#Misir

İsrail Baş naziri Benyamin Netanyahu təhlükəsizlik toplantısından sonra orduya Qəzzada hərbi əməliyyatları bərpa etməyi tapşırıb. Yerli media İsrail ordusunun ilk olaraq Rəfah şəhərinə hava hücumu həyata keçirdiyini bildirir. Netanyahu qərarını “HƏMAS-ın atəşkəsi pozduğu” iddiası ilə əsaslandırıb.

Eyni gün yayımlanan ilk rəsmi açıqlamada Misir Xarici İşlər Nazirliyi baş verənləri “İsrailin pozuntularına fələstinli cavabı” kimi səciyyələndirdi. Bu mövqe Misirin Fələstin məsələsinə müəyyən dərəcədə simpatiyasını göstərsə də, bu, Qahirənin nə “HƏMAS”ın metodlarını, nə də eskalasiyaya sürüklənməni dəstəklədiyi anlamına gəlmirdi. Bu, əsasən, Misirin keçmiş Qəzza-İsrail müharibələrindən çıxardığı reallığa əsaslanan praqmatik nəticələrə söykənirdi.

QatarEnergy şirkəti İtaliyanın Eni şirkəti ilə “farm-in” sazişini yekunlaşdıraraq, Misir Ərəb Respublikasının sahillərində yerləşən North Rafah dəniz kəşfiyyat blokunda 40 faiz iştirak payı əldə edib. Misir hökuməti tərəfindən yaxın günlərdə təsdiqlənən bu razılaşmaya əsasən, QatarEnergy-nin payı 40 faiz, blokun operatoru olan Eni şirkətinin payı isə 60 faiz olaraq qalacaq. Energetika məsələləri üzrə dövlət naziri, QatarEnergy şirkətinin prezidenti və baş icraçı direktoru Səad Şeridə əl-Kaabi sazişlə bağlı bildirib:

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü bildirib ki, “İsrail suveren dövlət olaraq öz təhlükəsizlik siyasətini və Qəzza zolağında əməkdaşlıq etməyə razı olduğu beynəlxalq qüvvələri özü müəyyən edəcək”. “Biz təhlükəsizliyimizə özümüz nəzarət edirik və beynəlxalq güclərə aydın şəkildə izah etmişik ki, İsrail hansı qüvvələrin bizim üçün qəbuledilməz olduğunu özü müəyyən edəcək. Biz bu şəkildə hərəkət etmişik və bu istiqamətdə hərəkət etməyə davam edəcəyik”.-deyə o bildirib.

Qətər Dövləti Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə sarsılmaz sadiqliyini yenidən bəyan edərək, beynəlxalq təşkilatın fəaliyyətinə dəstəyini, onun tərəfdaşlıqlarının möhkəmləndirilməsinə və BMT-nin səmərəliliyini, çevikliyini və qlobal problemlərə reaksiyasını artırmaq məqsədi daşıyan islahatlara verdiyi dəstəyi vurğulayıb.

Qəzza zolağında atəşkəs və sülh prosesinə dair diplomatik təşəbbüslərin mərkəzində Türkiyə ordusunun mümkün iştirakı müzakirə olunur. Məlumata görə, Türkiyə beynəlxalq barış missiyasına qoşulmaq üçün ABŞ-dən İsrail qüvvələri ilə birbaşa təmasdan çəkinmək barədə təminat tələb edib. Həmçinin İndoneziya da bu missiyanın sırf “barış gücü” statusunda qalacağı və İsrail qüvvələri ilə toqquşma yaşanmayacağı barədə təminat istəyib.

2025-ci ilin yanvar- sentyabr ayında Türkiyədə Misir kapitalı ilə 49 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 75 milyon 20 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 107 milyon 410 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - sentyabr ayında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (46) qeydiyyata alınıb.

Misir, İsrail və Həmasa Şarm əl-Şeyx şəhərində imzalanan Qəzzada atəşkəs sazişinə əməl etməyə çağırıb. Misir Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamaya görə, nazir Bədr Əbdülati Fransa xarici işlər naziri Jan-Noel Barro və Danimarka xarici işlər naziri Lars Lökke Rasmussenlə telefonla danışıb. Əbdülati qeyd edib ki, Şarm əl-Şeyx şəhərində imzalanan Qəzzada atəşkəs razılaşmasına tərəflərin əməl etməsi son dərəcə vacibdir.

Misir, İran, ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında aparılan intensiv diplomatik təmaslar nəticəsində Qahirə, Tehran və Vaşinqtonla yanaşı, Agentliklə də İranın nüvə proqramı üzrə danışıqların bərpası istiqamətində əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib. Bu barədə Misir Xarici İşlər Nazirliyi şənbə günü yaydığı bəyanatda məlumat verib. Bəyanatda qeyd olunur ki, xarici işlər naziri Bədr Əbdülati İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkof və Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə telefon danışıqları aparıb. Nazirlik bildirib ki, danışıqlar regionda təhlükəsizlik və sabitliyin qorunması, gərginliyin azaldılması və 9 sentyabrda Qahirədə İranla BAEA arasında imzalanmış razılaşmadan sonra yaranan diplomatik dinamikanın davam etdirilməsi məqsədi daşıyır.