Almaniya Venesuelada baş verən zəlzələdən sonra yardım məqsədilə hərbi nəqliyyat təyyarələri göndərməyə hazır olduğunu açıqlayıb. Müdafiə naziri Boris Pistorius altı A400M təyyarəsinin lazım gələrsə istifadə oluna biləcəyini deyib. Təyyarələr xilasetmə qruplarının və avadanlıqların daşınması üçün nəzərdə tutulur. Rəsmilər ölənlərin sayının arta biləcəyini bildirir.
#hərbi yardım
Netanyahu İsrailin ABŞ-dan hərbi asılılığını azaltmalı olduğunu bildirib. O, ölkənin öz silah sistemlərini inkişaf etdirməsinin vacibliyini vurğulayıb. Açıqlama ABŞ-ın İsrailə Livandakı əməliyyatlarla bağlı təzyiqləri fonunda gəlib. Netanyahu qoşunların Livanda qalacağını da deyib.
ABŞ Konqresinin Nümayəndələr Palatasında İsrailə hücum xarakterli silahların tədarükünün qismən dayandırılmasını nəzərdə tutan qanun layihəsinin tərəfdarlarının sayı son bir ildə əhəmiyyətli dərəcədə artıb. Bir il əvvəl təqdim edilən təşəbbüs ilkin mərhələdə yalnız 21 demokrat qanunvericinin dəstəyini qazansa da, hazırda layihənin həmmüəlliflərinin sayı 73 nəfərə çatıb.
Türkiyənin Səhiyyə naziri Kamal Memişoğlu dərman və tibbi ləvazimatlarla dolu altı yük avtomobilindən ibarət yardım konvoyunun aprelin iyirmi dördündə Gürbulak sərhəd keçid məntəqəsi vasitəsilə İrana göndəriləcəyini açıqlayıb. Nazir Memişoğlu sosial media hesabından etdiyi paylaşımda Türkiyənin bir yaxşılıq sivilizasiyası olduğunu və sağlamlığı qorumağın müqəddəsliyinə inandıqlarını ifadə edib.
Kanada Ukraynaya 143 milyon dollar məbləğində hərbi yardım göstərəcəyini açıqlayıb. Kanada Müdafiə Nazirliyinin açıqlamasında bildirilib. "Kanada, NATO-nun Önəmli Ukrayna Ehtiyacları Siyahısı (PURL) çərçivəsində ABŞ-dan tədarük ediləcək kritik hərbi imkanları əhatə edən paketini alacaq. Kanadanın bu pakətə töhfəsi 200 milyon Kanada dolları (təxminən 143 milyon dollar) olacaq."- deyə açıqlamada bildirilib.
Kanada hökuməti Kiyevə silah tədarükü üçün 2 milyard Kanada dolları (təxminən 1,45 milyard ABŞ dolları) ayıracaq. Söhbət bu ilin iyununda keçirilən “Yeddilər qrupu” (G7) sammitinin yekunları üzrə açıqlanmış yardım paketindən gedir. Hökumətin planına görə, 835 milyon Kanada dolları (təxminən 603,6 milyon ABŞ dolları) zirehli texnika, tibbi avadanlıq, ehtiyat hissələri, atıcı silahlar, sursat, partlayıcı maddələr və pilotsuz uçuş aparatlarının (PUA) alınmasına yönəldiləcək. Daha 680 milyon Kanada dolları (491,5 milyon ABŞ dolları) isə NATO tərəfindən hazırlanmış Ukraynanın prioritet ehtiyacları siyahısına uyğun olaraq ABŞ istehsalı silahların alınmasına ayrılacaq.
Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin məlumatına görə, satış paketinə M777 haubitsaları və müvafiq avadanlıqlar üçün ehtiyat hissələri, texniki xidmət və logistik dəstək daxildir. Bu bölmə ümumilikdə 104 milyon dollar təşkil edir. Bundan əlavə, nəqliyyat xidmətləri və müvafiq avadanlıqların potensial satışı təxminən 99,5 milyon dollar dəyərində qiymətləndirilir.
Almaniya Ukraynaya üç ədəd "Patriot" hava hücumundan müdafiə (HHM) sistemi təhvil verib və əlavə sistemlərin tədarükü və əvəzləyici texnikanın əldə olunması ilə bağlı ABŞ-la danışıqlar aparır.
NATO-nun Baş katibi Mark Rutte Ukrayna üzrə əlaqə qrupunun iclasında çıxış edərək, alyansa üzv ölkələrin müdafiə nazirlərini Ukrayna üçün ABŞ-dan daha çox silah almağa çağırıb.
Almaniya kansleri Fridrix Mers Ukraynanın yaxın vaxtlarda Avropa İttifaqına (Aİ) üzv olacağına dair ciddi şübhə etdiyini bildirib.
Ukraynaya NATO vasitəsilə yönəldiləcək hərbi yardımın həcmi milyardlarla dollar təşkil edəcək.
ABŞ Konqresinin Senatındakı Silahlı Qüvvələr Komitəsi 2026-cı maliyyə ili üçün hazırlanmış Milli Müdafiə Səlahiyyət Aktı (NDAA) layihəsi çərçivəsində Ukraynaya 500 milyon dollar məbləğində hərbi yardım ayıracaq.