#Almaniya

Almaniya Hərbi Dəniz Qüvvələrinin mümkün əməliyyat hazırlıqları çərçivəsində Aralıq dənizinə mina təmizləyən gəmi göndərəcəyi açıqlanıb. Nazirin sözlərinə görə, mina təmizləyən gəmi ilə yanaşı, komanda və təchizat gəmisi də bölgəyə göndəriləcək. Lakin gəmilərin konkret nə vaxt yola düşəcəyi açıqlanmayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Prezidenti Frank-Valter Ştaynmaer ilə telefon görüşməsi keçirib. Kommunikasiya idarəsindən verilən məlumata görə danışıq zamanı Türkiyə Almaniya ikitərəfli münasibətləri ilə yanaşı regional və qlobal proseslər ətraflı şəkildə müzakirə edilib. Prezident Ərdoğan görüşdə Türkiyə ilə Almaniya arasındakı əlaqələrin son dövrlərdə həyata keçirilən yüksək səviyyəli təmaslar sayəsində yaxşı bir sürət qazandığını ifadə edib.

"Reuters" xəbər agentliyinin Ağ Evdəki yüksək rütbəli rəsmiyə istinadən verdiyi məlumata görə, Prezident Donald Tramp Avropada yerləşdirilmiş bəzi ABŞ hərbi qüvvələrinin geri çəkilməsi variantını ciddi şəkildə nəzərdən keçirir. Ağ Ev rəsmisi bildirib ki, bu addım Tramp administrasiyasının qlobal hərbi mövcudluğu yenidən qiymətləndirmək və müttəfiqlərin müdafiə xərcləri ilə bağlı öhdəliklərini artırmaq strategiyasının tərkib hissəsidir.

Almaniyanın xarici işlər naziri İohann Vadeful ABŞ Prezidenti Donald Trampın NATO alyansı ilə bağlı səsləndirdiyi fikirlərin Berlin tərəfindən narahatlıqla qarşılandığını bildirib. "Funke Medya" qrupuna müsahibə verən nazir, dünyanın getdikcə daha təhlükəli bir məkana çevrildiyini və belə bir şəraitdə NATO müttəfiqlərinin daha sıx birləşməli olduğunu vurğulayıb. Vadeful NATO-nu dünyanın ən uğurlu müdafiə ittifaqı adlandıraraq, tərəfdaşların ortaq hədəfləri bölüşməsinin vacibliyini qeyd edib.

Almaniya kansleri Fridrix Merts Avropanın müdafiə və enerji təhlükəsizliyi sahəsində daha güclü olmasının vacibliyini vurğulayıb. Merts həmçinin qeyd edib ki, bu sahədə irəliləyişin əldə olunacağına inanır və Avropanın qarşısında duran çağırışların öhdəsindən gələcəyinə əminliyini ifadə edib.