#Sudan

İran İslam Respublikası Sudanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha bəyan edib. Əraqçi Sudanın Darfur bölgəsində yerləşən Əl-Fəşir şəhərində son günlərdə mülki əhaliyə qarşı həyata keçirilən hücumları pisləyib və dinc sakinlərin ölümü ilə nəticələnən zorakılıqlardan narahatlıq ifadə edib.

Sudan Həkimlər Birliyi ölkənin qərbində yerləşən Şimali Darfur əyalətinin paytaxtı Faşir şəhərində 177 min nəfərin hələ də mühasirədə qaldığını və ölənlərin sayının minlərlə olduğunu bildirib. Birlikdən yayılan açıqlamada, Sürətli Dəstək Qüvvələrinin (RSF) şəhəri ələ keçirməsindən sonra Faşirdə baş verən “vəhşi qırğın və humanitar fəlakət” kəskin şəkildə pislənib. Bəyanatda vurğulanıb ki, Faşirdə baş verənlər “soyqırım, sistematik etnik təmizləmə və tammiqyaslı müharibə cinayətidir.”

Sudan ordusu Darfur bölgəsində sürətlə genişlənən döyüşlər fonunda ön Cəbhə xəttində yerləşən qüvvələrinə dəstək məqsədi ilə yeni hərbi qüvvələr və texnika göndərib. Yeni kolonun hərəkət etdiyi anlar sosial şəbəkələrdə yayılan videolarda əks olunub. Kadrlarda canlı qüvvə və ağır silah-sursatla yüklənmiş zirehli nəqliyyat vasitələrinin döyüş zonasına doğru irəlilədiyi görünür.

Sudanda davam edən vətəndaş müharibəsində mühüm dönüş nöqtəsi baş verib. “Sürətli Dəstək Qüvvələri”nin (SDQ) iki illik mühasirədən sonra Şimali Darfur vilayətinin paytaxtı Əl-Faşiri tam nəzarətə götürməsi, ölkədə 2023-cü ilin aprelindən bəri davam edən qarşıdurmanın istiqamətini dəyişə bilər.

Çərşənbə günü Sudan paytaxtı Xartum pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. “AFP” agentliyinə danışan hərbi mənbə və yerli şahidlər şəhərdə bir neçə partlayışın baş verdiyini təsdiqləyiblər. Hərbi mənbənin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri hücuma cəhd edən PUA-ların əksəriyyətini məhv edib:

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2024-cü ilin sonuna qədər dünya üzrə təxminən 673 milyon insanın aclıqla üz-üzə qalacağını açıqlayıb. Hər il 16 oktyabr tarixində qeyd olunan Ümumdünya Ərzaq Günü, sağlam qidaya çıxışı olmayan milyonlarla insanın vəziyyətinə diqqət çəkməyi hədəfləyir.

Cənubi Sudanda humanitar fəlakət getdikcə dərinləşir. Milyonlarla uşaq və qadın aclıq səbəbilə ölümlə üz-üzədir. BMT-nin dəstəklədiyi hesabat və beynəlxalq təşkilatların məlumatlarına görə, böhranın əsas səbəbləri ölkədəki korrupsiya, beynəlxalq yardımların azalması və şiddətin artmasıdır. Bor şəhərindəki xəstəxanada cəmi 14 aylıq uşaq – Adot Dyor – ciddi arıqlamış vəziyyətdə anasının qucağında müalicə gözləyir. Onun anası kimi 1,1 milyon hamilə və süd verən qadın qidalanma çatışmazlığı yaşayır. Hesabatda qeyd olunur ki, 5 yaşınadək 2,3 milyon uşaq müalicəyə ehtiyac duyur, onlardan 700 mindən çoxu həyati risk daşıyan ağır qida çatışmazlığından əziyyət çəkir.

Türkiyə Xarici İşlər Nazirliyi Sudanın Orta Darfur əyalətinin Cebel Marra bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində çox sayda insanın həyatını itirməsi ilə bağlı başsağlığı mesajı yayımlayıb. Nazirliyin rəsmi açıqlamasında, Sudanda baş verən torpaq sürüşməsi nəticəsində yaşanan can itkisinə görə dərin üzüntü duyulduğu qeyd olunub. "Həyatını itirənlərə Allahdan rəhmət diləyir, Sudan xalqına başsağlığı verir və yaralananlara şəfa arzulayırıq," – deyə açıqlamada bildirilib. Xatırladaq ki, Sudanın Qərbində yerləşən Marra Dağları bölgəsində baş verən böyük torpaq sürüşməsi bir kəndi tamamilə məhv edib. Sudan Azadlıq Hərəkatı (SLM) hadisə nəticəsində ən azı min nəfərin həyatını itirdiyini, yalnız bir nəfərin sağ qurtulduğunu açıqlayıb.

Sudanın Qərbində yerləşən Marra Dağları bölgəsində baş verən böyük torpaq sürüşməsi bir kəndi tamamilə məhv edib. Sudan Azadlıq Hərəkatı/Ordusu (SLM) hadisə nəticəsində ən azı 1000 nəfərin həyatını itirdiyini, yalnız bir nəfərin sağ qurtulduğunu açıqlayıb. SLM lideri Əbdülvahid Nurun sözlərinə görə, 31 avqust tarixində güclü yağışlardan sonra baş verən sürüşmə kəndi yerlə-yeksan edib. "İlkin məlumatlara görə, kəndin bütün sakinləri həlak olub, yalnız bir nəfər sağ qalıb," – deyə bəyanatda bildirilib. Hərəkat, qadın və uşaqların da daxil olduğu qurbanların cəsədlərinin çıxarılması üçün Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq humanitar təşkilatlara çağırış edib. SLM kəndin "tamamilə yerlə bir olduğunu" bəyan edib.