İranın xarici işlər naziri danışıqlar prosesində ölkəsinin maraqlarının qorunmasının əsas prioritet olduğunu bəyan edib. Əraqçi bildirib ki, İslamabaddakı görüşlər zamanı İran ilə ABŞ arasında danışıqların hansı şərtlər altında davam etdirilə biləcəyi müzakirə olunub. Onun sözlərinə görə, “40 günlük müqavimətdən sonra İran xalqının hüquqları mütləq təmin edilməli və ölkənin maraqları qorunmalıdır”.
#Rusiya
Volodimir Zelenski Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini təklif edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, nazir Abbas Əraqçinin Pakistan, Oman və Rusiyanı əhatə edəcək səfəri çərçivəsində ABŞ və İsrailin İrana dayatdığı müharibənin dayandırılması istiqamətindəki səylərin qiymətləndiriləcəyini bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi bu gün başlayacaq Pakistan, Oman və Rusiya turunun ikitərəfli məsələlərdə sıx koordinasiyanı təmin etmək və regional proseslərə dair məsləhətləşmələr aparmaq məqsədi daşıdığını bildirib. Əraqçi "X" sosial media platformasındakı hesabından paylaşdığı mesajında İslamabad, Maskat və Moskvaya səfər edəcəyini elan edib. Nazir qeyd edib: "Səfərlərimin məqsədi tərəfdaşlarımızla ikitərəfli mövzularda yaxın koordinasiya yaratmaq və regional hadisələri müzakirə etməkdir. Qonşularımız bizim prioritetimizdir".
Qırğızıstan rəhbərinin Rusiyaya işgüzar səfəri başlayıb. Sadır Japarov hazırda Moskvada səfərdədir və Kremlin rəhbəri ilə görüş keçirəcək. Məlumata görə, Qırğızıstan Prezidentinin mətbuat katibi Aскат Alağozov bildirib ki, Japarov Vladimir Putin ilə təkbətək formatda danışıqlar aparacaq.
Ukrayna Rusiya ilə mümkün liderlər görüşünün təşkili üçün Türkiyənin vasitəçiliyinə ümid edir. Ukrayna tərəfi Moskva və Minsk şəhərlərini görüş məkanı kimi istisna edir. O vurğulayıb ki, bu iki paytaxtdan başqa hər hansı bir şəhər belə görüşə ev sahibliyi edərsə, Kiyev danışıqlarda iştirak etməyə hazırdır.
İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-ın Hörmüz boğazındakı dəniz blokadası cəhdinin beynəlxalq hüquqa zidd və açıq təcavüz aktı olduğunu bildirib. BMT Baş Assambleyasında çıxış edən İrəvani Rusiya və Çinin Hörmüz boğazında naviqasiya azadlığı ilə bağlı qətnamə layihəsinə veto qoymasını "haqlı və zəruri" addım kimi qiymətləndirib.
Suriya hakimiyyəti ölkə ərazisində ABŞ qüvvələrinin istifadə etdiyi bütün hərbi obyektlərin boşaldıldığını və dövlət nəzarətinə verildiyini bəyan edib.Rəsmi Dəməşq tərəfindən yayılan açıqlamada bildirilib ki, ABŞ hərbi kontingentinə aid bütün mövqelər artıq tərk edilib və həmin ərazilər Suriya dövlət qurumlarına təhvil verilib. Məlumatda qeyd olunur ki, bu addım ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir.
Avropada hərbi strukturlara qarşı genişmiqyaslı kiber hücum iddiaları gündəmdədir. Qeyd olunub ki, sızıntı britaniyalı və amerikalı kibertəhlükəsizlik tədqiqatçılarının daxil olduğu araşdırma qrupu tərəfindən təsadüfən aşkar edilib. Bildirilir ki, hakerlər məlumatları açıq şəkildə internetdə saxlayaraq ciddi əməliyyat səhvinə yol veriblər.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana işgüzar səfərə gəlib.
Azərbaycan və Rusiya AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər.
Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı aylarda ölkəsi üçün siyasi və diplomatik vəziyyətin mürəkkəbləşəcəyini bildirib.Məlumata əsasən, Ukrayna lideri daha əvvəl ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqların keçirildiyini xatırladaraq bu prosesin davam etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, gərginliyin azalması halında yeni görüşlər aprel, may və ya iyun aylarında baş tuta bilər.