#Şahbaz Şərif

Şahbaz Şərif sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, Pakistanın paytaxtı İslamabadda keçirilən görüşdə iştirak edən Türkiyənin xarici işlər naziri Hakan Fidan, Misirin xarici işlər naziri Bədr Əbdülati və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanı qəbul etməkdən məmnun olub.

Pakistanın Baş naziri rəsmi İslamabadın Yaxın Şərqdə davam edən hərbi münaqişəni dayandırmaq və gərginliyi azaltmaq üçün diplomatik vasitəçilik missiyasına hazır olduğunu bəyan edib. Analitiklər qeyd edirlər ki, Pakistan həm Vaşinqton, həm də Tehranla uzunmüddətli strateji və tarixi əlaqələri olan nadir ölkələrdən biridir. İslamabadın bu təşəbbüsü Türkiyə, Qətər və Misir kimi ölkələrin apardığı vasitəçilik səylərinə yeni bir nəfəs verə bilər.

Pakistanın Baş naziri Şahbaz Şərif cümə günü bəyan edib ki, ölkəsinin silahlı qüvvələri qonşu Əfqanıstana edilən hava zərbələrindən sonra hər hansı bir təcavüzkarı "əzmək" iqtidarındadır. Şərif "X" platformasındakı paylaşımında bildirib: "Bizim qüvvələrimiz hər hansı təcavüzkar ambisiyaları darmadağın etmək üçün tam qüdrətə sahibdir. Bütün xalq Pakistan Silahlı Qüvvələri ilə çiyin-çiyinə dayanıb".

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev 3-4 fevral tarixlərində Pakistana rəsmi səfər edəcək. Məlumata görə, səfər çərçivəsində Prezident Tokayev Pakistanın Baş naziri Şahbaz Şərif və ölkə Prezidenti Asif Ali Zərdari ilə yüksək səviyyəli danışıqlar aparacaq. Görüşlərdə iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi, eləcə də mədəni və humanitar əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Pakistan Hökumətinin üzvlərinin də iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətini qəbul etdi. Qəbul zamanı Baş nazir Pakistandakı ilk ASAN Xidmət mərkəzinin yaradılmasında göstərilən dəstəyə görə bir daha Azərbaycan Respublikası Prezidentinə səmimi təşəkkürlərini və minnətdarlığını bildirdi.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Pakistanla sərhəd ticarətinin və iqtisadi əməkdaşlığın genişləndirilməsi hər iki ölkədə təhlükəsizliyi gücləndirəcək və iqtisadi artıma töhfə verəcək. Cümə günü Pakistana üçgünlük səfərdən qayıtdıqdan sonra danışan Qalibaf açıqlamalar verib. “Əgər sərhəd bazarları inkişaf etdirilsə və Pakistanla ticarət canlansa, iki ölkə arasında mövcud olan təhlükəsizlik və sərhəd problemlərinin böyük bir hissəsi aradan qalxacaq. Çünki sərhədlər qanuni və genişmiqyaslı iqtisadi fəaliyyət mərkəzinə çevrildikdə qaçaqmalçılıq və təhlükəsizlik problemləri minimuma enir.” - deyə Qalibaf qeyd edib.

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda keçiriləcək rəsmi mərasimdə iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda keçiriləcək Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Azərbaycana rəsmi səfər edəcək. Bildirilir ki, səfər çərçivəsində Azərbaycan–Pakistan münasibətlərinin bütün spektri müzakirə olunacaq, habelə ticarət və investisiyalar, energetika, müdafiə, təhsil və regional əlaqəlilik də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni istiqamətlər müəyyən ediləcək.

Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri şahzadə Məhəmməd bin Salman ilə Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif dünən Ər-Riyadda birgə strateji müdafiə sazişi imzalayıblar. Sazişə əsasən, hər iki ölkədən birinə edilən hər hansı hücum, hər ikisinə edilmiş hücum sayılacaq. Bu addım hər iki ölkənin təhlükəsizliyini gücləndirmək və bölgədə, həmçinin dünyada sülh və sabitliyi təmin etmək məqsədi daşıyır.