#Böyük Britaniya

Böyük Britaniyanın baş naziri Kir Starmer Hürmüz boğazı ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb. Baş nazir beynəlxalq dəniz keçidinin açıq qalmasının vacibliyini vurğulayaraq son həftələrdə bütün səylərin bu istiqamətə yönəldiyini qeyd edib. Bildirilib ki, Britaniya regionda hərbi imkanlarını əsasən boğazın təhlükəsiz və açıq saxlanmasına yönəldib. Bununla yanaşı, Starmer qeyd edib ki, ölkəsinə müharibəyə qoşulmaq üçün təzyiqlər olsa da, yalnız hüquqi əsas və dəqiq plan olduqda belə qərar qəbul edilə bilər.

Londonun bu bəyanatı İranın boğazdan keçən gəmilərdən rüsum alınması və ya müəyyən məhdudiyyətlər tətbiq edilməsi barədə irəli sürdüyü iddialara birbaşa cavabdır. Britaniya hökuməti beynəlxalq dəniz hüququna əsaslanaraq, tranzit keçidlərin suveren dövlətlər tərəfindən birtərəfli qaydada vergiyə cəlb edilməsinin və ya bloklanmasının qəbul edilməz olduğunu vurğulayır.

Böyük Britaniyanın baş naziri Keir Starmer Körfəz regionuna səfərə yollanır. Səfərin məqsədi ABŞ–İsrail–İran qarşıdurması fonunda əldə olunmuş atəşkəsə dəstək vermək və sülh prosesini təşviq etməkdir. Məlumata görə, Starmer bildirib ki, atəşkəs region və dünya üçün müvəqqəti rahatlıq yaratsa da, bu, davamlı razılaşmaya çevrilməlidir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer İrana qarşı davam edən müharibənin ölkəsinin gələcəyinə ciddi təsir göstərəcəyi ilə bağlı xəbərdarlıq edib. Baş nazir bu münaqişənin Britaniya üçün həm uzunmüddətli iqtisadi, həm də milli təhlükəsizlik baxımından dərin fəsadlar törədə biləcəyini vurğulayıb. Bununla belə, Starmer Londonun bu münaqişəyə birbaşa cəlb olunmayacağı barədə qətiyyətli mövqeyini ifadə edərək, krallığın hərbi əməliyyatlarda iştirak etmək niyyətində olmadığını bildirib.

ABŞ prezidenti Donald Trampın NATO ilə bağlı açıqlamaları Qərb müttəfiqləri arasında narahatlıq yaradıb. Buna cavab olaraq Böyük Britaniyanın baş naziri Kir Starmer NATO-nun müttəfiqlərin təhlükəsizliyini təmin edən əsas struktur olduğunu vurğulayıb və ölkəsinin bu cür münaqişələrə cəlb olunmayacağını bəyan edib.

Böyük Britaniya kralı III Çarlzın ABŞ-a dövlət səfəri planlaşdırılır. ABŞ prezidenti Donald Tramp sosial media hesabında paylaşdığı məlumatda bildirib ki, kral III Çarlz və kraliça 27–30 aprel tarixlərində ABŞ-a rəsmi səfər edəcək. Məlumata görə, səfər çərçivəsində 28 aprel axşamı Ağ Evdə rəsmi qəbul mərasimi keçiriləcək.

Britaniya paytaxtı Londonun Polis komissarı (Metropoliten Polisi) rəsmi bəyanatla çıxış edərək, ölkənin İran tərəfindən idarə olunan uzunmüddətli və davamlı təhdidlərlə qarşı-qarşıya olduğunu bildirib. Polis rəhbərinin sözlərinə görə, Britaniya kəşfiyyatı və hüquq-mühafizə orqanları İranın planlaşdırdığı müxtəlif sui-qəsd cəhdlərini və təxribat xarakterli əməliyyatlarını yaxından izləyir.

Mükafat martın 18-də Böyük Britaniyanın London şəhərində, "Passenger Terminal Expo World" (PTE World) sərgisi çərçivəsində keçirilən rəsmi mərasim zamanı təqdim olunub. "World Airport Awards" aviasiya sənayesində ən nüfuzlu beynəlxalq mükafatlardan biri hesab olunur və dünya üzrə sərnişinlər arasında keçirilən ən böyük illik müstəqil sorğu əsasında müəyyən edilir. 1999-cu ildən təqdim olunan bu mükafatlar 565-dən çox hava limanında sərnişin təcrübəsini qiymətləndirən genişmiqyaslı sorğulara əsaslanır. Sorğuda müxtəlif ölkələrdən minlərlə sərnişin iştirak edir və nəticələr hava limanlarının hər hansı təsiri olmadan müstəqil şəkildə formalaşdırılır. Qiymətləndirmə zamanı sərnişin təcrübəsinin bütün əsas mərhələləri – qeydiyyat, təhlükəsizlik və pasport nəzarəti, tranzit zonaları, alış-veriş və xidmət sahələri, eləcə də minik prosesinə qədər bütün xidmət infrastrukturu nəzərə alınır. Heydər Əliyev Beynəlxalq Aeroportunun ardıcıl olaraq bu mükafata layiq görülməsi hava limanının inkişaf edən xidmət standartlarının, davamlı inkişaf strategiyasının və regional liderlik mövqeyinin növbəti təsdiqidir. Müasir infrastrukturu, sərnişin yönümlü xidmət modeli və innovativ texnoloji həlləri ilə hava limanı regionun önəmli aviasiya qovşaqlarından biri kimi mövqeyini gücləndirməyə davam edir.

ABŞ prezidenti Donald Tramp ilə Böyük Britaniyanın baş naziri Kir Starmer arasında münasibətlərin bərpa olunmasının mümkün olduğu bildirilib. O qeyd edib ki, Böyük Britaniyanın ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına verdiyi dəstək “çox az və çox gec” qiymətləndirilsə də, Vaşinqton və London arasında münasibətlər yenidən bərpa oluna bilər.