#Fenerbahçe

Argentinalı futbolçu Paulo Dybala Fenerbahçe-yə transfer ola bilər. Xüsusən də hal-hazırda Fenerbahçenin məşqçisi olan Jose Mourinho-nun gedişindən sonra argentinalı ulduz İtaliya komandasında böyük enişə düşüb.

İllərdir Fenerbahçenin və millinin qapısını qoruyan Volkan Demirel məşqçilik karyerasına 2021-ci ildə Fatih Karagümrükdə başlayıb. 2022-ci ildə Hataysporu təhvil alan və zəlzələ fəlakətindən sarsılan Dəmirəl ötən ilin mayında vəzifəsindən ayrılıb.

Türkiyənin Fenerbahçe klubu UEFA Avropa Liqasının üçüncü turu çərçivəsində İngiltərənin Manchester United klubu ilə qarşılaşacaq. Komandalar daha əvvəl 2016-cı ildə Avropa liqasının qrup mərhələsində üz-üzə gəliblər. Səfərdə 4-1 hesabı ilə məğlub olan Türkiyə təmsilçisi, evində 2-1 hesabı ilə qalib gəlmişdi.

Trendyol Super Liqasının 9-cu həftəsində keçirilən Samsunspor-Fenerbahçe oyunu 2-2 bərabərə bitib. Bununla Fenerbahçe xal itirib. Hazırda Galatasaray 25 xalla birinci, Beşiktaş 20 xalla ikinci, Samsunspor isə 19 xalla üçüncüdür. Fenerbahçe 17 xalla dördüncü pillədə qərarlaşıb.