Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Dünyada yaşlı əhalinin sayı 2050-ci ildə 2,1 milyarda çatacaq

    1 Oktyabr 2025 15:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Dünyada yaşlı əhalinin sayı 2050-ci ildə 2,1 milyarda çatacaq
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarı ilə hər il oktyabrın 1-i “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur. Bu günün məqsədi dünyada yaşlanan əhalinin problemlərinə diqqət çəkmək, yaşlıların sağlamlıq, sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsləri təşviq etmək və bu sahədə ictimaiyyətin məlumatlılığını artırmaqdır.

    AzerVoice xəbər verir ki, bu il BMT tərəfindən 35-ci dəfə qeyd olunan Beynəlxalq Ahıllar Günü “Yerli və Qlobal Təşəbbüslərə Rəhbərlik edən Yaşlılar: Məqsədlərimiz, Rifahımız və Hüquqlarımız” mövzusu ilə keçirilib. Bu mövzu yaşlı nəslin cəmiyyətin inkişafında oynadığı mühüm rol və onların həm yerli, həm də beynəlxalq səviyyədə dayanıqlı cəmiyyətlərin qurulmasına verdiyi töhfələri vurğulayır.

    BMT-nin məlumatlarına görə, 1995-ci ildən 2025-ci ilə qədər 60 yaşdan yuxarı insanların sayı 541 milyondan 1,2 milyarda, 2050-ci ildə isə 2,1 milyarda çatacaq. 2080-ci ilə qədər isə 65 yaşdan yuxarı insanların sayı, 18 yaşdan aşağı uşaqların sayını keçəcək.

    Orta ömür uzunluğu da artmaqdadır — 1995-ci ildən bəri 8,6 il artaraq, 2025-ci ildə 73,5 ilə çatacağı gözlənilir. 80 yaş və yuxarı şəxslərin sayı isə sürətlə artmaqdadır.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, 2030-cu ilə qədər dünyada hər 6 nəfərdən biri 60 yaşdan yuxarı olacaq. 2020-ci ildə 1 milyard olan bu yaş qrupundakı insanların sayı 2030-cu ildə 1,4 milyarda, 2050-ci ildə isə 2,1 milyarda çatacaq.

    ÜST-nin proqnozlarına görə, 80 yaş və üzəri insanların sayı 2020–2050-ci illər arasında 3 dəfə artaraq 426 milyona çatacaq.

    Qeyd olunur ki, hazırda yaşlı əhalinin ən yüksək nisbətinə malik ölkələr əsasən inkişaf etmiş ölkələr olsa da, az və orta gəlirli ölkələrdə də yaşlıların sayı sürətlə artır. 2050-ci ilə qədər 60 yaşdan yuxarı əhalinin üçdə ikisinin bu ölkələrdə yaşayacağı proqnozlaşdırılır.

    Kanada mənşəli “Visual Capitalist” platformasının məlumatına əsasən, dünyada ən yüksək yaşlı əhalinin nisbətinə malik ölkə Monakodur – burada əhalinin 36,8 faizi 65 yaşdan yuxarıdır.

    İkinci yerdə 37 milyona yaxın yaşlı əhalisi ilə Yaponiya (30%), ardınca isə Martinik (26,5%), Porto Riko (25,3%), İtaliya (25,1%) və Montserrat (25%) gəlir.

    Ən yüksək yaşlı əhalisi olan 36 ölkə və bölgədən 28-i Avropada yerləşir. Bu ölkələr arasında Almaniya, Fransa, İspaniya kimi dövlətlərdə 65 yaşdan yuxarı insanların sayı ümumi əhalinin 20 faizindən çoxunu təşkil edir.

    Bununla belə, Çin, Hindistan və ABŞ kimi ölkələrdə yaşlıların nisbəti hələ 20 faizdən az olduğu üçün siyahıya daxil edilməyib.

    #BMT #Beynəlxalq Ahıllar Günü #BMT Ahıllar Günü #Yaşlı əhali statistikası #Qlobal yaşlanma problemi #60 yaşdan yuxarı əhali #65 yaşdan yuxarı insanlar #Yaşlıların rifahı #Yaşlı nəsil və cəmiyyət #Ahılların hüquqları #Yaşlanma demoqrafiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    UNICEF: Oktyabr ayındakı atəşkəsdən bəri Qəzzada 265 uşaq həyatını itirib

    19 İyun 2026 19:45

    Çin beynəlxalq tərəfləri məsuliyyətə çağırır

    19 İyun 2026 17:52

    İsrailin BMT səfiri ABŞ–İran razılaşmasını “İsrail üçün çox pis” adlandırıb

    17 İyun 2026 18:43

    İƏT İsrailin Hebronla bağlı planlarını pisləyib

    17 İyun 2026 18:39

    Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib

    16 İyun 2026 20:42

    Çin: ABŞ–İran danışıqlarının növbəti mərhələsi daha çətin olacaq

    16 İyun 2026 20:12

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb

    16 İyun 2026 14:12

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub

    16 İyun 2026 14:01

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

    16 İyun 2026 13:36

    Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib - XİN

    15 İyun 2026 21:26

    BMT-nin Qaçqınlar üzrə Agentliyi Qəzzada 70 əməkdaşını təhlükəsizlik səbəbi ilə işdən çıxarıb

    12 İyun 2026 19:54

    BMT Baş katibi diplomatik həll yolunu necə izah edib?

    11 İyun 2026 22:15
    XƏBƏR LENTİ

    İsrail atəşkəsə baxmayaraq Livana hücumları davam etdirir

    Donald Tramp niyə Kemp-Devidə səfər edir?

    Livanın Baş naziri: Müharibə və sülh məsələlərinə dövlət qərar verməlidir

    Marko Rubio və Cozef Aun Livandakı vəziyyəti müzakirə ediblər

    Donald Tramp İsraildən Hizbullahla atəşkəsə razılıq verməsini istəyib

    Səid Xətibzadə: ABŞ İsrailin razılaşmanın şərtlərinə əməl etməsini təmin etməlidir

    ABŞ Mərkəzi Komandanlığının rəhbəri İran limanlarının blokadasında iştirak edən hərbçiləri təqdir edib

    İsrailin Qəzzada çadıra endirdiyi zərbə nəticəsində azı beş nəfər yaralanıb

    Fransa Prezidenti miqrasiya siyasəti ilə bağlı mövqeyini açıqladı

    Ursula fon der Lyayen İsraili Livanın suverenliyinə hörmət etməyə çağırdı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.