Qətər Dövlətinin sabiq İctimai Səhiyyə naziri Dr. Hənan əl-Küvari Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru vəzifəsinə namizəd irəli sürülüb. O, hazırkı Baş direktor Dr. Tedros Adhanom Qebreyesusun səlahiyyət müddəti 15 avqust 2027-ci ildə başa çatdıqdan sonra bu vəzifəyə gələ bilər.
#ÜST
Azərbaycan ÜST-nin Avropa Regional Bürosunun təşkil etdiyi tədbirdə mühüm uğur qazanıb. Ölkəmizin təqdim etdiyi poster "Ən yaxşı poster" nominasiyasında mükafata layiq görülüb. Poster səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi sahəsində həyata keçirilən islahatları əks etdirib. Tədbirdə beynəlxalq təcrübə və keyfiyyət standartları müzakirə olunub. Azərbaycan və Tacikistanın müvafiq qurumları arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum akkreditasiya və keyfiyyətə nəzarət sahəsində əməkdaşlığı genişləndirəcək. Bu nəticə Azərbaycanın səhiyyə sahəsində beynəlxalq nüfuzunun artdığını göstərir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika qitəsində yayılan, "meymunçiçəyi" kimi də tanınan mpox virusuna görə qlobal fövqəladə vəziyyət elan edib. Virus son illərdə ilk dəfə Afrikadan kənarda- İsveçdə aşkar edilib. ÜST yaxın günlərdə Avropada meymunçiçəyinə yoluxma hallarının artacağını gözləyir.
Ümumdünya Səhiyyə Təşkilatı kruiz gəmisində yayılan Hanta virusu nəticəsində səkkiz nəfərin yoluxduğunu və üç nəfərin həyatını itirdiyini açıqlayıb. Hazırda bir neçə ölkədə xəstələrin müalicəsi davam edir, ABŞ isə öz vətəndaşlarının təxliyəsinə hazırlaşır.
ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyi (HHS), Prezident Donald Trampın uzunmüddətli hədəflərindən birini tamamlayaraq Amerika Birləşmiş Ştatlarının Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) ayrılma prosesinin rəsmən yekunlaşdığını açıqlayıb. Prezident Tramp ilk dövründə başlatdığı ÜST-dən ayrılma təşəbbüsünü, ikinci dövrünün ilk günündə imzaladığı fərmanla qətiləşdirmişdi. ABŞ qanunlarına görə, təşkilatdan ayrılmaq üçün bir il öncədən bildiriş verilməli və bütün ödənilməmiş borclar bağlanmalıdır. Hazırkı vaxt etibarilə ABŞ-ın ÜST-yə təxminən 260 milyon dollar borcu var, lakin hüquq ekspertləri ABŞ-ın bu ödənişi etməsinin az ehtimal olunduğunu və ÜST-nin bu vəsaiti toplamaq üçün əlində məhdud hüquqi vasitələrin olduğunu bildirirlər.
Efiopiyanın cənubunda yayılan “Marburq” virusu səbəbilə rəsmi olaraq epidemiya elan edilib. Afrika İttifaqının Xəstəliklərə Nəzarət Mərkəzi (CDC Africa) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, virus indiyə qədər ən azı 9 insanda təsdiqlənib. ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyyesus bildirib ki, virus Efiopiyanın Cənub Bölgəsində yayılıb və ölüm riski 90 faizə qədərdir. Xəstəliyə səbəb olan “Marburq” virusu Ebola ailəsindən olub, əsasən meyvə ilə qidalanan yarasalardan insanlara keçir.
Dünyada diabet xəstələrinin təxminən yarısı öz xəstəliklərinin fərqində deyil. The Lancet Diabetes & Endocrinology jurnalında yayımlanan yeni araşdırma, diabet diaqnozlarının artmasına baxmayaraq, insanların əhəmiyyətli hissəsinin hələ də bu “səssiz xəstəlikdən” xəbərsiz olduğunu ortaya qoyub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus İsraili Qəzzadakı humanitar böhranı dayandırmağa çağırıb. "İnsanların aclıqdan ölməsi qarşısı alına biləcək faciədir. İsrail bunu istənilən an dayandıra bilər" - deyə, o bəyan edib. “Ərzaq yükləri çox yaxın məsafədə olduğu halda insanların aclıqdan ölməsi qəbuledilməzdir. Qəzza əhalisini ac saxlamaq nə İsrailin təhlükəsizliyini təmin edəcək, nə də girovların azad olunmasına kömək edəcək. Mülki əhalini aclığa məhkum etmək heç vaxt müharibə üsulu ola bilməz. Bu, hərbi cinayətdir və gələcək münaqişələrdə təhlükəli presedent yaradır”, - Gebreyesus əlavə edib.
ÜST bu günədək Səudiyyə Ərəbistanında daha 14 şəhərə sağlam şəhər statusu verib. Bu şəhərlərə Taif, Tabuk, Əd-Diriyə, Unayzə, Cəlacəl, Əl-Məndəq, Əl-Cumum, Riyad əl-Xubra və Şarura daxildir.
Avropa İttifaqı (Aİ) İsrailin Qəzzada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) binasına hücumunu pisləyib.