Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Eyfel Qülləsi söküləcəkmi?

    19 Oktyabr 2025 17:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Eyfel Qülləsi söküləcəkmi?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Parisin ən məşhur rəmzlərindən biri olan Eyfel Qülləsinin 2026-cı ildə söküləcəyi barədə sosial mediada yayılan məlumatlar tamamilə əsassız çıxıb.

    AzerVoice xəbər verir ki, Fransız mətbuatının xəbərinə görə, bu iddialar ölkədə baş verən etirazlar fonunda yaranmış dezinformasiyanın nəticəsidir.

    2 oktyabr tarixində Fransanın 200-dən çox şəhərində və qəsəbəsində insanlar hökumətin büdcə xərclərini azaltma siyasətinə etiraz məqsədilə küçələrə çıxıblar. Paytaxt Parisdə minlərlə insanın qatıldığı aksiyalar zamanı təhlükəsizlik məqsədilə Eyfel Qülləsinə giriş müvəqqəti olaraq dayandırılıb.

    Bundan az əvvəl isə bir onlayn xəbər portalı Eyfel Qülləsinin “nəhəng slayd və ya konsert salonuna çevriləcəyi” barədə satirik (zarafat xarakterli) məqalə dərc etmişdi. Lakin bu yazı sosial şəbəkələrdə gerçək xəbər kimi təqdim edilərək, “Eyfel Qülləsi 2026-cı ildə söküləcək” başlığı altında dezinformasiya kampaniyasına çevrilib.

    X platformasında milyonlarla izləyicisi olan səhifələr “bir dövrün sonu” kimi ifadələrlə bu iddiaları paylaşaraq xəbəri daha da şişirdiblər.

    Saxta xəbərlərdə deyilirdi ki, “Eyfel Qülləsinin 135 illik istismar icazəsi başa çatıb və struktur yorğunluğu, yüksək baxım xərcləri və ictimai narazılıqlar səbəbindən 2026-cı ildə söküləcək.”

    Bəzi istifadəçilər bu xəbərlərə inanaraq emosional paylaşımlar ediblər.

    Eyfel Qülləsini idarə edən “Société d’Exploitation de la Tour Eiffel” (SETE) şirkəti məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb. Bununla belə, turistlərin hələ də rəsmi vebsayt üzərindən bilet sifarişi edə bildikləri qeyd olunur.

    Ekspertlər xəbərdarlıq edirlər ki, bu cür yalan və manipulyativ məlumatlar, xüsusilə turizmə əsaslanan şəhərlərdə həm çaşqınlığa, həm də iqtisadi itkilərə səbəb ola bilər.

    Bu ilin əvvəlində İtaliya hökuməti, hotellər və restoranlar barədə saxta onlayn rəylərin turizm sektoruna zərər vurduğunu açıqlamışdı. Rəsmi məlumatlara görə, bu tip manipulyativ xəbərlər turizm gəlirlərini 6–30 faiz arasında azalda bilir.

    İtaliya hökuməti bu səbəbdən yeni qaydalar qəbul edərək, turistlərin rəylər paylaşmadan əvvəl səfər təsdiqini təqdim etməsini tələb edən sistem tətbiq edib.

    #Fransa #Paris #dezinformasiya #Etiraz aksiyası #media dezinformasiyası #Dezinformasiya və süni intellekt #Eyfel Qülləsi #etiraz aksiyaları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

    2 Sentyabr 2026 13:34

    Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb

    28 Avqust 2026 22:18

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05

    Müctəba Xameneinin “yeni görüntüləri” saxta xəbər çıxdı

    25 Avqust 2026 21:11

    Fransanın ən böyük bankı Səudiyyə Ərəbistanında regional baş qərargah açmaq üçün icazə alıb

    25 Avqust 2026 19:25

    Bu gün Paris dörd illik nasist işğalından azad olundu

    25 Avqust 2026 10:55

    Səudiyyə Ərəbistanı Fransada 22 min iş yeri açacaq

    25 Avqust 2026 10:15

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    Fransa-Səudiyyə Strateji Tərəfdaşlıq Şurası ilk dəfə toplanır - Gündəlikdə nələr var?

    21 Avqust 2026 10:08

    Makron ölümə yardım haqqında qanunu təsdiqlədi

    19 Avqust 2026 14:03

    İran iki fransalı diplomatı "persona non grata" elan etdi

    19 Avqust 2026 11:58

    Tehran Fransa səfirliyinin iki əməkdaşına qapıları bağladı

    17 Avqust 2026 18:20
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.