#İran XİN

İranın xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərqdəki təhlükəsizlik dinamikası ilə bağlı kəskin bəyanat yayaraq bildirib ki, Tehran İsrailin Livan ərazisini işğal etməkdə davam etməsini ABŞ ilə əldə olunmuş qarşılıqlı anlaşma memorandumunun birbaşa pozulması kimi qiymətləndirəcək.

Aşqabadda Türkmənistan və İran arasında ikitərəfli əməkdaşlığın cari vəziyyəti və perspektiv istiqamətləri müzakirə olunub. Tərəflər müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Türkmənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, iyunun 12-də Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə İran İslam Respublikasının xarici işlər nazirinin müavini Mehdi Sobhani arasında görüş keçirilib.

İran Xarici İşlər Nazirliyi, ABŞ ordusuna məxsus helikopterin qəzaya uğramasını bəhanə gətirərək Birləşmiş Ştatların ölkənin cənub bölgələrinə təşkil etdiyi hava zərbələrini kəskin pisləyib və bu addımı beynəlxalq hüququn açıq şəkildə pozulması adlandırıb.

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) son hesabatını və qurumun baş direktoru Rafael Qrossinin açıqlamalarını tənqid edib. Qəribabadi bildirib ki, İranın bəzi nüvə obyektləri ilə bağlı “qeyri-müəyyənlik” və “çıxış imkanlarının məhdudluğu” barədə iddialar ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumların nəticəsidir. Onun sözlərinə görə, beynəlxalq nəzarət altında olan nüvə obyektlərinə zərbələr endirildiyi halda, BAEA həmin hücumları pisləməyib.

İranın Xarici İşlər naziri Abbas Əraqçi bildirib ki, “nüvə silahlarına sahib dünyanın ən böyük gücünə qarşı 40 gün müqavimət göstərmək zarafat deyil” və “dünya İran xalqının əsl gücünü anladı”. Eyni zamanda, İranın Xarici İşlər naziri Səudiyyə Ərəbistanı ilə davamlı və konstruktiv münasibətlərin qurulmasına sadiq olduqlarını da vurğulayı

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bildirib ki, ABŞ və İsrailin İran ərazisinə hücumları ilə başlayan müharibədə Livanadakı atəşkəs, müharibənin sonlandırılmasına yönəlmiş hər hansı bir razılaşmanın ayrılmaz hissəsidir.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ rəsmilərinin Oman Sultanlığına qarşı səsləndirdiyi təhdid xarakterli bəyanatları kəskin şəkildə pisləyib. Bəqai bildirib ki, ABŞ Maliyyə Nazirliyinin Omanı sanksiyalarla hədələməsi və ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirilən sərt açıqlamalar “müstəqil BMT üzv dövlətinə qarşı təzyiq və şantaj cəhdi” kimi qiymətləndirilməlidir.

İranın Xarici İşlər Nazirliyinin sözcüsü İsmayil Bəqai ABŞ-ı İran mülki vətəndaşlarına qarşı yeni silah sisteminin sınağını keçirməkdə ittiham edib. Bəqai X platformasında paylaşımında bildirib ki, hücumda hava partlayışı ilə çalışan yeni silah sistemi istifadə olunub. Sistem “hər istiqamətə dağılan yüksək sürətli volfram mərmiləri ilə ərazidə dağıdıcı təsir göstərib”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-İran danışıqlarında əsas mövzular üzrə razılığa gəldiklərini, lakin sazişin imzalanmasının hələ yaxın gələcəkdə baş verməyəcəyini bildirib. Sözçü həmçinin qeyd edib ki, İran mədəni, üslub sahibi və güclü bir dövlət olaraq lazım olan yerlərdə və uyğun üsullarla düşmənə qarşı cavab verəcək və bu yanaşma qarşı tərəfin metodlarını təkrarlamaqla deyil, öz üslubu ilə həyata keçirilir.

İran hazırkı mərhələdə ABŞ ilə danışıqlarda əsas diqqətin nüvə proqramına deyil, müharibənin dayandırılmasına yönəldiyini açıqlayıb. O həmçinin vurğulayıb ki, İran üçün ilk mərhələdə ölkənin maraqlarını və təhlükəsizlik narahatlıqlarını təmin edən şərtlər daxilində müharibənin başa çatdırılması vacibdir. Bundan sonra digər məsələlərin müzakirə edilə biləcəyi qeyd olunub.