#Bəşşar Əsəd

Suriyanın Dəməşq şəhərində yerləşən məhkəmə ölkənin keçmiş hökumətinin doqquz yüksəkvəzifəli şəxsi, o cümlədən sabiq prezident Bəşşar Əsəd, onun qardaşı Mahir Əsəd və təhlükəsizlik rəsmisi Atif Nəcib barəsində ölüm hökmü çıxarıb. Məhkəmə prosesində yalnız Atif Nəcib iştirak edib, digər təqsirləndirilən şəxslər isə qiyabi şəkildə mühakimə olunublar. Qərara əsasən, Bəşşar və Mahir Əsəd beynəlxalq axtarışa verilib.

İsrail həbsxanalarında Bəşşar Əsəd hakimiyyətinin 2024-cü ilin dekabrında devrilməsindən sonra saxlanılan 46 Suriya vətəndaşı hələ də həbsdə qalır. Azadlığa buraxılan şəxslərdən birinin qohumu bildirib ki, saxlanılanların əksəriyyətinə həbs olunma səbəbi izah edilməyib və onlar dindirilməyiblər.

Təcrübəli bir jurnalisti hadisənin pərdəarxasını araşdırmağa sövq etmək üçün sadəcə bircə maraqlı hekayə kifayətdir. Əgər qarşınızdakı şəxs öz daxilində iki fərqli maraqlı hekayəni eyni anda daşıyırsa, bu araşdırma istəyi daha da dözülməz bir hal alır. Bu dəfə də olduqca maraqlı bir mpvzuya toxunmaq istərdik. Söhbət Anis Nəqqaşı adlı gəncdən gedəcək. Bu gənc livanlı hələ çox erkən yaşlarında FƏTH hərəkatının daxilindəki "Tələbə Taboru"na qoşulmuş, sonradan isə hərəkatın Mərkəzi Komitəsinin üzvü Xəlil əl-Vəzirin ("Əbu Cihad") birbaşa himayəsi altında fəaliyyət göstərmişdi.

Suriya Xarici İşlər Nazirliyi nazirliyin məlumat sistemlərinə qarşı həyata keçirilən kiberhücum nəticəsində həssas məlumatların internetdə yayılması ilə bağlı araşdırmaya başladığını açıqlayıb. Nazirliyin yaydığı bəyanatda bildirilib ki, hadisənin mənbəyini, həyata keçirilmə üsulunu və sızmanın miqyasını müəyyən etmək məqsədilə geniş araşdırma aparılır. Qurum qeyd edib ki, araşdırmanın nəticələrinə uyğun olaraq hadisənin nəticələrinin aradan qaldırılması və məsul şəxslərin müəyyən edilərək qanuni tədbirlərin görülməsi istiqamətində addımlar atılacaq.

Dəməşqdəki Dördüncü Cinayət Məhkəməsi bazar günü Suriyanın keçmiş rəhbərliyinə — Bəşşar Əsəd rejiminə qarşı keçirilən açıq məhkəmə prosesinin ikinci iclasına başlayıb. Məhkəmə devrilmiş rejimin ən yüksək rütbəli simalarını mülki hüquqlardan məhrum etmək və onların bütün daşınar və daşınmaz əmlaklarını hökumətin idarəçiliyinə vermək barədə qərar çıxarıb.

İnqilabdan əvvəlki Suriyada müxalifətin böyük əksəriyyətinin Bəşər Əsəd və ondan əvvəl Hafiz Əsədlə ixtilafı təkcə məzhəb mənsubiyyətinə söykənmirdi. Baxmayaraq ki, məzhəb amili bir çox hadisələrdə mühüm faktor kimi önə çıxsa da, bu, yeganə və əsas amil deyildi. İxtilaf ilk növbədə siyasi xarakter daşıyırdı: idarəetmə forması, korrupsiya, azadlıqların boğulması və Suriya dövlətinin bir ailənin maraqlarına, habelə Suriyanı dövlətdən "meydana" çevirən xarici oxların ittifaqına girov edilməsi əsas səbəblər idi.

Suriya Müdafiə Nazirliyi bildirib ki, vətəndaş müharibəsi zamanı Bəşşar Əsəd rejiminin dinc sakinlərə qarşı zorakılıqlarına etiraz edərək ordudan ayrılan zabitlər və hərbçilər istəsələr, vəzifələrinə bərpa olunacaqlar. Nazirlik yaxın günlərdə fərarilik edən gizirlər və digər hərbi qulluqçuların müraciətlərini qəbul etməyə başlayacaq.

Rusiya və Suriya tərəflərinin, Bəşər Əsəd rejiminin devrilməsindən sonra, qarşılıqlı münasibətləri yeni əsaslar üzərində qurmağa hazır olduqlarını göstərən müsbət siqnallar ardıcıl şəkildə gəlməkdədir. Son aylarda diplomatik, iqtisadi və hərbi sahələrdə nəzərəçarpacaq canlanma müşahidə olunub; bu proses görüşlər, səfərlər və həvəsləndirici bəyanatlarla müşayiət edilir. Ərəb-Rusiya sammitinin bu ayın ortalarına planlaşdırılmış iclasının təxirə salınması fonunda, Rusiya xarici işlər naziri Sergey Lavrov ötən cümə axşamı televiziya müsahibəsində bildirdi ki, Moskva Suriyanın ərazi bütövlüyünü dəstəkləyir, lakin eyni zamanda ayrılma meyillərinin doğura biləcəyi ciddi təhlükələr barədə xəbərdarlıq edir.

Suriya Prezidenti Əhməd əş-Şəra Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşəcək. Danışıqlarda regional və beynəlxalq məsələlər, həmçinin Dəməşq və Moskva arasında əməkdaşlıq imkanları müzakirə ediləcək. Şəraa səfər çərçivəsində Rusiyanın Tartusdakı dəniz bazasının və Hmeymimdəki hərbi hava bazasının gələcək statusunu da müzakirə edəcək.