BMT-nin Baş katibi Antonio Quterreş İsraillə HƏMAS arasında Qəzzada atəşkəs planının ilk mərhələsinin razılaşdırılmasını müsbət dəyərləndirib. BMT Baş katibinin sözçülüyü vasitəsilə yayılan yazılı açıqlamada Quterreş bildirib ki, ABŞ Prezidenti Donald Trampın təklifi əsasında əldə olunan razılaşma həm atəşkəsin təmin olunması, həm də girovların azad edilməsi baxımından mühüm addımdır.
#BMT
14-cü Dalay Lama 1935-ci ildə Tibetdə, ölkənin şimal-şərqindəki kiçik bir kənddə Tenzin Gyatso adı ilə dünyaya gəlib. O, üç yaşında olarkən Tibet rahibləri onu ziyarət etmiş və mərhum 13-cü Dalay Lamanın yenidən doğulmuş bədəni (reenkarnasiyası) olduğunu elan etmişdilər. Rahiblər bu qərara işarələr, yuxular və dini əlamətlər əsasında gəlmişdilər. Beş yaşında Tenzin Gyatso Tibet paytaxtı Lhasaya aparıldı və Tibet Buddizminin ali lideri kimi taxta çıxarıldı.
Təbii ki, mülki şəxslərə qarşı ölümcül güc tətbiqi beynəlxalq insan hüquqları və humanitar hüquqa ziddir. İsrail beynəlxalq insan hüquqları standartlarına əməl etməlidir. BMT Cenevrə Ofisinin İnformasiya Bölməsinin Mətbuat və Xarici Əlaqələr Şöbəsinin müdiri Rolando Gomez BMT Cenevrə Ofisinin həftəlik mətbuat konfransında sualları cavablandırıb. “(Mülki şəxslərə qarşı güc tətbiqi) Biz bunu davamlı olaraq deyirik. Dünyanın müxtəlif bölgələrindəki bir çox münaqişə zonaları üçün bunu söyləyirik. Bu, BMT-nin qəti mövqeyidir. İsrail beynəlxalq insan hüquqları standartlarına əməl etməlidir.” - deyə o qeyd edib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İmar Agentliyi (UNRWA), İsrailin hücumları altındakı Qəzza Zolağında on minlərlə fələstinlinin böyük bədəl ödəyərək davamlı köçə məcbur edildiyini bildirib. UNRWA-nın ABŞ mərkəzli X şirkətinə məxsus sosial media platformasında yayımladığı açıqlamada, İsrailin 7 oktyabr 2023-cü ildən bəri blokada altında saxlayaraq bombaladığı Qəzzadakı məcburi köç məsələsinə diqqət çəkilib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarı ilə hər il oktyabrın 1-i “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur. Bu günün məqsədi dünyada yaşlanan əhalinin problemlərinə diqqət çəkmək, yaşlıların sağlamlıq, sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsləri təşviq etmək və bu sahədə ictimaiyyətin məlumatlılığını artırmaqdır. Bu il BMT tərəfindən 35-ci dəfə qeyd olunan Beynəlxalq Ahıllar Günü “Yerli və Qlobal Təşəbbüslərə Rəhbərlik edən Yaşlılar: Məqsədlərimiz, Rifahımız və Hüquqlarımız” mövzusu ilə keçirilib. Bu mövzu yaşlı nəslin cəmiyyətin inkişafında oynadığı mühüm rol və onların həm yerli, həm də beynəlxalq səviyyədə dayanıqlı cəmiyyətlərin qurulmasına verdiyi töhfələri vurğulayır.
Kolumbiya Prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampı Qəzzadakı qırğınlarda iştirakına görə ittiham edib. Petro jurnalistlərə açıqlamasında Roma Statutuna istinad edərək qeyd edib ki, insanlığa qarşı cinayətlərə görə beynəlxalq hüquq çərçivəsində istənilən şəxs məsuliyyət daşıya bilər.
Sentyabrın 30-da Minskə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatorunun müavini Ramiz Ələkbərov, Qəzzada İsrailin hərbi əməliyyatlarını tənqid edərək bölgədəki vəziyyətin əxlaqi, siyasi və hüquqi baxımdan qəbuledilməz olduğunu bəyan edib. Ramiz Ələkbərov bu fikirləri BMT Təhlükəsizlik Şurasının “Fələstin məsələsi də daxil olmaqla Yaxın Şərqdəki vəziyyət” mövzusunda keçirilən iclasında səsləndirib. “Qəzza zolağında İsrailin hərbi əməliyyatlarının intensivləşməsi məni dəhşətə salır,” – deyə Ələkbərov bildirib və əlavə edib ki, İsrailin hücumları fələstinlilərə görünməmiş miqyasda ölüm və dağıntı gətirməyə davam edir.
Mərakeş və Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) arasında mülki aviasiya sahəsində əməkdaşlığı gücləndirən strateji saziş imzalanıb. Müqavilə təşkilatın 42-ci Baş Assambleyası çərçivəsində Monrealda imzalanıb. Sazişi Mərakeşin nəqliyyat və logistika naziri Əbdüssəməd Qiyuh ilə ICAO-nun baş katibi Xuan Karlos Salazar imzalayıb. Razılaşma tərəflər arasında mülki aviasiyada təhlükəsizlik və təhlükəsizliyin təminatı sahəsində təlim və texniki dəstəyin inkişafını nəzərdə tutur. İmzalama mərasimində ICAO Şurasının sədri Salvatore Şakitano da iştirak edib.
Qalibaf sosial şəbəkədə paylaşdığı açıqlamada Avropa ölkələrinin “snapback mexanizmini” işə salaraq BMT Təhlükəsizlik Şurasının (TŞ) ləğv olunmuş qətnamələrini bərpa etmək cəhdinə münasibət bildirib və bu addımı “qanunsuz” adlandırıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ dəstəyi ilə Avropa ölkələrinin İrana qarşı BMT Təhlükəsizlik Şurası (TŞ) qətnamələrini bərpa etmək təşəbbüsünü yenidən sərt tənqid edib. Bəqai bildirib ki, üç Avropa ölkəsinin JCPOA (2015-ci il nüvə sazişi) üzrə mübahisə mexanizmindən sui-istifadəsi heç bir hüquqi nəticə doğurmur və 2231 saylı qətnamə mətninə əsasən müəyyən olunmuş tarixdə – 18 oktyabr 2025-ci ildə – qüvvədən düşməlidir.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən 2015-ci il nüvə sazişi çərçivəsində ləğv edilmiş İrana qarşı beynəlxalq sanksiyalar, İngiltərə, Fransa və Almaniyanın (E3) "snapback" mexanizmini işə salması ilə yenidən qüvvəyə minib. BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi çərçivəsində nəzərdə tutulan və tərəflərdən biri tərəfindən işə salındıqda avtomatik tətbiq edilən "snapback" mexanizmi, razılıq əldə olunmaması səbəbindən 30 günlük prosedur müddətinin sonunda gecə yarısından etibarən aktivləşib.