İranla ABŞ arasında əldə olunmuş kövrək atəşkəs yeni hücumlar fonunda ciddi sınaqla üzləşib . Bildirilib ki, tərəflər arasında mümkün razılaşma ilə bağlı danışıqlar davam etsə də, hələ yekun qərar qəbul edilməyib. İran tərəfi vasitəçi rolunda çıxış edən Pakistanın təqdim etdiyi təklifləri nəzərdən keçirdiyini açıqlayıb .
#Pakistan
Pakistanın xarici işlər naziri İshaq Dar apardıqları danışıqlarda böyük irəliləyiş əldə olunacağına əminliyini ifadə edərək bildirib ki, tərəflər arasında atəşkəsə nail olmaq və dialoq prosesini başlatmaq üçün ciddi səylər göstərilib.
Türkiyədə baş verən güclü sel və ekstremal hava hadisələri beynəlxalq reaksiyalara səbəb olub. Bəyanatda Pakistan xalqı və hökuməti adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və qardaş türk xalqına dərin hüznlə başsağlığı ifadə olunub. Qeyd edilib ki, baş verən təbii fəlakət nəticəsində insan tələfatı və ciddi maddi ziyan qeydə alınıb. Pakistan tərəfi bu ağır gündə Türkiyə ilə tam həmrəylik nümayiş etdirdiyini vurğulayıb.
ABŞ ya diplomatik yola baş vurmalı, ya da qarşıdurmanı davam etdirməlidir.
Pakistan hökuməti ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlər və Hörmüz boğazında yaranmış blokada səbəbindən İrana yönələn yüklər üçün altı quru tranzit marşrutunun açıldığını açıqlayıb. Bu addım, xüsusilə Kəraçi limanında yığılıb qalan minlərlə konteynerin daşınması üçün alternativ marşrutun formalaşdırılmasına yönəlib.
ABŞ Prezidenti Donald Tramp, nümayəndə heyətinin Pakistan səfərini son anda ləğv etməsinin regionda hərbi əməliyyatların yenidən başlayacağı mənasına gəlmədiyini bəyan edib. "Axios" xəbər portalına açıqlama verən Tramp, "Xeyr, bu, elə bir şey demək deyil. Hələ ki, müharibənin yenidən başlamasını düşünməmişik" deyərək gərginliyi müəyyən qədər səngidib.
ABŞ mediası Trampın Kuşner və Vitkoffun Pakistana səfərini ləğv etdiyini bildirib.
Görüş zamanı Abbas Əraqçi Pakistanın regionda sülhün qorunması və vasitəçilik səylərini yüksək qiymətləndirib. Xüsusilə son dövrlərdə ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyası, Hörmüz boğazındakı dəniz gərginliyi və regional münaqişələrin genişlənməsi fonunda bu təmas strateji əhəmiyyət kəsb edir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, nazir Abbas Əraqçinin Pakistan, Oman və Rusiyanı əhatə edəcək səfəri çərçivəsində ABŞ və İsrailin İrana dayatdığı müharibənin dayandırılması istiqamətindəki səylərin qiymətləndiriləcəyini bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi bu gün başlayacaq Pakistan, Oman və Rusiya turunun ikitərəfli məsələlərdə sıx koordinasiyanı təmin etmək və regional proseslərə dair məsləhətləşmələr aparmaq məqsədi daşıdığını bildirib. Əraqçi "X" sosial media platformasındakı hesabından paylaşdığı mesajında İslamabad, Maskat və Moskvaya səfər edəcəyini elan edib. Nazir qeyd edib: "Səfərlərimin məqsədi tərəfdaşlarımızla ikitərəfli mövzularda yaxın koordinasiya yaratmaq və regional hadisələri müzakirə etməkdir. Qonşularımız bizim prioritetimizdir".
İranın xarici işlər naziri ABŞ-la danışıqlar fonunda Pakistana səfər edəcək. Abbas Əraqçi ABŞ və İran arasında aparılan danışıqlar çərçivəsində Islamabad şəhərinə səfər edəcək. Pakistan mənbələrinin məlumatına görə, səfərin məqsədi iki ölkə arasında davam edən müzakirələrdə iştirak və diplomatik təmasların davam etdirilməsidir.
ABŞ Prezidenti Donald Trampın, 40 günə yaxın davam edən müharibəni dayandıracaq sazişin qurulması üçün müəyyən edilmiş iki həftəlik müddətin bitməsinə az qalmış, İranla atəşkəsi qeyri-müəyyən müddətə uzatdığını elan etməsindən bir gün sonra mənzərə daha da dumanlılaşır və danışıqların taleyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Son bəyanatından bir neçə saat əvvəl Tramp Amerikanın "CNBC" şəbəkəsinə atəşkəsi uzatmağa meylli olmadığını və ölkəsinin ordusunun "hərəkətə keçmək üçün həvəsli" olduğunu təsdiqləmişdi. Bu, Vaşinqton və Tehran nümayəndə heyətlərinin danışıqları bərpa etmək üçün Pakistana gedib-getməyəcəyi ilə bağlı tərəddüd və qeyri-müəyyənlik mühitində baş vermişdi.