Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    2025-ci ildə Netanyahunun xarici səfərləri neçəyə başa gəlib?

    24 Dekabr 2025 11:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    2025-ci ildə Netanyahunun xarici səfərləri neçəyə başa gəlib?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İsrailin baş naziri Beniyamin Netanyahu ayın sonuna qədər ABŞ-a növbəti səfərə hazırlaşarkən, 2025-ci il ərzində həyata keçirdiyi xarici uçuşların xərcləri açıqlanıb. Məlumata görə, Netanyahu il ərzində dörd dəfə xaricə səfər edib. Bu səfərlər Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Qəzzada hərbi cinayətlərdə ittiham olunması ilə bağlı barəsində həbs orderinin verildiyi bir dövrə təsadüf edib.

    Netanyahunun bütün səfər xərclərini, o cümlədən otel otaqlarının qiymətlərini, müşayiət heyətinin yerləşdirilmə xərclərini və baş nazirin istifadə etdiyi “Sionun Qanadı” adlı xüsusi təyyarənin uçuş xərcini açıqlanıb.

    Fevral: Vaşinqton səfəri

    Netanyahunun 2025-ci ildə ilk səfəri 2–9 fevral tarixlərində Vaşinqtona olub. O, Ağ Evdə ABŞ prezidenti Donald Trump ilə görüşüb. Səfər zamanı baş naziri 40 nəfərlik nümayəndə heyəti müşayiət edib. Təhlükəsizlik səbəbindən mühafizəçilərin sayı açıqlanmayıb.

    Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri üçün otel otaqlarının hər biri gecəlik 415 dollara başa gəlib. Netanyahu isə Vaşinqtondakı “Willard InterContinental” otelində gecəsi 5000 dollar olan xüsusi suitdə qalıb. Yeddi gecəlik yerləşmə ümumilikdə 25 min dollar təşkil edib.

    “Sionun Qanadı” adlı xüsusi təyyarə ilə həyata keçirilən bu uçuşun dəyəri 434 min dollar olub. Netanyahunun ofisi digər səfərlərlə bağlı eyni təyyarənin xərclərinin hələ də yoxlanıldığını bildirib.

    Aprel: Macarıstan və ABŞ

    3 aprel tarixində Netanyahu dörd günlük səfərlə Macarıstana yollanıb. Onu 36 nəfərlik nümayəndə heyəti müşayiət edib. Otel otaqlarının gecəlik qiyməti 417 dollar olub. Baş nazir və həyat yoldaşı Budapeştdəki “Four Seasons Gresham Palace” otelində gecəsi 4632 dollara başa gələn suitdə qalıb. Ümumi yerləşmə xərci 18 528 dollar təşkil edib.

    Macarıstandan sonra Netanyahu 6–9 aprel tarixlərində yenidən Vaşinqtona gedib. Bu dəfə də 36 nəfərlik nümayəndə heyəti ilə səfər edib. “Willard InterContinental” otelində adi otaqların qiyməti gecəlik 520 dollar olub. Netanyahu və həyat yoldaşı isə ABŞ prezidentinin rəsmi qonaq evi olan “Blair House”da qalıb. Ofisin məlumatına görə, suite və əlavə 14 otağın xərcləri ev sahibi tərəfindən qarşılanıb.

    İyul: növbəti Vaşinqton səfəri

    6 iyul tarixində Netanyahu Tramp ilə görüş üçün yenidən Vaşinqtona səfər edib. Beş gün davam edən səfərdə onu 41 nəfərlik nümayəndə heyəti müşayiət edib. Bu səfərdə adi otel otaqlarının gecəlik qiyməti 375 dollar olub. “Blair House”dakı suite və təxminən 14 otağın xərclərinin yenə də ev sahibi tərəfindən ödənildiyi bildirilib.

    Sentyabr: BMT Baş Assambleyası

    Netanyahunun son səfəri 23–30 sentyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka olub. Onu 38 nəfərlik nümayəndə heyəti müşayiət edib.

    “Loews Regency” otelində adi otağın gecəlik qiyməti 1199 dollar, suite isə 5999 dollar olub. Yeddi gecəlik suite xərci ümumilikdə 41 993 dollar təşkil edib. Netanyahunun ofisi qiymətlərin yüksək olmasını BMT Baş Assambleyası dövründə əvvəlcədən edilən kütləvi rezervasiyalarla izah edib.

    İsraildə fəaliyyət göstərən Azad Məlumat Hərəkatının icraçı direktoru, hüquqşünas Haydi Neqev Netanyahunun ofisini xarici səfərlərin xərclərini, xüsusilə də “Sionun Qanadı” təyyarəsindən istifadə zamanı, “sistemli şəkildə gizlətməkdə” ittiham edib. Onun sözlərinə görə, məhkəməyə müraciətdən sonra əldə olunan məlumatlar ciddi boşluqlar və ziddiyyətlərlə doludur.

    Hərəkat bildirib ki, xarici səfərlərə xərclənmiş bütün dövlət vəsaitlərinin geri qaytarılması üçün hüquqi mübarizəni davam etdirəcək. Qeyd olunur ki, təşkilat daha əvvəl də Netanyahunun şəxsi evləri, ailə xərcləri və səfərləri ilə bağlı məlumatların açıqlanması üçün dəfələrlə müraciət edib və yüksək məbləğlər üzə çıxıb.

    #VOA Analitik Təhlil Mərkəzi #2025-ci ildə Netanyahunun səfərləri dövlətə neçəyə başa gəlib? #Sionun Qanadı #lüks otellər və milyonluq xərclər: Netanyahunun səfərləri #ABŞ və BMT səfərləri: İsrail baş nazirinin uçuş xərcləri açıqlandı #Həbs orderi fonunda bahalı diplomatiya: Netanyahunun 2025 səfərləri #Azad Məlumat Hərəkatı Netanyahunun səfər xərclərini açıqladı #netanyahu səfər xərcləri 2025 #sionun qanadı təyyarəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə Ərəbistanı enerji və ticarət təhlükəsizliyini təmin edir

    7 May 2026 15:00

    İranda son söz kimindir?

    4 May 2026 06:58

    VOA analitik məqaləsi Türkiyə mediasında

    27 Aprel 2026 11:10

    Məmlük-Səmahə planından bugünkü fitnə ssenarilərinə - Hizbullahın xaos strategiyası

    13 Aprel 2026 22:00

    Diplomatiya ilə eskalasiya arasında - ABŞ-İran danışıqları

    13 Aprel 2026 20:00

    İranda “Milli İslam” – Din yoxsa qədim şahlıq iddiaları?

    8 Aprel 2026 12:36

    Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi

    5 Aprel 2026 15:00

    İranın Afrika "Qapısı" bağlanır: Sahildən Cəbəllütariqə qədər itirilən nüfuz və milyonlar

    5 Aprel 2026 13:00

    Dövlətlərdən daha zəngin olan "BlackRock" dünyanı və iqtisadiyyatları necə idarə edir?

    5 Aprel 2026 11:17

    Bağdad barıt çəlləyi üzərində: İraqı "Yaxın Şərq tufanı"ndan kim qoruyacaq?

    4 Aprel 2026 09:00

    Post-İran dövrü: 2026-cı ildən sonra Yaxın Şərqdə kim ağalıq edəcək?

    3 Aprel 2026 22:00

    "Kağızdan pələng"... Tramp niyə NATO-dan çıxmaq istəyir?

    3 Aprel 2026 05:59
    XƏBƏR LENTİ

    İran İsrailə hücum edib

    İranın Amazonu olmaq arzusu - Sanksiya mühitində yaranan startaplar

    Faunanın gizli dünyası: Canlılar haqqında heyrətamiz elmi faktlar

    Paşinyanın partiyası Ermənistan seçkilərində səslərin 56,7 faizi ilə liderlik edir - "Exit-poll"

    Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

    İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək

    Ərdoğan iqlim böhranını “müharibə qədər təhlükəli” adlandırdı

    Müstəmləkə tələsindən regional imperiyaya: Tehranın yüksəlişində bin Laden və Buş faktoru

    Dünyanın ən kök insanı neçə kiloqram idi?

    Freyd fenomeni: psixoanaliz elm, fəlsəfə, yoxsa müasir dövrün ən mübahisəli nəzəriyyələrindən biri?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.