#Qəzza zolağı

Livanda “Hizbullah” hərəkatı bazar günü ABŞ prezidenti Donald Trampın Qəzza zolağında müharibəyə son qoymaq planı ilə bağlı “HƏMAS”ın mövqeyini tam dəstəklədiyini açıqlayıb. AzerVoice xəbər verir ki,hərəkatın yaydığı bəyanatda qeyd olunub ki, “Hizbullah” “HƏMAS” və digər fələstinli müqavimət qruplarının razılaşdırılmış qərarını dəstəkləyir və bu mövqeyin İsrailin vəhşi təcavüzünün dayandırılmasına yönəlmiş ciddi səylərdən qaynaqlandığını vurğulayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sultanbeylidə keçirilən toplu açılış və təməlqoyma mərasimində çıxış edərək Qəzzədə davam edən humanitar böhrana diqqət çəkib. Ərdoğan bildirib ki, iki ildən bəri bölgədə yaşanan “soyqırımın” dayandırılması üçün Türkiyə humanitar yardımdan diplomatik kanallara qədər bütün imkanlarını səfərbər edib

İsrailin Qəzza Zolağına humanitar yardım aparmaq üçün yola çıxan Qlobal Sumud Donanmasına hücumundan sonra dünyanın dörd bir tərəfində etiraz aksiyaları keçirilir. Türkiyənin bir çox şəhərində donanmaya dəstək aksiyaları keçirilərkən, İtaliyada bəzi həmkarlar ittifaqları donanmanın qarşısının alınmasını əsas göstərərək ümumi tətil elan edib. Bir çox şəhərdə qatar reysləri ləngiyib, liman işçiləri gəmi hərəkətini əngəlləyib. Milan şəhərində təxminən 20 min nəfər hücumu etirazla qarşılayıb, paytaxt Roma və Turin şəhərlərində də minlərlə italyan əlində Fələstin bayraqları ilə küçələrə çıxıb.

İsrail Qəzzaya qarşı bombardımanı dərhal dayandırmalıdır ki, girovları tez və təhlükəsiz şəkildə çıxara bilək. ABŞ Prezidenti Tramp, HƏMAS-ın Qəzzədə atəşkəs planına verdiyi cavabla bağlı sosial media hesabında açıqlama yayıb. Tramp açıqlamasında bildirib: "HƏMAS tərəfindən az əvvəl verilən açıqlamaya əsasən, onların daimi sülhə hazır olduqlarına inanıram. İsrail Qəzzaya qarşı bombardımanı dərhal dayandırmalıdır ki, girovları tez və təhlükəsiz şəkildə çıxara bilək."

Təbii ki, mülki şəxslərə qarşı ölümcül güc tətbiqi beynəlxalq insan hüquqları və humanitar hüquqa ziddir. İsrail beynəlxalq insan hüquqları standartlarına əməl etməlidir. BMT Cenevrə Ofisinin İnformasiya Bölməsinin Mətbuat və Xarici Əlaqələr Şöbəsinin müdiri Rolando Gomez BMT Cenevrə Ofisinin həftəlik mətbuat konfransında sualları cavablandırıb. “(Mülki şəxslərə qarşı güc tətbiqi) Biz bunu davamlı olaraq deyirik. Dünyanın müxtəlif bölgələrindəki bir çox münaqişə zonaları üçün bunu söyləyirik. Bu, BMT-nin qəti mövqeyidir. İsrail beynəlxalq insan hüquqları standartlarına əməl etməlidir.” - deyə o qeyd edib.

İsrailli rəsmilər Qəzza Zolağına tətbiq edilən qanunsuz blokadanı yarmaq və humanitar yardım çatdırmaq məqsədilə yola çıxan Əzm Flotiliyasına edilən hücumda saxlanılan aktivistlərin sayının 480 olduğunu açıqlayıb. İsrail Xarici İşlər Nazirliyi, Əzm Flotiliyasında saxlanılan aktivistlərlə bağlı suallara yazılı cavab verib. Açıqlamada qeyd olunub ki, 1 oktyabr gecəsindən başlayaraq dünən səhərə qədər davam edən hücumlar zamanı Qlobal Sumud Donanmasında olan 474 aktivist saxlanılaraq İsrailə aparılıb.

Qəzza blokadasını yarmaq və humanitar yardım çatdırmaq üçün yola çıxan Əzm Flotiliyasına hücum edən İsrail ordusu, flotilyadaki son qayıq olan “Marinette”ni də qeyri-qanuni şəkildə ələ keçirib. "Marinette" gəmisindən yayımlanan canlı efirdə İsrail donanmasına məxsus bir gəminin yanaşdığı görünüb. Bu zaman aktivistlər hazırlıqlara başlayaraq telefonlarını suya atmağa başlayıblar.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İmar Agentliyi (UNRWA), İsrailin hücumları altındakı Qəzza Zolağında on minlərlə fələstinlinin böyük bədəl ödəyərək davamlı köçə məcbur edildiyini bildirib. UNRWA-nın ABŞ mərkəzli X şirkətinə məxsus sosial media platformasında yayımladığı açıqlamada, İsrailin 7 oktyabr 2023-cü ildən bəri blokada altında saxlayaraq bombaladığı Qəzzadakı məcburi köç məsələsinə diqqət çəkilib.

HƏMAS planın açıqlanması olan 30 sentyabrdan sonrakı gündən etibarən fələstinli qruplarla, müstəqil şəxslərlə və vasitəçilərlə həm daxildə, həm də xaricdə məsləhətləşmələrə başladı. Əlimizdə çox sayda tənqid olsa da, hərəkat mövzuya bütün ciddiyyəti ilə yanaşır. bu sözləri HƏMAS Siyasi Büro üzvü Məhəmməd Nezzal mətbuata açıqlamasında bildirib. HƏMAS bildirib ki, ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı təklif etdiyi plana tezliklə cavab verəcək.