antonio Konde və xorvatiyalı Martin Vuliç idarə ediblər.

Türkiyənin "Fənərbağça" klubu baş məşqçi Joze Mourinyonun ayrılmasından sonra 39 yaşlı italiyalı mütəxəssis Domeniko Tedesko ilə müqavilə imzalayıb. Bu barədə klubun yaydığı açıqlamada deyilir. “Komandanın baş məşqçiliyi üçün cənab Domeniko Tedesko ilə 2025-2026 və 2026-2027 mövsümlərini əhatə edən iki illik müqavilə imzalanıb” - deyə, açıqlamada bildirilib.

Kaspar Yulmann Almaniyanın “Bayer” klubunun baş məşqçisi təyin olunub. Məlumata görə, 53 yaşlı danimarkalı mütəxəssislə 2027-ci iyunun 30-dək müqavilə imzalanıb. Yulmann bu vəzifədə niderlandlı Erik ten Haqı əvəzləyib. Ten Haqın rəhbərliyi altında “Bayer” üç rəsmi oyun keçirib. Onlardan biri qələbə, biri heç-heçə, biri isə məğlubiyyətlə nəticələnib.

Türkiyənin futbol üzrə A Milli komandası 2026 FIFA Dünya Kuboku Avropa seçmə mərhələsinin E qrupundakı ikinci oyununda bu gün İspaniya ilə qarşılaşacaq. Görüş MEDAŞ Konya Böyükşəhər Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı İngiltərə Futbol Federasiyasından Maykl Oliver idarə edəcək. Ona yan xətt hakimləri Stüart Burt və Ceyms Meynverinq kömək edəcək, dördüncü hakim funksiyasını isə Kris Kavanax yerinə yetirəcək.