#ABŞ və İsrailin İran gərginliyi

İranın keçmiş xarici işlər naziri Cavad Zərif ölkəsini "qələbə elan etməyə və həm bu münaqişəni bitirən, həm də növbətisinin qarşısını alan bir sövdələşməyə" çağırıb. Uzun illər İranın nüvə proqramı üzrə ABŞ və digər dövlətlərlə apardığı danışıqların əsas siması olan Zərif, Tehran üçün əlverişli şərtlərlə ABŞ və İsrail ilə müharibəni dayandırmağın yollarını cızan bir "yol xəritəsi" təqdim edib.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi ölkədə yaşayan İran vətəndaşlarının kütləvi şəkildə deportasiya ediləcəyi və onlara qarşı giriş qadağası qoyulduğu barədə yayılan məlumatlara rəsmi münasibət bildirib. Nazirliyin bəyanatında bu cür iddialar qətiyyətlə təkzib olunub və vurğulanıb ki, İran icması BƏƏ-nin "sosial toxumasının ayrılmaz bir hissəsidir". Açıqlamada ölkədə 200-dən çox millətin nümayəndəsinin dinc yanaşı yaşadığı, bu vəziyyətin isə Əmirliklərin tolerantlıq və birgəyaşayış dəyərlərinə sadiqliyinin bariz nümunəsi olduğu qeyd edilib.

ABŞ prezidenti Donald Tramp İranla bağlı gərginlik fonunda müttəfiqlərə sərt mesaj ünvanlayıb. O qeyd edib ki, Vaşinqton bu ölkələrə artıq dəstək verməyəcək. Bu bəyanat ABŞ-ın müttəfiqləri ilə enerji və təhlükəsizlik sahəsində münasibətlərində yeni gərginlik yarada biləcək mesaj kimi qiymətləndirilir.

Küveyt bayrağı altında üzən “Al-Salmi” neft tankeri Dubay sahilləri yaxınlığında İran tərəfindən hücuma məruz qalıb. Hadisə regionda son dövrlərdə artan raket və pilotsuz uçuş aparatları hücumlarının davamı kimi qiymətləndirilir. Yanğının qısa müddətdə nəzarətə alındığı, həmçinin neft sızmasının qarşısının alındığı bildirilir.

İran ABŞ tərəfindən təqdim olunan təklifi sərt tənqid edib. Açıqlamada təklifin məzmunu ilə bağlı əlavə detallar açıqlanmasa da, rəsmi Tehran bu yanaşmanın qəbul edilə bilən olmadığını vurğulayıb. Açıqlamada bildirilib ki, ABŞ tərəfindən göndərilən təklif əsasən “çox iddialı, real olmayan və məntiqsiz” tələblərdən ibarətdir.

Hörmüz boğazından son iki gün ərzində cəmi 7 ticarət gəmisinin keçid etdiyi bildirilib. Dəniz nəqliyyatı izləmə platformalarının məlumatına əsasən, martın 25-də “Egret” və “Savona” adlı neft və kimyəvi yük tankerləri boş vəziyyətdə boğazın şərqindən qərbinə doğru hərəkət edib.

Qlobal enerji bazarlarında neft qiymətləri müharibələr, iqtisadi böhranlar və sürətli iqtisadi artım dövrləri ilə sıx bağlıdır. Qlobal əmtəə bazarlarında yaranan böyük tələbat, investorların xammal sektoruna yönəlməsi və inkişaf edən iqtisadiyyatların sürətli artımı həmin rekord qiymətin formalaşmasına səbəb olub.

İranda xarici media qurumu ilə əməkdaşlıq etdikləri iddia olunan bir qrup jurnalistin saxlanıldığı bildirilib. Ölkə rəsmiləri onların İsraillə əlaqəli olmaqda şübhəli bilinən televiziya kanalı ilə əməkdaşlıq etdiyini iddia edir. Məlumata görə, İranın Kəşfiyyat Nazirliyi saxlanılan şəxslərin ABŞ və İsrailin hücumları nəticəsində zərər görən ərazilərin, eləcə də təcili yardım və xilasetmə qruplarının yerləşdiyi nöqtələrin fotoşəkillərini sözügedən kanala göndərdiyini bildirib.

Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə qüvvələri son 24 saat ərzində Krallığın müxtəlif strateji hədəflərinə yönəlmiş 20 pilotsuz uçuş aparatı (PUA) və bir ballistik raketi zərərsizləşdirib. Müdafiə Nazirliyinin məlumatına görə, cümə günü axşam saatlarından başlayan hücum dalğası ölkənin Şərq vilayəti, Rub-əl-Xali səhrası və şimaldakı Əl-Cof bölgəsini əhal edib. Paytaxt Riyad yaxınlığındakı Şahzadə Sultan Hava Bazasına atılan ballistik raket isə hədəfə çatmadan vurulub.