#Tehran

Misir, İran, ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında aparılan intensiv diplomatik təmaslar nəticəsində Qahirə, Tehran və Vaşinqtonla yanaşı, Agentliklə də İranın nüvə proqramı üzrə danışıqların bərpası istiqamətində əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib. Bu barədə Misir Xarici İşlər Nazirliyi şənbə günü yaydığı bəyanatda məlumat verib. Bəyanatda qeyd olunur ki, xarici işlər naziri Bədr Əbdülati İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkof və Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə telefon danışıqları aparıb. Nazirlik bildirib ki, danışıqlar regionda təhlükəsizlik və sabitliyin qorunması, gərginliyin azaldılması və 9 sentyabrda Qahirədə İranla BAEA arasında imzalanmış razılaşmadan sonra yaranan diplomatik dinamikanın davam etdirilməsi məqsədi daşıyır.

İran Xarici İşlər Nazirliyi ABŞ-ın Venesuela sahilləri yaxınlığında artan hərbi fəaliyyətlərini beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulması kimi qiymətləndirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, ABŞ-ın bölgədəki hərbi addımları, o cümlədən balıqçı gəmilərinə təkrar hücumlar və Venesuelaya qarşı güc tətbiqi ilə hədələmələr, beynəlxalq münasibətlərdə zor tətbiq etməmək prinsipinə ziddir.

Uzun müddətdən sonra bu mövzularda Türkiyə ilə fikir mübadiləsi aparmaq çox faydalı oldu. Nazir Ankaraya səfərinin nəticələrini yüksək qiymətləndirərək, əsas müzakirələrin sərhəd təhlükəsizliyi, bölgədə İsrail rejiminin yaratdığı təhdidlər və Suriya məsələləri üzərində cəmləşdiyini açıqlayıb.

İraqın milli təhlükəsizlik müşaviri Qasim əl-Əraji İsrail tərəfindən İraq hava məkanının yenidən pozulmasının qarşısını almaq üçün bütün tədbirlərin görüləcəyinə dair öhdəlik götürdüyünü açıqlayıb. Xatırladaq ki, İsrail əvvəllər 12 günlük müharibə zamanı İraq ərazilərindən İrana hücumlar üçün platforma kimi istifadə etmişdi. Bu addım Bağdadı bir daha Tehranın tərəfində, dolayısı ilə ABŞ və onun müttəfiqləri ilə qarşıdurma vəziyyətinə gətirir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ dəstəyi ilə Avropa ölkələrinin İrana qarşı BMT Təhlükəsizlik Şurası (TŞ) qətnamələrini bərpa etmək təşəbbüsünü yenidən sərt tənqid edib. Bəqai bildirib ki, üç Avropa ölkəsinin JCPOA (2015-ci il nüvə sazişi) üzrə mübahisə mexanizmindən sui-istifadəsi heç bir hüquqi nəticə doğurmur və 2231 saylı qətnamə mətninə əsasən müəyyən olunmuş tarixdə – 18 oktyabr 2025-ci ildə – qüvvədən düşməlidir.

“İran və Rusiya Bushehr stansiyasından daha böyük gücə malik nüvə obyektlərinin inşası ilə bağlı danışıqlar aparıb”- deyə İran Atom Enerjisi Təşkilatının (İAET) sözçüsü Bəhruz Kamalvəndi Moskva şəhərində keçirilən “World Atom Week – Atom Expo 2025” sərgisi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

İran, Çin, Pakistan və Rusiya xarici işlər nazirləri BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda Əfqanıstan mövzusunda dördtərəfli görüş keçirib və birgə bəyanat qəbul ediblər. Rusiyanın təşəbbüsü ilə keçirilən toplantıda nazirlər Əfqanıstandakı son vəziyyəti müzakirə edərək, ölkənin müstəqil, vahid və sabit dövlət olaraq qalmasının vacibliyini vurğulayıblar.

İran Hörmüzdə 5 min meqavatlıq yeni atom elektrik stansiyası tikəcək. Bu barədə İran Atom Enerjisi Təşkilatının rəhbəri və ölkənin vitse-prezidenti Məhəmməd İslami açıqlama verib. İslami, Hörmüzqan vilayətində inşa ediləcək “İran Hormuz” adlı yeni atom elektrik stansiyasının layihələndirmə və avadanlıq mərhələsinə keçəcəyini açıqlayıb