Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Türkiyədə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium keçirilir

    8 May 2026 15:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyədə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium keçirilir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI. VOA:

    Mayın 7-də Türkiyənin Kilis şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu, Kilis 7 Aralık Universiteti, İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universitetinin birgə təşkilatçılığı ilə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium öz işinə başlayıb.

    TurkicWorld xəbər verir ki,beynəlxalq simpoziumun əsas məqsədi müsəlman ölkələri arasında birgəyaşayışa dair mövcud imkanların müəyyənləşdirilməsi, birgəyaşayış təcrübəsinin müasir dövrdə tətbiq sahələrinin, həmçinin gələcəkdəki fəaliyyət istiqamətinin aydınlaşdırılması və təşviqi, Türkiyə, Azərbaycan və İndoneziyanın timsalında müsəlman ölkələri arasında münasibətlərin dayanıqlı inkişafına yönəlmiş ortaq baxışın gücləndirilməsidir.

    Beynəlxalq simpoziumun açılış mərasimində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Erdoğanın iştirakçılara ünvanladığı təbrik məktubu səsləndirilib. Prezident məktubunda yardım və həmrəyliyin, eləcə də birgəyaşayış iradəsinin ən gözəl nümunəsini nümayiş etdirən Kilis şəhərində belə bir toplantının keçirilməsinin olduqca mənalı və uğurlu seçim olduğunu bildirib, simpoziumun işinə uğurlar arzulayıb.

    Azərbaycan Respublikasının Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa açılış mərasimində çıxış edərək müasir dövrdə fərqli din, mədəniyyətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlığın əhəmiyyətindən danışıb, İslam sivilizasiyası tarix boyu müxtəlif xalqların və inancların bir arada sülh şəraitində yaşamasına mühüm töhfə verdiyini diqqətə çatdırıb. F.Mustafa Azərbaycanın multikultural dəyərlərin qorunduğu məkan olduğunu vurğulayıb.

    Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinov İslam sivilizasiyasının formalaşma prosesində digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrin rolu barədə fikirlərini bölüşüb. Azərbaycanın əsrlərboyu müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı məkan olduğunu söyləyən A.Şirinov ölkəmizdə mövcud olan tolerantlıq mühitinin beynəlxalq səviyyədə nümunə kimi qiymətləndirildiyini qeyd edib.

    A.Şirinov təmsil etdiyi Azərbaycan İlahiyyat İnstitutunun da bu dəyərlərin yaşadılması və inkişaf etdirilməsinə töhfə verdiyini söyləyib. Onun sözlərinə görə, ali təhsil müəssisəsində mövcud olan məzhəblərüstü yanaşma, elmi-tədris fəaliyyəti, beynəlxalq əməkdaşlıqlar gənc nəslə tolerantlıq, qarşılıqlı hörmət və birgəyaşayış mədəniyyətinin aşılanmasına xidmət göstərir.

    Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov çıxışında bildirib ki, birgəyaşayış mədəniyyəti müasir dövrdə qlobal əhəmiyyət kəsb edən əsas məsələlərdən biridir. İslam sivilizasiyası müxtəlif xalqlar və mədəniyyətlər arasında qarşılıqlı hörmət, əməkdaşlıq mühitinin formalaşmasına ciddi təsir göstərib. V.Göyüşov vurğulayıb ki, ədalət, mərhəmət və insan ləyaqətinə hörmət kimi dəyərlər bu modelin əsasını təşkil edir, bu gün də aktuallığını qoruyur.

    Simpoziuma ev sahibliyi edən Kilis 7 Aralık Universitetinin rektoru, prof. Zəkəriyyə Akman tədbirin fərqli ölkələrdən alim və tədqiqatçıları bir araya gətirilməsinin vacibliyinə diqqət çəkib. Qeyd edib ki, “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusu müasir dövrdə akademik və ictimai baxımdan aktualdır. Beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi, ortaq dəyərlərin təşviqi və mədəniyyətlərarası dialoqun inkişafında belə platformalar çox önəmlidir.

    Türkiyənin Kilis şəhər valisi Ömər Kalaylı, Kilis 7 Aralık Universitetinin professoru Şahin Ahmetoğlu, İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universitetinin rektoru Jarot Vahyudi, Birləşmiş Ərəb Əmirliklərinin Əl-Vasl Universitetinin rektoru, prof. Məhəmməd Sahbi Baazaui, Misirin 6 Oktyabr Universitetinin rektor müavini prof. Məhəmməd Mahmud Əbdülqadir Əly və Misirin Ayn Şəms Universitetinin professoru Mahmud Əbdülhafiz Xələfalla Məhəmmədun çıxışlarında müxtəlif mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinin qlobal sabitliyin təmin olunmasında mühüm rol oynadığı, elmi əməkdaşlığın genişlənməsi və ortaq dəyərlərin təşviqi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

    Qeyd edək ki, “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium işini panellərlə davam etdirir. Panellərdə Azərbaycan, Türkiyə, İndoneziya, Malayziya, Özbəkistan, Misir, Qırğızıstan, İordaniya, BƏƏ, Əlcəzair, Livan, İraq, Almaniya, İspaniya və digər ölkələrin 150-dən çox aliminin məruzəsi dinləniləcək.

    Türkiyədə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium keçirilir
    Türkiyədə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium keçirilir
    Türkiyədə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium keçirilir
    Türkiyədə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium keçirilir
    Türkiyədə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium keçirilir
    #Türkiyə #Azərbaycan #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #İndoneziya #İslam mədəniyyətində birgəyaşayış təcrübəs #IV beynəlxalq simpozium #Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu #Kilis 7 Aralık Universiteti #İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universiteti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45

    Türkiyə etibarlı tərəfdaş və müttəfiqdir - Səudiyyə Ərəbistanlı general

    21 Avqust 2026 14:54

    ABŞ səfiri İsrail və Türkiyə arasında birbaşa toqquşma ehtimalını qiymətləndirdi

    21 Avqust 2026 12:43

    Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir

    21 Avqust 2026 10:52

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana arpa göndəriləcək

    21 Avqust 2026 10:14

    Bölgədə sülh üçün əməkdaşlığımızı gücləndirəcəyik - Hakan Fidan

    20 Avqust 2026 21:10

    Azərbaycan Afrika Respublikasına başsağlığı verib

    20 Avqust 2026 12:10

    Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır

    20 Avqust 2026 11:40

    Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

    20 Avqust 2026 11:20

    Azərbaycan və Özbəkistan yeni layihələri və ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib

    19 Avqust 2026 19:58

    Bakıda Azərbaycan və Qazaxıstan hərbi mütəxəssisləri arasında görüş keçirilib

    19 Avqust 2026 19:12
    XƏBƏR LENTİ

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.