#VOA

Filmoskop rubrikasında bu dəfə gənclər arasında böyük populyarlıq qazanan, xəstəlik və sevginin sərhədlərini araşdıran emosional dramı — "Five Feet Apart" (Beş fut məsafədə) filmini təhlil edirik. Rejissor Castin Baldoninin bu işi, kistik fibroz xəstəliyindən əziyyət çəkən iki gəncin bir-birinə toxunmadan necə böyük bir eşq yaşaya biləcəyini göstərən sarsıdıcı bir hekayədir.

Gömrük rüsumlarının artması, yanacaq qiymətlərinin qalxması və elektromobillər üçün güzəştlərin ləğvi bir çox avtomobil modeli üçün çətinlik yaratsa da, Ford Mustang bu ili böyük uğurla keçirir. Fordun bu həftənin əvvəlində açıqladığı satış hesabatına görə, 2026-cı ilin birinci rübündə 14,074 ədəd Mustang (söhbət Mach-E modelindən deyil, ənənəvi kupe və kabrioletdən gedir) satılıb.

Misir Xarici İşlər Nazirliyi İslamabadda keçirilən yüksək səviyyəli dördtərəfli görüşlə bağlı rəsmi açıqlama yayıb və regionda hərbi eskalasiyanın qarşısının alınması üçün diplomatik addımların vacibliyini vurğulayıb. Bəyanatda görüşün əsas məqsədinin regionda artan hərbi gərginliyin azaldılması və diplomatik kanalların yenidən aktivləşdirilməsi olduğu bildirilib. Görüş çərçivəsində tərəflər üç əsas istiqamət üzrə müzakirələr aparıblar.

Səudiyyə Ərəbistanı cümə günü Livandakı vətəndaşlarına müraciət edərək, bu ölkədəki mövcud vəziyyəti nəzərə alaraq onları ərazini dərhal tərk etməyə çağırıb.VOA xəbər verir ki, Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi vətəndaşlardan Livana səfər qadağası qərarına ciddi şəkildə əməl etmələrini tələb edib. Diplomatik nümayəndəlik hazırda Livan Respublikasında olan vətəndaşları baş verən hadisələrin fəsadlarını və təhlükəsizlik risklərini nəzərə alaraq ölkəni təcili şəkildə tərk etməyə səsləyib.

"Financial Times" nəşri naviqasiya və peşəkar gəmiçilik məlumatlarına istinadən xəbər verir ki, İran müharibənin başlanğıcından bəri Hörmüz boğazı vasitəsilə məhdud sayda yük gəmisinin keçidinə şərait yaradıb. Məlumata görə, müharibənin ilk günlərindən etibarən Hörmüz boğazında gəmilərin hərəkəti kəskin şəkildə məhdudlaşdırılsa da, son günlərdə bəzi ticari yük gəmilərinin keçidi qeydə alınıb. Lakin bu icazə bütün növ gəmilərə şamil edilmir və hələ də çox ciddi nəzarət altında həyata keçirilir.

BMT-nin Baş katibi Antonio Quterreş "Politico" nəşrinə verdiyi açıqlamada Hörmüz boğazındakı gərginliyin azaldılması və bu strateji su yolunun təhlükəsizliyinin təmin edilməsi üçün intensiv diplomatik fəaliyyətə başladıqlarını bildirib. Antonio Quterreşin sözlərinə görə, təşkilat hazırda Hörmüz boğazında naviqasiya azadlığını qorumaq və hərbi eskalasiyanı yatırmaq məqsədilə xüsusi plan üzərində işləyir. O, bu istiqamətdə beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edib.

İran parlamenti (Məclis) Hörmüz boğazından keçən xarici gəmilərdən rüsum alınmasını nəzərdə tutan yeni qanun layihəsini müzakirəyə çıxaracaq. Təklif olunan qanun layihəsinə əsasən, Hörmüz boğazının İranın ərazi sularından keçən hissəsindən istifadə edən bütün kommersiya və yük gəmiləri müəyyən edilmiş məbləğdə tranzit rüsumu ödəməli olacaqlar. İran rəsmiləri bu addımı boğazın təhlükəsizliyinin təmin edilməsi və dəniz mühitinin qorunması xərcləri ilə əsaslandırırlar.