Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İsrail Qəzzədə mövcudluğunu qəbul etmədiyi beynəlxalq qüvvələri özü müəyyən edəcək

    26 Oktyabr 2025 16:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail Qəzzədə mövcudluğunu qəbul etmədiyi beynəlxalq qüvvələri özü müəyyən edəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İsrailin baş naziri Benyamin Netanyahu bazar günü bildirib ki, “İsrail suveren dövlət olaraq öz təhlükəsizlik siyasətini və Qəzza zolağında əməkdaşlıq etməyə razı olduğu beynəlxalq qüvvələri özü müəyyən edəcək”.

    “Biz təhlükəsizliyimizə özümüz nəzarət edirik və beynəlxalq güclərə aydın şəkildə izah etmişik ki, İsrail hansı qüvvələrin bizim üçün qəbuledilməz olduğunu özü müəyyən edəcək. Biz bu şəkildə hərəkət etmişik və bu istiqamətdə hərəkət etməyə davam edəcəyik”.-deyə o bildirib.

    O əlavə edib ki, “bu mövqe, son bir neçə gün ərzində yüksək səviyyəli ABŞ rəsmilərinin də ifadə etdiyi kimi, ABŞ tərəfindən də qəbul edilir”.

    ABŞ vasitəçiliyi ilə “HƏMAS” və İsrail arasında əldə olunan atəşkəs razılaşmasına əsasən, yaxın günlərdə əsasən ərəb və müsəlman ölkələrinin hərbçilərindən ibarət beynəlxalq qüvvələrin dağıdılmış Qəzza zolağına yerləşdirilməsi planlaşdırılır.

    ABŞ-ın dövlət katibi Marko Rubio cümə günü bildirib ki, İsrail Qəzzədə yerləşdirilməsi nəzərdə tutulan beynəlxalq qüvvədə iştirak edəcək ölkələrdən “rahat” olmalıdır.
    “Bir neçə ölkə iştirak təklifi irəli sürüb (...) İsrail bu şəxslər və ya ölkələrlə özünü rahat hiss etməlidir”.-deyə Rubio İsrailin cənubundakı Kiriyat Gat şəhərində yerləşən “Hərbi-Sivil Əlaqələndirmə Mərkəzi”ndə çıxış edərək deyib.

    ABŞ prezidenti Donald Trampın Qəzzədə atəşkəsin təmin olunması üçün irəli sürdüyü planın növbəti mərhələlərinə “Həmas”ın silahsızlaşdırılması, beynəlxalq təhlükəsizlik qüvvəsinin yerləşdirilməsi və dağıdılmış bölgənin bərpası daxildir

    #Türkiyə #Benyamin Netanyahu #Fələstin #BƏƏ #Səudiyyə Ərəbistanı #Misir #Qətər #HƏMAS #Əl-Qəssam Briqadaları #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Yaxın Şərq Sülh Sammiti #Qəzzada yerləşdiriləcək beynəlxalq qüvvə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    2 Sentyabr 2026 19:49

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    2 Sentyabr 2026 19:18

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    2 Sentyabr 2026 19:11

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    2 Sentyabr 2026 18:35

    Si Cinpin Yaxın Şərqə xarici müdaxilənin dayandırılmasını istəyib

    2 Sentyabr 2026 18:26

    ABŞ HƏMAS-a göndərildiyi iddia olunan 560 min dollardan çox rəqəmsal vəsaiti müsadirə edib

    2 Sentyabr 2026 18:17

    Səudiyyə Ərəbistanı "Sidr" tankerinin vurulmasına görə İranı qınadı

    2 Sentyabr 2026 16:21

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    2 Sentyabr 2026 15:56

    Azərbaycan və Səudiyyə Ərəbistanı aviasiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

    2 Sentyabr 2026 15:42

    BƏƏ daşqın və torpaq sürüşmələrindən zərər çəkən Nepal üçün ikinci yardım təyyarəsini göndərib

    2 Sentyabr 2026 14:51

    “Sidr” tankerində baş verən insident nəticəsində 2 filippinli dənizçi ölüb

    2 Sentyabr 2026 14:27
    XƏBƏR LENTİ

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.