İranın Pekindəki səfiri Abdolreza Rahmani Fazli ABŞ ilə əldə olunmuş atəşkəsdən sonra açıqlama verərək, münaqişənin yenidən alovlanmaması üçün təminatlara ehtiyac olduğunu bildirib.
#Rusiya
Bu prosesdə Azərbaycanın rolu təkcə yardım göndərən ölkə kimi məhdudlaşmır. Azərbaycan, eyni zamanda, Rusiyanın humanitar yüklərinin İrana çatdırılmasında mühüm tranzit və logistik mərkəz funksiyasını yerinə yetirərək regionda etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. 300 tondan artıq yükün Azərbaycan üzərindən operativ şəkildə ötürülməsi ölkənin infrastruktur imkanlarının və koordinasiya qabiliyyətinin yüksək səviyyədə olduğunu təsdiqləyir.
"The Telegraph" qəzetinin köşə yazarı Embroz Evans-Priçard hesab edir ki, Donald Trampın İrana qarşı atdığı addımlar onu 1956-cı ilin Süveyş böhranını xatırladan tarixi bir məqama sürükləyə bilər. Bu ssenaridə sürətli hərbi uğurlar geniş qlobal iqtisadi təzyiqlər altında əriyib itir və nəticədə ABŞ-ın alçaldıcı geri çəkilməsi ilə beynəlxalq siyasətin tarazlığı kökündən dəyişir.
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan bin Abdullah ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Səudiyyə Press Agentliyinin (SPA) çərşənbə axşamı yaydığı məlumata görə, tərəflər Yaxın Şərqdə sürətlə dəyişən vəziyyəti və son regional hadisələri ətraflı nəzərdən keçiriblər. Bu diplomatik təmas regionun müxtəlif hissələrində gərginliyin pik həddə çatdığı və beynəlxalq oyunçuların münaqişənin dayandırılması üçün səylərini artırdığı bir dövrə təsadüf edir.
O, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında Trampın fəal iştirakını da xatırladıb.
Rusiya tərəfi İrana humanitar yardımın çatdırılmasına göstərilən dəstəyə görə Azərbaycan hakimiyyətinə minnətdardır.
ABŞ Prezidenti Donald Tramp Rusiyaya məxsus neft tankerinin Kubaya yanacaq çatdırmasına etiraz etmədiyini bildirib. Məlumata görə, Rusiyaya məxsus “Anatoliy Kolodkin” adlı tanker Kubanın Matansas limanına təxminən 730 min barrel neftlə çatıb. ABŞ, Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalan gəminin yükü “humanitar yardım” kimi təqdim olunur.
2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Rusiyaya polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 62,8 faiz artaraq, 17 milyon 29 min 31 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Rusiyaya polad ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 dəfə artaraq, 9 milyon 12 min 52 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalaraq, 1 milyard 192 milyon 569 min dollara bərabər olub.
Dağıstanda güclü yağışlar nəticəsində daşqın baş verib, onlarla ev su altında qalıb. Respublikanın bir sıra rayonlarında vəziyyət kritikdir, elektrik və su təchizatında kəsintilər yaranıb. Mahaçqalada fövqəladə vəziyyət rejimi elan olunub. Məlumata görə, bəzi ərazilərdə evlər tam su altında qalıb, sakinlərin təxliyəsi həyata keçirilir.
Rusiya Prezidenti Vladimir Putin martın 27-də — Teatr Günü münasibətilə Dərbənddə yerləşən Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidən qurulmuş binasının açılışını edəcək. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Açılış mərasimi videokonfrans formatında keçiriləcək. Peskovun sözlərinə görə, bu tarixi teatrın kökləri XIX əsrə gedib çıxır. Vaxtilə Dərbənddə Azərbaycan ziyalıları tərəfindən yaradılmış türk dərnəyi sonradan Azərbaycan teatrına çevrilib.
Rusiyanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük avtomobilləri "Cənub Astara" dövlət sərhədindən buraxılış məntəqəsinə çatıb. Xatırladaq ki, martın 12-də Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilən, çəkisi 13 tondan artıq olan dərman və tibbi ləvazimatlardan ibarət humanitar yardım da Azərbaycan ərazisindən tranzit keçməklə İrana yola salınmışdı.
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, 1000 ton gübrə və 68 ton qarabaşaq göndərilib.