Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    SIDS ölkələrinin mədəni irsinin YUNESKO-da siyahıya alınmasına dəstək verməyə hazırıq - Yalçın Rəfiyev

    1 May 2026 18:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    SIDS ölkələrinin mədəni irsinin YUNESKO-da siyahıya alınmasına dəstək verməyə hazırıq - Yalçın Rəfiyev
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA

    Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev 30 aprel – 1 may tarixlərində Fransanın Paris şəhərində səfərdə olub.

    VOA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Səfər çərçivəsində nazir müavini Y.Rəfiyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolun dəvəti ilə Beynəlxalq Enerji Agentliyi və COP31 sədrliyinin birgə təşkil etdiyi “BEA–COP31: yüksək səviyyəli enerji keçidi” adlı tədbirin açılış sessiyasında əsas natiqlərdən biri qismində çıxış edib.

    Y.Rəfiyev çıxışında COP29-un enerji sahəsindəki təşəbbüsləri, COP31-ə hazırlıq prosesi, iqlim dəyişiklikləri ilə bağlı mövcud qlobal çağırışlar barədə məlumat verib.

    Səfər çərçivəsində həmçinin YUNESKO-da Azərbaycan Respublikasının Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə 25 aprel - Kiçik ada inkişaf etməkdə olan dövlətlərinin(SIDS) Beynəlxalq gününə həsr olunmuş işgüzar tədbir keçirilib. Y.Rəfiyev tədbirdə çıxış edərək Azərbaycan ilə SIDS arasında münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə edib Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmiz tərəfindən kiçik ada dövlətlərinə xüsusi diqqətin, inkişaf üçün beynəlxalq yardım sahəsində davamlı dəstəyin göstərildiyini vurğulayıb. Bu əməkdaşlığın yeni bir istiqaməti olaraq SIDS ölkələrinin mədəni irsinin YUNESKO-da siyahıya alınmasına Azərbaycanın siyasi və texniki dəstək verməyə hazır olduğunu bildirib.

    Tədbirdə iştirak edən SIDS ölkələrinin YUNESKO nəzdində daimi nümayəndələri Azərbaycanın uğurlu sədrliyi altında COP29-da qəbul edilmiş tarixi qərarların ilk növbədə məhz iqlim dəyişmələrinə həssas olan bu ölkələr üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, ölkəmizə bu sahədə göstərdiyi dəstək üçün təşəkkürlərini ifadə ediblər.

    Çıxış edənlər eyni zamanda iqlim çağırışlarının SIDS ölkələrinin mədəni irsi üçün yaratdığı təhlükəni və bu sahədə ölkələrinin üzləşdikləri çətinlikləri xüsusi vurğulayaraq, Azərbaycan tərəfindən belə bir innovativ təklifin irəli sürülməsini olduqca müsbət qarşılayıb və təşəbbüsə dəstəklərini ifadə ediblər.

    Tədbirdə sözügedən istiqamətdə mövcud çagırışların həllinə yönəlmiş, Azərbaycan, UNESCO və 39 dövləti əhatə edən SIDS qrupu tərəfindən birgə icra olunacaq proqramın hazırlanması və həyata keçirilməsi haqqında razılıq əldə olunub.

    Səfər çərçivəsində Y.Rəfiyev həmçinin Türkiyənin COP31 sədrliyinin rəhbər heyəti ilə görüşüb, Antalya şəhərində baş tutacaq COP31-ə hazırlıq məsələləri müzakirə edilib.

    #Fransa #YUNESKO #Fatih Birol #Yalçın Rəfiyev #COP31
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Turizmin paytaxtı Antalyada 10 milyonluq hədd aşıldı

    22 Avqust 2026 13:08

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    Fransa-Səudiyyə Strateji Tərəfdaşlıq Şurası ilk dəfə toplanır - Gündəlikdə nələr var?

    21 Avqust 2026 10:08

    Makron ölümə yardım haqqında qanunu təsdiqlədi

    19 Avqust 2026 14:03

    İran iki fransalı diplomatı "persona non grata" elan etdi

    19 Avqust 2026 11:58

    Tehran Fransa səfirliyinin iki əməkdaşına qapıları bağladı

    17 Avqust 2026 18:20

    Tehran fransalı diplomatlarla bağlı ciddi ittihamlar irəli sürüb

    15 Avqust 2026 18:35

    Fələstinlilərin evlərini ələ keçirənləri cəzalandırın - Fransa

    14 Avqust 2026 20:44

    Avropada meşə yanğınları turizm bölgələrini cənginə alıb

    14 Avqust 2026 20:39

    Fransa İsraili Fələstinlilərin evlərini ələ keçirən köçkünləri həbs etməyə çağırıb

    14 Avqust 2026 19:41

    Fransa və Qərb ölkələrinin insan hüquqları bəyanatı riyakarlıq nümunəsidir - İran XİN

    14 Avqust 2026 09:35

    Tehran-Paris xəttində yeni gərginlik: İnsan hüquqları mübahisəsi böyüyür

    13 Avqust 2026 10:43
    XƏBƏR LENTİ

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Misir və İran bölgədə gərginliyin azaldılması və diplomatik danışıqların bərpasını müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.