Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    ÜST rəhbəri İsraili Qəzzadakı humanitar böhranı dayandırmağa çağırıb

    5 Sentyabr 2025 20:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ÜST rəhbəri İsraili Qəzzadakı humanitar böhranı dayandırmağa çağırıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus İsraili Qəzzadakı humanitar böhranı dayandırmağa çağırıb.

    AzerVoice-un məlumatına görə, o bildirib ki, Qəzza xalqını aclığa məhkum etmək İsrailin təhlükəsizliyini artırmayacaq.

    "İnsanların aclıqdan ölməsi qarşısı alına biləcək faciədir. İsrail bunu istənilən an dayandıra bilər" - deyə, o bəyan edib.

    “Ərzaq yükləri çox yaxın məsafədə olduğu halda insanların aclıqdan ölməsi qəbuledilməzdir. Qəzza əhalisini ac saxlamaq nə İsrailin təhlükəsizliyini təmin edəcək, nə də girovların azad olunmasına kömək edəcək. Mülki əhalini aclığa məhkum etmək heç vaxt müharibə üsulu ola bilməz. Bu, hərbi cinayətdir və gələcək münaqişələrdə təhlükəli presedent yaradır”, - Gebreyesus əlavə edib.

    ÜST rəhbəri bildirib ki, ötən həftə Qəzzanın bəzi bölgələri İsrailin hücumları nəticəsində ağır bombardmana məruz qalıb. Onun sözlərinə görə, vəziyyət bu cür davam edərsə, artıq ciddi qida çatışmazlığı yaşayan təxminən 1 milyon insanın su və sanitariya sistemləri də çökə bilər.

    Gebreyesus xatırladıb ki, iki həftə əvvəl Qəzzanın bəzi bölgələrində rəsmi olaraq aclıq elan olunub. O qeyd edib ki, 2023-cü ilin oktyabrından bəri ən azı 370 nəfər qida çatışmazlığından dünyasını dəyişib, onların 300-dən çoxu yalnız son iki ayda həlak olub.

    “Aclığın olduğu yerdə xəstəlik də yayılır”, - deyə ÜST rəhbəri xəbərdarlıq edib. O bildirib ki, yemək və təmiz suyun çatışmazlığı, sıx şəraitdə yaşamaq immuniteti zəiflədir və xəstəliklərə yoluxma hallarını artırır. Bu səbəbdən, təcili tibbi yardıma ehtiyacı olan insanların Qəzzadan təxliyəsi üçün səylərin davam etdiyini vurğulayıb.

    Qeyd edək ki, ÜST 2023-cü ilin oktyabr ayından bəri 7 640-dan çox xəstənin (5 300-ü uşaq olmaqla) təxliyyəsinə dəstək verib. Hazırda isə 15 mindən çox insan xüsusi tibbi yardıma ehtiyac duyur, onların 3 800-ü uşaqdır. Təxliyə gözləyən 700-dən çox insan, o cümlədən təxminən 140 uşaq həyatını itirib.

    #Qəzza #İsrail #Qəzza zolağı #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) #ÜST #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Tedros Adhanom Qebreyesus
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    3 Sentyabr 2026 22:29

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    3 Sentyabr 2026 22:01

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    3 Sentyabr 2026 21:03

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    3 Sentyabr 2026 20:59

    İsrail silahlı qruplarla əlaqəsi aşkarlanmayan beş Livan vətəndaşını azad edib

    3 Sentyabr 2026 18:44

    Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub

    3 Sentyabr 2026 18:19

    İsrailin yeni torpaq qərarları yüzlərlə fələstinli ailəyə təsir edə bilər

    3 Sentyabr 2026 18:16

    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

    3 Sentyabr 2026 09:48

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT

    1 Sentyabr 2026 20:46

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48
    XƏBƏR LENTİ

    519 at güclü 2026 Cadillac Optiq-V sınaqdan keçdi

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.