#Ankara

Türkiyənin Ankara vilayətində 4,1 bal gücündə zəlzələ qeydə alınıb. Məlumata əsasən, zəlzələ Balıkesirin Sındırqı rayonunda yerli vaxtla saat 08:24-də (Bakı vaxtı ilə saat 09:24-də) baş verib. Yerlatı təkanların ocağı 11,08 kilometr dərinlikdə yerləşib. İnsan tələfatı və ya dağıntılar barədə məlumat yoxdur.

Türkiyənin xarici işlər naziri Hakan Fidan 11–12 sentyabr tarixlərində İtaliyaya işgüzar səfər edəcək. Səfər çərçivəsində Fidan İtaliyanın baş nazir müavini və xarici işlər naziri Antonio Tajani ilə görüşəcək, həmçinin Romadakı Istituto Affari Internazionali adlı beyin mərkəzində çıxış edəcək.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son iki həftə ərzində FETÖ-yə qarşı aparılan əməliyyatların nəticələrini açıqlayıb. Nazirliyin məlumatına görə, saxlanılan şəxslərin FETÖ-nün hazırkı şəbəkəsi daxilində aktiv olduğu, gizli əlaqələr saxladığı, təşkilatın nəzarətindəki qurumlara maliyyə dəstəyi göstərdiyi və sosial media üzərindən təbliğat apardığı müəyyən edilib.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Türkiyə–Pakistan Qarışıq Hökumətlərarası Komissiyasının (KEK) 16-cı iclasında iştirak etmək üçün rəsmi səfərlə Pakistana gedib. Görüşdə ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

İtaliyanın nüfuzlu qəzetlərindən Il Gazzettino, Türkiyənin qlobal siyasətdəki həlledici rolunu ön plana çıxaran geniş təhlil dərc edib. Qəzetin baş redaktoru Roberto Papettinin imzası ilə yayımlanan yazıda vurğulanır ki, nə NATO, nə də Avropa Türkiyədən vaz keçə bilməz, çünki Ankara olmadan nə regional, nə də qlobal təhlükəsizlik təmin oluna bilər. Məqalədə Türkiyənin Pekində keçirilən BRİKS Zirvəsinə qatılması Qərb mediasında müzakirə mövzusu kimi göstərilir. Papetti qeyd edir ki, bu addım NATO daxilində müəyyən narahatlıq doğursa da, Türkiyənin Asiya ilə iqtisadi əlaqələrini gücləndirməsi və yeni əməkdaşlıqlara açıq olması Ankaranı qlobal sistemin mərkəzində əvəzolunmaz aktora çevirir.

Bolat sosial media hesabında, “Tiflis marşrutu ilə Ankaranı 24 ölkənin 31 şəhəri ilə birləşdiririk. Oktyabrın sonunda Madrid və Barselonaya uçuşlar əlavə olunacaq, beləliklə, 25 ölkənin 33 şəhərinə çatacağıq,” - deyə bildirib. O, Brüssel, Milan və Roma uçuşları üzərində də işlədiklərini qeyd edib. Bolat, Ankaranı bölgənin yüksəliş mərkəzi kimi yerləşdirmək məqsədilə iş ortaqları və sənaye təşkilatları ilə əməkdaşlıq etdiklərini vurğulayıb. “Ankara üçün hava körpüsü yaratmaqla kifayətlənmirik, onu qlobal miqyasda tanıdacaq layihələrə start veririk,” deyən Bolat, Tbilisi, Madrid və Barselona uçuşlarının bu hədəfin mühüm addımları olduğunu bildirib.

Qırğızıstanın Milli İnvestisiya Agentliyindən verilən məlumata görə, 18 sentyabrda Bişkekdə Qırğızıstan-Türkiyə biznes forumu təşkil olunacaq. Tədbir Qırğızıstan və Türkiyənin dövlət qurumlarını, biznes dairələrinin nümayəndələrini və investisiya şirkətlərini bir araya gətirəcək.

XİN-in sözçüsü Öncü Keçeli “X” sosial şəbəkəsindəki paylaşımında , “İraqın sabitliyi və sülhü, eləcə də vətəndaşlarımızın təhlükəsizliyi üçün Süleymaniyyədəki hadisələri yaxından izləyirik.” - deyə bildirib. Keçeli qeyd edib ki, Türkiyənin Ərbildəki Baş Konsulluğu hazırda bölgədə yaşayan Türkiyə vətəndaşlarının təhlükəsizliyinin təmin olunması məqsədilə yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq aparır. Hadisələrin təfərrüatları barədə əlavə məlumat verilməsə də, Ankara bölgədəki gərginliyi izləyir və ehtiyac yaranacağı halda Türkiyə vətəndaşları üçün əlavə tədbirlərin görüləcəyini bəyan edib.