Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzzaya yardım aparan fəallar İsrail tərəfindən saxlanılıb

    3 Oktyabr 2025 14:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzaya yardım aparan fəallar İsrail tərəfindən saxlanılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Qəzza blokadasını yarmaq və humanitar yardım çatdırmaq üçün yola çıxan Əzm Flotiliyasına hücum edən İsrail ordusu, flotilyadaki son qayıq olan “Marinette”ni də qeyri-qanuni şəkildə ələ keçirib.

    AzerVoice xəbər verir ki, "Marinette" gəmisindən yayımlanan canlı efirdə İsrail donanmasına məxsus bir gəminin yanaşdığı görünüb.

    Bu zaman aktivistlər hazırlıqlara başlayaraq telefonlarını suya atmağa başlayıblar.

    Əzm Flotiliyası Türkiyə Mətbuat Ofisinin yaydığı yazılı açıqlamada bildirilib ki, “Marinette” gəmisinə saat 10:30 radələrində beynəlxalq sular daxilində İsrail ordusu tərəfindən müdaxilə olunub və İsrail əsgərləri gəmidəki heyəti saxlayıb.

    Açıqlamada bu hadisənin canlı yayımla sənədləşdirildiyi vurğulanıb və saxlanılan aktivistlərin dindirilmələrdən sonra Negev səhrasındakı Qəzza ilə Misir arasında yerləşən Ketziot Həbsxanasına aparıldığı qeyd olunub.

    Dünən aktivistlərin dindirilməsinə müşayiət edən “Adalah” hüquq təşkilatının vəkillərinin onlarla görüşmək üçün həbsxanaya yollandığı bildirilib və sorğularla bağlı məlumatlar paylaşılıb.

    Saat 14:00-da başlayan dindirmələrin fasiləsiz olaraq 15 saat davam etdiyi, bəzi aktivistlərin aclıq aksiyasına başladığı qeyd olunub.

    Saxlanılan fəalların əhvalının yüksək olduğu bildirilsə də, dünən heç bir iştirakçıya yemək və içki verilmədiyi də açıqlamada vurğulanıb.

    Bəzi şəxslərin "Təcili Çıxış Tələbi" sənədini imzaladığı, bu sənədi imzalayanların deportasiya prosesinin sürətlənə biləcəyi, imzalamayanların isə İsrail qanunlarına əsasən 72 saata qədər saxlanıla biləcəyi qeyd olunub.

    Bəyanatda bu gün diplomatik səfərlərə üstünlük veriləcəyi, konsulluq nümayəndələrinin ziyarətləri zamanı vəkillərin də icazə almaq üçün gözləyəcəkləri bildirilib.

    Adı açıqlanmayan iki israilli nazirin aktivistləri ziyarət etdiyi, Londra və Madridə mümkün kütləvi deportasiya ilə bağlı isə hələlik dəqiq məlumat olmadığı bildirilib.

    Açıqlamada həmçinin, nümayəndə heyətlərinin Tel-Əviv, İordaniya və ya Misir üzərindən mümkün deportasiya ehtimalına qarşı hazırlıq gördüyü qeyd olunub.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzzanın bərpası 2025 #Azadlıq Donanması #Əzm Flotiliyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    3 Sentyabr 2026 20:59

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanında dəvə hərracı keçirilir

    Prezident İlham Əliyev Ciorcia Melonini təbrik edib

    Day.Az informasiya portalının 23 yaşı tamam olur

    Ümidə yatırılan milyardlar - Əczaçılıq nəhəngləri xərçəng xəstəliyinin bitməsini istəyirmi?

    519 at güclü 2026 Cadillac Optiq-V sınaqdan keçdi

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.