Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    Türk Mədəniyyəti və İrsi Fondu YUNESKO sessiyasında iki böyük layihəni təqdim edir

    3 Noyabr 2025 11:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türk Mədəniyyəti və İrsi Fondu YUNESKO sessiyasında iki böyük layihəni təqdim edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    4 noyabr 2025-ci il tarixində Səmərqənddə keçirilən YUNESKO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Türk dünyası üçün mühüm əhəmiyyətə malik tarixi təqdimat baş tutacaq.

    AzerVoice xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondu ilk dəfə olaraq türk sivilizasiyasının zəngin mirasını əks etdirən iki böyük layihəni beynəlxalq auditoriyaya təqdim edəcək.

    Təqdim olunan layihələr aşağıdakılardır:

    ▪ “Türk Dünyasının Mədəni Kodu” kataloqu – Türk Dövlət Başçılarının qəbul etdiyi “Türk Dünyasına Baxış–2040” və “TURKTIME” strateji sənədlərinə əsasən hazırlanmış, türk xalqlarının mədəni irsini əhatə edən geniş kataloq;

    ▪ “Türk Folklor İrsi” Antologiyası – Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və Türk dövlət başçılarının dəstəyi ilə çoxcildli, çoxdilli nəhəng nəşr layihəsi.

    Fondun məlumatına görə, bu layihələrin icrasında Türk dünyasının tanınmış alim və mütəxəssisləri iştirak edib. Onlar türk xalqlarının çoxəsrlik mədəni, elmi və folklor irsinin toplanması, sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsi işinə mühüm töhfə veriblər.

    Türk Dili Ailəsi Gününün qeyd olunması

    Proqram çərçivəsində, həmçinin, YUNESKO-nun 43-cü sessiyası tərəfindən 3 noyabr 2025-ci ildə rəsmən qəbul edilmiş Türk Dili Ailəsi Gününün (World Turkic Language Family Day) qeyd edilməsi ilə bağlı tədbir keçiriləcək.

    Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan və Macarıstanın YUNESKO yanında Daimi Nümayəndəliklərinin rəhbərləri, diplomatik korpus, beynəlxalq təşkilatlar, alimlər, mədəniyyət institutlarının rəhbərləri, media nümayəndələri iştirak edəcəklər.

    Mərasim Türk mədəniyyətinin səfirləri hesab olunan “Turan” etno-folklor ansamblının çıxışları ilə müşayiət olunacaq.

    Tədbir türk xalqlarının dil və mədəni birliyinin beynəlxalq səviyyədə tanınmasına xidmət etməklə yanaşı, türk sivilizasiyasının dünya mədəniyyatına və humanitar əməkdaşlığa verdiyi töhfəni bir daha nümayiş etdirəcək.

    Təşkilatçı: Türk Mədəniyyəti və İrsi Fondu (Bakı, Azərbaycan)

    Əlaqə:

    Ləman Şahmuradova – +994 50 737 00 08

    Serik Nurmoldayev – +7 705 802 20 58
    Email: [email protected]
    Web: turkicheritage.org | heritageturkic.org

    Türk Mədəniyyəti və İrsi Fondu YUNESKO sessiyasında iki böyük layihəni təqdim edir
    #Azərbaycan #Özbəkistan #Türk Dövlətləri Təşkilatı #YUNESKO #Səmərqənd #Türk Mədəniyyəti və İrsi Fondu #Türk dünyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

    16 İyul 2026 17:37

    Tramp Prezident İlham Əliyevin Şuşa Media Forumunda səsləndirdiyi bəyanatlarla bağlı məqaləni paylaşıb

    16 İyul 2026 10:58

    Azərbaycan və UN-Habitat saziş imzaladı

    16 İyul 2026 10:48

    Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yollanıb

    16 İyul 2026 09:19

    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb

    15 İyul 2026 18:50

    Azərbaycan XİN vətəndaşlara xəbərdarlıq etdi: Riskli bölgələrdə işləməyin

    15 İyul 2026 15:45

    Azərbaycan 15 iyulda, o qaranlıq gecədə qardaşlığını nümayiş etdirdi - Birol Akgün

    15 İyul 2026 11:34

    "The Liberum" Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi əsas mesajları işıqlandırıb

    14 İyul 2026 22:14

    Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq genişlənir

    14 İyul 2026 11:41

    Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

    13 İyul 2026 21:48

    Media Mükəmməllik Mərkəzi D-8 üzv dövlətlərinin KİV-ləri arasında əməkdaşlıq platformasına çevriləcək - Hikmət Hacıyev

    13 İyul 2026 19:03

    Əli Əsədov ÜGT-nin Baş katibi ilə əməkdaşlığın inkişafını müzakirə edib

    13 İyul 2026 18:59
    XƏBƏR LENTİ

    Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu

    Tarixdə bu gün - 17 İyul

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.