#Anadolu

Orxan Qazi dövründə Osmanlı bəyliyini digər Anadolu bəyliklərindən fərqləndirən ən mühüm fəaliyyətlərdən biri nizamlı hərbi təşkilatın qurulmasıdır. Osmanlı bəyliyinin hərbi qüdrəti ilkin mərhələdə digər Anadolu bəylikləri kimi qəbilə qüvvələrindən ibarət idi. Lakin dövlətləşmə prosesi daha peşəkar bir orduya ehtiyac duyulduğunu göstərdi.

1048-ci ildə Həsənqala zəfərindən sonra Anadoluda yayılmağa başlayan türkmənlər 1059-cu ildə Sivas və Malatyanı tutdular. 1064-cü ildə Alparslan Qarsı fəth etdi. 1067-ci ilə qədər Kayseri, Niksar və Konya fəth edildi.

Osmanlı dövrünün möhtəşəm memarlıq irsi, xüsusilə XVI əsrdə parlayan memarlıq ənənəsi, iki əsas qaynaq üzərində formalaşmışdı. Bu mənbələrdən biri İran, Mesopotomiya, Misir və Suriya memarlıq üslubları, digəri isə Səlcuqlu dövlətinin Anadolu torpaqlarında inkişaf etdirdiyi memarlıq ənənəsidir. XIV–XV əsrlərin əvvəllərində Manisa, İznik və Bursa kimi şəhərlərdə yaranan bu Anadolu-Bizans sintezi sonradan Osmanlı memarlığının əsas təməl daşına çevrildi.

Sentyabrın 22-də ABŞ-nin Nyu-York şəhərində yerləşən Türk Evində Türkiyənin Birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə “Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərgi keçirilib.IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva sərgidə iştirak ediblər.

Türkiyənin Elazığ 16 siniflik Qazi Anadolu Liseyinin yenidən tikintisi ilə bağlı tender elan olunub. Türkiyənin Elazığ 16 siniflik Qazi Anadolu Liseyinin yenidən tikintisi ilə bağlı tender elan olunub. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən etibarən 365 gün təşkil edir.

Samsun Böyükşəhər Bələdiyyə Başçısı Halit Doğan, milli texnologiya təşəbbüsünün öncüsü olan BAYKAR-ın Anadoluda ilk istehsal bazasını Samsunda quracağını bildirib. O, bu investisiyanın Samsun və Türkiyə üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.Doğan qeyd edib ki, BAYKAR dünyanın qabaqcıl müdafiə və aerokosmik şirkətlərindən biridir və ölkənin milli texnologiya təşəbbüsünün memarıdır. O, eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğan, Sənaye və Texnologiya nazirləri Mehmet Fatih Kaçır, Haluk Bayraktar, Səlcuq Bayraktar, Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsinin sədri və Samsun millət vəkili Mehmet Muş və digər bütün layihədə əməyi olanlara təşəkkürünü bildirib.

Çıxışına keçmiş nazir və Samsun Böyükşəhər Bələdiyyə Başçısı Mustafa Dəmirə başsağlığı verərək başlayan Ərdoğan, Anadolu torpaqlarının insanlıq tarixinin ən qədim səhifələrinin yazıldığı məkanı olduğunu qeyd edib. O, Şanlıurfa vilayətində yerləşən Göbeklitəpənin Misir piramidalarından 7500 il əvvələ aid olduğunu vurğulayıb və milli mədəniyyətin köklərini burada axtarmağın vacibliyini qeyd edib.