Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal reytinqdə növbəti uğura imza atdı

    22 Mart 2026 11:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal reytinqdə növbəti uğura imza atdı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Heydər Əliyev Beynəlxalq Aeroportu bir daha regionun aparıcı hava limanı statusunu təsdiqləyərək "Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı" nominasiyasında nüfuzlu "Skytrax World Airport Awards 2026" mükafatına layiq görülüb.

    VOA xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

    Mükafat martın 18-də Böyük Britaniyanın London şəhərində, "Passenger Terminal Expo World" (PTE World) sərgisi çərçivəsində keçirilən rəsmi mərasim zamanı təqdim olunub.

    "World Airport Awards" aviasiya sənayesində ən nüfuzlu beynəlxalq mükafatlardan biri hesab olunur və dünya üzrə sərnişinlər arasında keçirilən ən böyük illik müstəqil sorğu əsasında müəyyən edilir. 1999-cu ildən təqdim olunan bu mükafatlar 565-dən çox hava limanında sərnişin təcrübəsini qiymətləndirən genişmiqyaslı sorğulara əsaslanır. Sorğuda müxtəlif ölkələrdən minlərlə sərnişin iştirak edir və nəticələr hava limanlarının hər hansı təsiri olmadan müstəqil şəkildə formalaşdırılır.

    Qiymətləndirmə zamanı sərnişin təcrübəsinin bütün əsas mərhələləri – qeydiyyat, təhlükəsizlik və pasport nəzarəti, tranzit zonaları, alış-veriş və xidmət sahələri, eləcə də minik prosesinə qədər bütün xidmət infrastrukturu nəzərə alınır.
    Heydər Əliyev Beynəlxalq Aeroportunun ardıcıl olaraq bu mükafata layiq görülməsi hava limanının inkişaf edən xidmət standartlarının, davamlı inkişaf strategiyasının və regional liderlik mövqeyinin növbəti təsdiqidir. Müasir infrastrukturu, sərnişin yönümlü xidmət modeli və innovativ texnoloji həlləri ilə hava limanı regionun önəmli aviasiya qovşaqlarından biri kimi mövqeyini gücləndirməyə davam edir.

    #Böyük Britaniya #London #Heydər Əliyev Beynəlxalq Aeroportu #Skytrax World Airport Awards 2026 #Passenger Terminal Expo World #PTE World #Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı #World Airport Awards
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    Britaniya məhkəməsindən “Palestine Action” fəalları ilə bağlı mühüm qərar

    21 Avqust 2026 18:57

    Britaniya Ukrayna böhranını qəsdən gərginləşdirir - Rusiya

    18 Avqust 2026 11:23

    Avropanın qaz ehtiyatları azalır – Rusiya ilə münasibətlər yenidən gündəmdə

    14 Avqust 2026 16:26

    London Tel-Əvivə Qərb sahilində vəziyyətlə bağlı çağırış edib

    11 Avqust 2026 20:53

    Avropa ölkələrinin Hörmüz boğazında dəniz missiyası yaratmaq cəhdləri ləngiyib

    7 Avqust 2026 18:39

    Apollo easyJet-i 7,7 milyard dollara alır

    6 Avqust 2026 18:51

    Böyük Britaniya OpenAI və Anthropic ilə bağlı araşdırmaları izləyir

    3 Avqust 2026 21:26

    Böyük Britaniya HƏMAS-ın silahsızlanma qərarını alqışlayıb

    31 İyul 2026 19:51

    London sığortaçıları Qırmızı dəniz üzrə yeni risk xəritəsi açıqlayıb

    30 İyul 2026 17:12

    Aseton qarşılığında Fələstində yəhudi yurdu quran alim - Çaim Vayzman və onun siyasi əlaqələri

    26 İyul 2026 20:00

    Süveyş kanalının milliləşdirilməsi Yaxın Şərqdə geosiyasi böhrana yol açdı

    26 İyul 2026 01:51
    XƏBƏR LENTİ

    İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

    Britaniya hersoginyası filmə çəkiləcək

    Qazaxıstanda Kurultaya seçkilərdə səsvermə başa çatıb

    Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub

    Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib

    Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub

    Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər

    Şimali Afrikanın azad və həzin səsi - Suad Massi kimdir?

    Ən uzunömürlü qadın Ethel Ketrhamdan həyatla bağlı tövsiyyələr

    Özbəkistan və Azərbaycan ikitərəfli münasibətləri tarixdə ən yüksək səviyyəyə çatdırıblar – Prezident Şavkat Mirziyoyev

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.