#iqtisadi müzakirə

İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) ölkədə iqtisadi çətinliklər səbəbindən başlayan etirazlarda ölənlərin sayının 42-yə yüksəldiyini açıqlayıb. ABŞ mərkəzli HRANA-nın saytında yayımlanan məlumata görə, 12 gündür davam edən etirazlar İranın 31 əyalətində baş verib. Bu müddət ərzində 5-i 18 yaşından kiçik olmaqla 34 etirazçı və təhlükəsizlik qüvvələrindən 8 nəfər həyatını itirib. Ümumilikdə 2 277 nəfər saxlanılıb. Yaralanmaların əksəriyyəti isə saçma və plastik mərmilərdən qaynaqlanıb.

İranın Xarici İşlər Naziri Abbas Əraqçi Nazirliyin qonşu ölkələrlə xüsusilə xarici iqtisadi və ticarət əlaqələrini genişləndirməyə sadiqliyini vurğulayıb.Əraqçi bu açıqlamaları Çərşənbə günü bir qrup qanunverici ilə görüş zamanı verib. Nazir, Nazirliyin regional və beynəlxalq inkişaflara dair perspektivlərini izah edərək, milli maraqların qorunmasına yönəlmiş tədbirlər və təşəbbüslər barədə məlumat verib. Xarici İşlər Nazirliyi ilə Parlament arasında qarşılıqlı əlaqə və koordinasiyanın gücləndirilməsinin vacibliyini qeyd edən Əraqçi, diplomatik aparatın vəzifələrinin effektiv şəkildə yerinə yetirilməsi üçün bu əməkdaşlığın önəmini vurğulayıb.

Türkiyənin ticarət naziri Ömər Bolat İordaniyanın paytaxtı Əmmanda İordaniya sənaye, ticarət və təchizat naziri Yarub əl-Qudat ilə birgə keçirilən Türkiyə–İordaniya Qarışıq İqtisadi Komissiyasının (KEK) iclasında iki ölkə arasında birinci dövr qarışıq iqtisadi komissiya üzrə Anlaşma Memorandumunun imzalandığını bildirib. Bolat qeyd edib ki, bu sənəd ticarətdən qarşılıqlı investisiyalara, tikinti layihələrindən kənd təsərrüfatına, səhiyyədən mədəniyyət və turizmə qədər bir çox sahədə əməkdaşlığı əhatə edən konkret və konstruktiv razılaşmaları özündə birləşdirir.

Almaniyanın kansleri Fridrix Mersin 29 oktyabr axşamı Türkiyəyə səfər edəcəyi və 30 oktyabrda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi bildirilib. Almaniya hökumətinin mətbuat katibinin müavini Sebastyan Hille Berlində keçirilən mətbuat konfransında açıqlayıb ki, Baş nazir Fridrix Mers 29 oktyabrda Türkiyəyə səfər edəcək və ertəsi gün Prezident Ərdoğanla görüşəcək.