#Fenerbahçe

Birləşmiş Ərəb Əmirlikləri klubu Əl Vahda, 2024–25 mövsümünün sonunda Fənərbaxça ilə yollarını ayıran 36 yaşlı Dusan Tadiç-i heyətinə qatıb. Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Əl Vahda, yeni mövsüm öncəsi Fənərbaxça ilə yollarını ayıran 36 yaşlı serbiyalı futbolçu Dusan Tadiçin transfer olunduğunu açıqlayıb. Futbola vətəninin Voyvodina komandasında başlayan serbiyalı oyunçu, 2010-cu ildə Qroningen klubuna transfer olub. Hollandiya klubunda 2 mövsümdə 76 oyuna çıxaraq 14 qol vuran Tadiç, 2012-ci ilin yayında Tventeyə keçib. Burada oynadığı 85 oyunda 32 qol və 30 assistlə diqqət çəkən təcrübəli futbolçu, 2014–15 mövsümü öncəsi 14 milyon avroya Premyer Liqanın yolunu tutub.

Fənərbaxça, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Hollandiya təmsilçisi Feyenoordun qonağı olacaq. De Kuip Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İsveç Futbol Federasiyasından Glenn Nyberg hakimlik edəcək, eyni ölkədən Mahbod Beigi və Andreas Söderkvist isə köməkçi hakimlər kimi fəaliyyət göstərəcəklər.

Galatasaray 2025–2026 mövsümünə hazırlıq çərçivəsində İtaliyanın Lazio klubu ilə yoldaşlıq oyununda qarşılaşacaq. Görüş 2 avqust axşamı saat 22:00-da İstanbulda, RAMS Park stadionunda keçiriləcək. Sarı-qırmızılılar son olaraq 2021-ci ildə UEFA Avropa Liqasında qarşılaşdığı Lazio ilə bu dəfə hazırlıq oyunu çərçivəsində üz-üzə gələcək. Komandalar arasında o dövrdə keçirilən görüşlərdə Galatasaray İstanbulda 1:0 qalib gəlmiş, Romadakı matç isə qolsuz bərabərliklə başa çatmışdı.

Türkiyənin məşhur futbol klubu Galatasaray, əzəli rəqibi Fenerbahçenin də maraqlandığı Alman ulduzu Leroy Sane ilə transfer məsələsində son mərhələyə gəlib.