Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət / Maraqlı faktlar
    Maraqlı faktlar

    Dünya üzrə milyonlarla insan diabetdən xəbərsizdir

    14 Sentyabr 2025 14:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Dünya üzrə milyonlarla insan diabetdən xəbərsizdir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Dünyada diabet xəstələrinin təxminən yarısı öz xəstəliklərinin fərqində deyil. The Lancet Diabetes & Endocrinology jurnalında yayımlanan yeni araşdırma, diabet diaqnozlarının artmasına baxmayaraq, insanların əhəmiyyətli hissəsinin hələ də bu “səssiz xəstəlikdən” xəbərsiz olduğunu ortaya qoyub.

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda dünyada 830 milyon insan diabetlə yaşayır. Bu rəqəmin 2050-ci ilə qədər 1,3 milyarda çatacağı proqnozlaşdırılır. 2023-cü ildə 204 ölkədən toplanan sağlamlıq göstəricilərinin analizinə əsasən, 15 yaş və yuxarı diabetli insanların 44,2 faizi öz vəziyyətindən xəbərsizdir.

    Orta Sahraaltı Afrikada vəziyyət xüsusilə kritikdir – bu bölgədə xəstələrin cəmi 20 faizdən azı diaqnoz alıb.

    Araşdırma göstərib ki, diaqnoz qoyulmuş pasiyentlərin belə hamısı lazımi müalicəyə çıxış əldə edə bilmir. Belə ki, müəyyən edilmiş xəstələrin 8,6%-i heç bir müalicə almır, müalicə alanların isə yalnız 41,6 faizi qan şəkərini effektiv idarə edə bilir.

    Ümumilikdə isə, diabetli insanların beşdə dördünün qan şəkəri nəzarətsizdir.

    Bölgələr arasında ciddi fərqlər mövcuddur:

    • Diaqnoz ehtimalı ən yüksək Şimali Amerikanın yüksək gəlirli bölgələrindədir,
    • Müalicəyə çıxış imkanı isə Asiya-Sakit Okean regionunda daha genişdir.
    • Qan şəkərinə ən yaxşı nəzarət edənlər isə Cənubi Latın Amerikası xəstələri olub.

    Düzgün müalicə olunmayan diabet, diabetik ketoasidoz kimi həyati təhlükəli fəsadlara yol aça bilər. Həmçinin ürək, böyrək, göz və sinir sistemini zədələyir. Erkən diaqnoz və qan şəkərinin nəzarətdə saxlanılması bu risklərin qarşısını alır.

    Diaqnoz qoyulmamış xəstələrin çoxunda simptomlar illərlə nəzərə çarpmaya bilər. Əlamətlərə isə bulanıq görmə, yorgunluq, səbəbsiz çəki itkisi, həddən artıq susuzluq və tez-tez sidiyə çıxma daxildir. Tip 1 diabetdə isə bu əlamətlər daha sürətlə özünü göstərir.

    #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) #ÜST #Elmi araşdırma #elmi tədqiqat #diabet #diabet müalicəsi dərmanları #Erkən diaqnoz #diabet diaqnozu #səssiz xəstəlik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətərin sabiq səhiyyə naziri Hənan əl-Küvari ÜST-nin Baş direktoru vəzifəsinə namizəd göstərilib

    26 Avqust 2026 21:17

    Azərbaycan ÜST-nin regional tədbirində "Ən yaxşı poster" mükafatına layiq görülüb

    27 İyul 2026 18:16

    Medikamentoz terapiyadan bioloji hədəfə: Xoralı kolitin müasir dərmanla müalicə protokolları

    26 İyul 2026 17:00

    Afrikanın ucqar meşələrindən qlobal təhdidə: Meymunçiçəyi virusunun yayılma coğrafiyası

    12 İyul 2026 12:00

    Əsrin sonuna qədər çimərliklərin 26 faizi yox ola bilər

    28 İyun 2026 18:00

    25 ölkədən minlərlə insan Venesuelaya gedir

    26 İyun 2026 15:37

    Bütün Hantavirus yoluxma hallarının Kruiz gəmisi İlə əlaqəli olduğu müəyyən edilib

    9 May 2026 21:28

    Keçmişə mesaj göndərmək mümkündür?

    3 May 2026 18:40

    Sosial əlaqə yox, onun qavranılması önəmlidir

    2 Aprel 2026 12:49

    BMT Yaxın Şərqdə nüvə zərbəsi riskindən narahatdır

    18 Mart 2026 17:00

    ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) rəsmən ayrılıb

    23 Yanvar 2026 09:23

    ÜST Qəzzada tibbi təxliyə gözləyən mindən çox xəstənin həyatını itirdiyini açıqlayıb

    19 Dekabr 2025 16:01
    XƏBƏR LENTİ

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    ABŞ tezliklə Tehranın “yeni müharibə strategiyasını” görəcək - İran

    Si Cinpin Yaxın Şərqə xarici müdaxilənin dayandırılmasını istəyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.