Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi Başçısı (SSB) Haluk Görgün bildirib ki, Türkiyənin müdafiə və aviasiya sənayesi ixracı bu il 8,5 milyard dollara çatıb. İstanbul Sənaye Palatası (İSO) və SAHA İstanbul tərəfindən təşkil olunan və Türkiyənin milli və yerli müdafiə sənayesinə töhfə verməyi hədəfləyən “Müdafiə Sənayesi Görüşləri” tədbiri bu il yeddinci dəfə keçirilib. Zirvədə sektorun müxtəlif sahələrindən nümayəndələr iştirak edib.
#müdafiə sənayesi məhsulları
Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi əməkdaşlığının yeni nəticəsi olaraq, Məhsul və Kimya Sənayesi Qurumu (MKE) Azərbaycanda “Maşın və Kimya Azərbaycan (MKA)” adlı şirkət yaradıb. Şirkət MKE-nin xaricdəki ilk iştirakı kimi fəaliyyətə başlayıb. Eyni zamanda, Açıq Dəniz Nəzarət Gəmisi Layihəsi çərçivəsində inşa olunan bir gəmiyə Rumıniyaya satış həyata keçirilib. Dəniz Qüvvələri Komandanlığı üçün daha üstün xüsusiyyətlərə malik olacaq “Seferihisar” gəmisinin isə İstanbul Tersanesi Komandanlığında inşa edilərək donanmaya təhvil veriləcəyi bildirilib.
Türkiyə və Macarıstanın aparıcı müdafiə sənayesi şirkətləri yeni anlaşmalarla əməkdaşlıqlarını daha da möhkəmləndirib. Macarıstan Baş Naziri Viktor Orbanın Türkiyə səfəri çərçivəsində iki ölkə arasında genişmiqyaslı müdafiə sənayesi çərçivə anlaşması imzalanıb. Paralel olaraq, 4iG Uzay və Müdafiə Texnologiyaları (4iG SDT) ilə ASELSAN və Nurol Makina arasında iki yeni anlaşma əldə edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Prezident Külliyəsində keçirilən Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib. Ərdoğan çıxışında, "Türkiyə Yüzili" vizyonunun ardıcıl şəkildə həyata keçirildiyini və ölkənin bütün sahələrdə hədəflərinə doğru irəlilədiyini bildirib.
Mali Respublikasında keçirilən BAMEX 2025 müdafiə sərgisi çərçivəsində Türkiyənin Akıncılar Taktik Tekstil şirkəti tərəfindən təqdim olunan yerli balistik məhsullar ziyarətçilərin xüsusi diqqətini çəkib. Şirkətin nümayəndəsi, layihə mühəndisi Enes Bitigen tədbirdə çıxışı zamanı bildirib ki, Akıncılar Taktik Tekstil artıq NATO standartlarına uyğun şəkildə fərdi və zirehli vasitələrə tətbiq edilən balistik qoruyucu sistemlər istehsal edir.
Türkiyənin müdafiə və aviasiya sənayesinin 2025-ci ilin ilk 10 ayında ümumi ixrac həcmi 6,7 milyard ABŞ dolları olub. Bu barədə Türkiyə Prezidentliyinin Müdafiə Sənayesi İdarəsinin (SSB) rəhbəri professor Haluk Görgün sosial media hesabında məlumat paylaşıb. Görgün bildirib ki, təkcə oktyabr ayında sektorun ixracı 708 milyon dollara çatıb. O, qeyd edib ki, ilin ilk 10 ayında xidmət ixracı istisna olmaqla ümumi ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz artaraq 6,7 milyard dollara yüksəlib.
ABŞ Dövlət Departamenti, Polşaya 780 milyon dollar dəyərində hərbi satışa – 2 min 506 ədəd Javelin raketi və 253 buraxılış qurğusunun verilməsinə rəsmi olaraq razılıq verib. Bu barədə məlumat ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi (DSCA) tərəfindən yayımlanıb.
Türkiyə Sənaye və Texnologiya Nazirliyi ilə Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi) təşkilatçılığı, TRT-nin isə informasiya tərəfdaşı olduğu, dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST, İstanbul Atatürk Hava Limanında ziyarətçiləri qəbul edir. Festival çərçivəsində, başda ASELSAN, ROKETSAN və TÜBİTAK SAGE olmaqla, Türkiyə müdafiə sənayesinin aparıcı şirkətləri tərəfindən hazırlanmış Çelik Kubbe məhsulları böyük maraqla qarşılanıb.
NATO, hərbi istehsalda material çatışmazlığının yaratdığı riskləri azaltmaq məqsədilə nadir torpaq elementlərinin təhlükəsiz və davamlı təchizatına yönələn yeni təşəbbüsə start verib. Qurum, bu addımla caydırıcılıq, hazırlıq və müdafiə istehsalının davamlılığını gücləndirməyi hədəfləyir. 24 iyun 2025-ci ildə keçirilən NATO Müdafiə Sənayesi Forumunda on iki müttəfiq ölkə, müdafiə üçün kritik hesab edilən xammalın birgə alınması, daşınması, saxlanılması və idarə edilməsini nəzərdə tutan yeni layihəyə razılıq verib. Beynəlxalq Strateji Araşdırmalar İnstitüsü (IISS) bu qərarın, tədarük zəncirindəki zəifliklərin hərbi əməliyyatlara təsirinə dair artan narahatlığı əks etdirdiyini vurğulayıb.
Oğul Bey bölgənin ən qabaqcıl müdafiə texnologiyaları mərkəzlərindən biri olacaq. Bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. “ASELSAN-a məxsus ümumi dəyəri 280 milyon dollar olan 14 mühüm obyektin rəsmi açılışını etdik. Eyni zamanda, 900 futbol meydançasından daha böyük bir ərazidə, bir milyard yarım dollarlıq sərmayə ilə inşa edilən Oğul Bey Texnologiya Mərkəzinin təməlini qoyduq. Bu strateji layihə tamamlandıqda, bölgənin ən müasir müdafiə texnologiyaları mərkəzlərindən birinə çevriləcək”, – deyə dövlət başçısı bildirib.
Müdafiə qabiliyyətimiz Türkiyənin təhlükəsizliyi üçün əsas amildir. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ASELSAN-ın Gölbaşı kompleksində keçirilən tədbirdə çıxış edərkən deyib. “Son illər hava hücumundan müdafiə sistemlərinin nə qədər önəmli olduğunu görürük. Öz müdafiə sistemini inkişaf etdirməyən heç bir ölkə gələcəyinə inamla baxa bilməz. Müdafiə qabiliyyətimiz ölkənin təhlükəsizliyi üçün əsas faktordur” – deyə, o vurğulayıb.
Yaponiyanın müdafiə naziri Nakatani Gen və onu müşayiət edən nümayəndə heyəti Baykar şirkətində olub. Baykarın sosial media hesabında yayılan açıqlamada “Yaponiyanın müdafiə naziri cənab Nakatani Gen və onu müşayiət edən nümayəndə heyəti Özdemir Bayraktar Milli Texnologiya Mərkəzimizi ziyarət etdi. Onları qonaq etməkdən məmnun olduq” - deyə bildirilib. Səfər zamanı Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar və şirkətin baş direktoru Haluk Bayraktar qonaqlara şirkətin fəaliyyəti barədə məlumat təqdim ediblər. Görüşdə Prezident Müdafiə Sənayesi Müdiri Haluk Görgün də iştirak edib.