#VOA Analitik Təhlil Mərkəzi

ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda Hörmüz boğazı böhranının konturlarının aydınlaşması ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin rəsmi orqanı olan "Tşiuşi" (Həqiqət axtarışı) jurnalının mart ayının ortalarında Prezident Si Cinpinin dəniz iqtisadiyyatının inkişafı barədə məqaləsini dərc etməsi tamamilə təsadüfi deyil. Si Cinpin həmin məqalədə "güclü dəniz dövləti" quruculuğunun sürətləndirilməsinin zəruriliyini vurğulayıb ki, bu da Çinin dənizə münasibətdə strateji təfəkküründə artan əhəmiyyəti əks etdirən bir addımdır.

Onilliklər ərzində ABŞ-ın İrana quru hücumu ehtimalı, idarəolunmaz fəsadları və hədsiz yüksək xərcləri səbəbindən "qırmızı xətt" hesab olunurdu. Lakin bu gün ABŞ-İsrail koalisiyasının İrana qarşı apardığı müharibənin şiddətlənməsi ilə dünən qeyri-mümkün görünənlər bu gün real ehtimala çevrilir. Artıq müzakirələr hücumun olub-olmayacağı deyil, onun haradan başlayacağı və strateji qazanc gətirib-gətirməyəcəyi ətrafında gedir.

ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlamasından cəmi iki gün sonra, Tehran hərbi cəhətdən ondan üstün olan rəqibi qarşısında sağ qalmaq üçün münaqişənin miqyasını genişləndirmək strategiyasına əl atdı. Bu çərçivədə İran Livandakı proksisi olan "Hizbullah"ı döyüşə çağırdı. Lakin bu müharibəyə qoşulmaq, hər tərəfdən sıxışdırılan qruplaşmanın taleyini necə həll edəcək sualına Tehrandan hələ də rəsmi nə də qeyri rəsmi cavab var. İran üçün sona qədər vuruşmağa - əslində isə son livanlını belə qurban etməyə - hazır olan Hizbullah savaşda qalib gələcəyini iddia edir. Hələ də “Zillətin onlardan uzaq” olduğunu söyləyərək İsrail məngənəsində sıxılmağa davam edir.

İrana qarşı davam edən hazırkı müharibə ilə paralel olaraq, Türkiyə olduqca narahat siyasi və təhlükəsizlik dövrü yaşayır. Qərar qəbul etmə mərkəzinə yaxın dairələr və "dərin dövlət"ə yaxın olan siyasi qüvvələr, regionda baş verəcək geosiyasi transformasiyalar Türkiyənin regional bütövlükdəki roluna və mövqeyinə təsir edəcəyindən ehtiyatlanırlar.

Siyasətdə, tarixdə olduğu kimi, simalar asanlıqla yox olmur. Ali rəhbər Əli Xameneinin fiziki yoxluğu onun onilliklər ərzində formalaşdırdığı siyasi və ideoloji irsin dərhal silinməsi demək deyil. Bu irs İran sisteminin strukturunda, eləcə də rejimin daxili və xarici siyasətində yaşamağa davam edir. Hazırda bu kölgənin altında atasının varisi kimi Müctəba Xamenei boy göstərir.

ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrini müasir tarixlərinin ən həssas geosiyasi sınağı ilə üz-üzə qoyub. Hazırda davam edən "Dördüncü Körfəz müharibəsi" sadəcə növbəti gərginlik mərhələsi deyil, həm də mövcud regional təhlükəsizlik strukturunu kökündən sarsıdan bir prosesdir.

İrana qarşı müharibənin qızışması, bununla müşayiət olunan Amerika və İsrail hücumları və İranın raket cavabları fonunda Körfəz bölgəsi misli görünməmiş təhlükəsizlik çağırışları ilə üzləşir. Son həftələrdə artan gərginlik sübut etdi ki, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri öz həyati maraqlarını qorumaq üçün tamamilə böyük güclərə bel bağlaya bilməzlər. Həyati əhəmiyyətli dəniz boğazları, limanlar, neft obyektləri və qida tədarük zəncirləri gündəlik təhdidlərlə üzləşir, eyni zamanda İranın hər bir addımı və ya ABŞ və İsrailin cavabı bölgədəki qeyri-sabitlik risklərini daha da artırır.

ABŞ prezidenti Donald Trump tərəfindən imzalanmış son icraedici sərəncam Yaxın Şərqdə İxvanül-müslimin (Müsəlman Qardaşlar) hərəkatının təsir imkanlarının azaldılması baxımından düzgün və daha effektiv yanaşma kimi qiymətləndirilir. Bununla belə, analitiklər hesab edirlər ki, bu strategiyanın real nəticə verməsi üçün hərəkatla əlaqəli daha geniş maliyyə və təşkilati dəstək şəbəkələri də hədəfə alınmalıdır.

İsrailin baş naziri Beniyamin Netanyahu ayın sonuna qədər ABŞ-a növbəti səfərə hazırlaşarkən, 2025-ci il ərzində həyata keçirdiyi xarici uçuşların xərcləri açıqlanıb. Məlumata görə, Netanyahu il ərzində dörd dəfə xaricə səfər edib. Bu səfərlər Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Qəzzada hərbi cinayətlərdə ittiham olunması ilə bağlı barəsində həbs orderinin verildiyi bir dövrə təsadüf edib.