Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Almaniya İran ətrafındakı hərbi əməliyyatlarda iştirak etməyəcək - Berlin

    16 Mart 2026 16:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Almaniya İran ətrafındakı hərbi əməliyyatlarda iştirak etməyəcək - Berlin
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    İran ətrafında artan gərginlik fonunda Almaniya hökuməti mövqeyini açıqlayıb. Rəsmi Berlin ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların NATO-nun müharibəsi olmadığını və Almaniyanın bu əməliyyatlarda iştirak etməyəcəyini bəyan edib.

    VOA xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Stefan Kornelius Berlində keçirilən brifinqdə çıxış edərək bildirib ki, NATO müdafiə ittifaqıdır və mövcud münaqişə alyansın səlahiyyətlərinə daxil deyil.

    Korneliusun sözlərinə görə, hərbi əməliyyatların genişlənməsi Yaxın Şərq və Körfəz bölgəsindəki tərəfdaş ölkələr üçün ciddi təhlükələr yarada bilər. O qeyd edib ki, Almaniya hökuməti həm NATO-nun mandatını, həm də ölkənin münaqişədə iştirak məsələsini aydın şəkildə qiymətləndirir.

    Almaniyanın xarici işlər naziri Yohann Vadeful da ölkəsinin İran ətrafında yaranmış gərginlik fonunda beynəlxalq hərbi əməliyyata qatılmayacağını təsdiqləyib.

    Onun sözlərinə görə, bu mövqe kansler Fridrix Merts və müdafiə naziri Boris Pistorius tərəfindən də açıq şəkildə ifadə olunub.

    Yohann Vadeful qeyd edib ki, Almaniya mümkün diplomatik danışıqlarda iştirak etməyə hazırdır. Onun fikrincə, Hörmüz boğazında təhlükəsizliyin uzunmüddətli təminatı yalnız diplomatik danışıqlar və İranla aparılacaq siyasi dialoq vasitəsilə mümkün ola bilər.

    Nazir eyni zamanda Avropa İttifaqının Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyini qorumaq məqsədilə başladığı “Aspides” hərbi missiyasının gözlənilən nəticəni vermədiyini bildirib.

    Vadeful əlavə edib ki, bu missiyanın Hörmüz boğazına genişləndirilməsi əlavə təhlükəsizlik yaradıb-yaratmayacağı sual altındadır.

    Almaniyanın xarici işlər naziri İranın regional siyasətini də tənqid edib. Onun sözlərinə görə, Tehran Livan, İraq və Yəməndə fəaliyyət göstərən Hizbullah, HƏMAS və husilərə dəstək verir.

    Nazir bildirib ki, İran rejimi həm daxili, həm də xarici siyasətdə ədalətsiz davranır və İsrailin təhlükəsizliyinə təhdid yaradır.

    Vadeful həmçinin qeyd edib ki, Yaxın Şərqdəki münaqişə həll olunmadan neft qiymətlərinin sabitləşməsi çətin olacaq.

    #İran #Almaniya #Yaxın Şərq #Berlin #Hörmüz boğazı #ABŞ İsrail İran qarşıdurması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    22 Avqust 2026 21:07

    Misir və İran bölgədə gərginliyin azaldılması və diplomatik danışıqların bərpasını müzakirə edib

    22 Avqust 2026 20:32

    Avropa İttifaqı Serbiyadakı böyük yanğınlara qarşı yardım göndərir

    22 Avqust 2026 19:44

    İran rəsmisi Vaşinqtonla mümkün danışıqlara ehtiyatla yanaşmağa çağırıb

    22 Avqust 2026 18:33

    İran “Cənubi Pars”da müharibədə zədələnmiş zavodun 70 faizini bərpa edib

    22 Avqust 2026 18:28

    ABŞ İsrail naminə bölgədəki müttəfiqlərinin təhlükəsizliyini riskə atıb - Qalibaf

    22 Avqust 2026 18:21

    İran eyni vaxtda iqtisadi təzyiq və diplomatik dalanla üzləşib

    22 Avqust 2026 18:14

    Ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadəsinə icazə verməyəcəyik - İraq prezidenti

    22 Avqust 2026 18:10

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    22 Avqust 2026 11:49

    Almaniya XİN rəhbəri Kiyevə gedib

    22 Avqust 2026 11:27

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    22 Avqust 2026 10:53

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    21 Avqust 2026 21:34
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Misir və İran bölgədə gərginliyin azaldılması və diplomatik danışıqların bərpasını müzakirə edib

    Daşkənd Prezident İlham Əliyevin rəsmi səfərinə hazırlaşır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.