İran Xarici İşlər Nazirliyi Tehran və Maskatın Hörmüz boğazında yeni gəmiçilik marşrutunun coğrafi parametrləri üzrə razılığa gəldiyini açıqlayıb. XİN sözçüsü İsmayıl Bəqai bildirib ki, tərəflər hazırda birgə bəyanatın hazırlanmasının son mərhələsindədir. Onun sözlərinə görə, prosesə kənar müdaxilə olmazsa, razılaşma yaxın vaxtlarda rəsmən elan edilə bilər.
#İran XİN
İran Xarici İşlər Nazirliyi Omanla Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunması üzrə aparılan danışıqların müsbət irəlilədiyini açıqlayıb. XİN sözçüsü İsmayıl Bəqai bildirib ki, tərəflər giriş və çıxış marşrutlarının müəyyənləşdirilməsi üzərində işləyirlər. Onun sözlərinə görə, danışıqlar həm texniki, həm də siyasi səviyyədə müsbət qiymətləndirilir. Tehran boğazda gəmi hərəkətinin idarə olunması üçün yeni mexanizmlərin hazırlanmasını davam etdirir.
İran ABŞ ilə hər hansı danışıqlar aparmadığını bəyan edib. Bəqainin sözlərinə görə, Tehran hazırda yalnız Omanla təmaslarını davam etdirir. Bu təmaslar Hörmüz boğazında təhlükəsiz gəmiçiliyi təmin edəcək marşrutla bağlı razılaşmanın əldə olunmasına yönəlib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-nin son hərbi zərbələrini sərt tənqid edərək, bu hücumların İran xalqını daha da birləşdirdiyini bildirib. Nazirin sözlərinə görə, ABŞ ötən gecə Hörmüzqan vilayətində körpüləri hədəf alaraq daha bir "açıq hərbi cinayət" törədib.
Qəribabadi həmçinin əlavə edib ki, İslam İnqilabının Ali Liderinə, hərbi və ya mülki rəsmilərə qarşı hər hansı mümkün sui-qəsd cəhdi baş verəcəyi təqdirdə sistem tərəfindən qətiyyətli və qarşı tərəfdə ciddi peşmançılıq doğuracaq bir cavabın verilməsini təmin edən operativ qətnamə qəbul edilməlidir. O, bu mühüm qətnamənin Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) və ya ölkə Parlamenti tərəfindən təcili olaraq təsdiqlənməsinin vacibliyini diqqətə çatdırıb.
"Mark Ruttenin Avropanın ABŞ-İsrailin İrana qarşı təcavüzkar müharibəsində qəsdən iştirak etdiyini etiraf edən təkrarlanan açıqlamaları bir daha göstərir ki, onlar bu qanunsuz hücum zamanı bitərəf olmayıblar. Ərazilərini, hərbi bazalarını və infrastrukturunu bu hücum üçün təqdim edənlər təxriksiz təcavüzə və onun ağır nəticələrinə görə məsuliyyətdən yayına bilməzlər", – deyə Bəqai bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai yaxın günlərdə İran və ABŞ nümayəndələri arasında Qətərdə danışıqlar keçiriləcəyi ilə bağlı iddiaları təkzib edib.O, bununla ABŞ Prezidenti Donald Trampın tərəflərin Tehranın təşəbbüsü ilə çərşənbə axşamı Dohada danışıqlar aparacağı barədə açıqlamasını təkzib etmiş olub.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi, ABŞ ordusunun Sirik şəhəri başda olmaqla ölkənin cənub sahillərindəki müxtəlif hərbi və mülki nöqtələrə təşkil etdiyi hava hücumlarını kəskin şəkildə pisləyən rəsmi bəyanat yayıb.
İran Xarici İşlər Nazirliyi Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığın tamamilə daxili qanunvericilik və yüksək səviyyəli milli təhlükəsizlik mandatları çərçivəsində qalacağını qətiyyətlə bəyan edib və dərhal, yoxlanılmamış nüvə təftişlərinin keçiriləcəyi ilə bağlı gözləntiləri azaldıb.
Pakistanın daxili işlər naziri Möhsin Naqvinin Tehrana səfəri çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparacağı gözlənilir. Bəqai bildirib ki, Naqvinin səfəri Pakistanın ABŞ və İran arasında davam edən danışıqlarla bağlı göstərdiyi səylər çərçivəsində həyata keçirilir
"Anlaşma çərçivəsində Hörmüz boğazının yenidən gəmiçilik üçün açılması və ABŞ tərəfindən tətbiq edilən dəniz blokadasının tamamilə aradan qaldırılması xüsusi olaraq vurğulanıb. Blokadanın ləğv edilməsi prosesin başlanğıcından bəri bizim ən mühüm şərtimiz və tələbimiz idi. Artıq rəsmi imza atılmadan öncə ABŞ tərəfindən blokada qismən aradan qaldırılıb."
İran xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançi rəsmi Tehran və Vaşinqton arasında əldə olunmuş irəliləyişlərlə bağlı mühüm bəyanat verib. Nazir müavini bildirib ki, İran ilə ABŞ arasında əldə olunmuş yeni tarixi anlaşmanın rəsmi imzalama mərasimində İran Parlamenti (Məclis) və Danışıqlar Heyətinin Sədri Məhəmməd Baqir Qalibaf və ABŞ Vitse-prezidenti Cey di Vens şəxsən iştirak edəcəklər.