#Avropa Komissiyası

Qətər Dövləti, Avropa İttifaqını (Aİ) metan emissiyaları ilə bağlı tənzimləməsinə (EUMR) aydınlıq gətirməyə və hədəflənmiş dəyişikliklər etməyə çağıran birgə bəyanat imzalayıb. “The Peninsula” qəzetinin məlumatına görə, Aİ Komissiyasının Prezidentinə, Avropa Şurasının Prezidentinə və Aİ-yə üzv dövlətlərin rəhbərlərinə ünvanlanmış birgə açıq məktub dünyanın ən böyük enerji istehsalçıları və Aİ-nin əsas maye təbii qaz (LNG) tədarükçüləri tərəfindən imzalanıb.

Aİ-nin 40-dan çox hüquq alimi İsrailin işğal altındakı ərazilərdəki yaşayış məntəqələrindən idxala qadağa tətbiq edilməsini təklif edib. Onlar bunun ticarət siyasəti çərçivəsində hüquqi olaraq mümkün olduğunu bildiriblər. Mütəxəssislər belə qərarın üzv dövlətlərin yekdil razılığını tələb etmədiyini vurğulayıblar. Rəydə Rusiyadan qaz idxalına qoyulan məhdudiyyətlər presedent kimi göstərilib. Təklif Aİ-nin iyulun 13-də keçiriləcək iclası ərəfəsində gündəmə gəlib.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İrana qarşı sanksiyalarla bağlı mövqeni açıqlayıb. O bildirib ki, sanksiyaların ləğvi üçün əvvəlcə real dəyişikliklər baş verməlidir. Fon der Lyayenin sözlərinə görə, bu dəyişikliklər etibarlı və yoxlanıla bilən olmalıdır. Avropa İttifaqı yalnız bundan sonra məhdudiyyətlərin yumşaldılmasını nəzərdən keçirə bilər. O qeyd edib ki, sanksiyalar müxtəlif səbəblərlə tətbiq olunub. Bunlar insan hüquqları və kütləvi qırğın silahları ilə bağlı narahatlıqları əhatə edir. Avropa Komissiyasının sədri qərarların konkret vəziyyətə əsasən veriləcəyini vurğulayıb. Avropa İttifaqı gələcək addımlarını hadisələrin inkişafına uyğun müəyyənləşdirəcək.

Avropa İttifaqı Ukraynaya təqdim ediləcək yeni maliyyə dəstəyi çərçivəsində 3,2 milyard avroluq ilk ödənişin həyata keçirilməsi üçün mühüm addım atıb. Sənəddə kredit ödənişlərinin mərhələləri, maliyyə dəstəyinin şərtləri və Ukraynanın yerinə yetirməli olduğu islahatlar əks olunub. Bildirilib ki, kredit şərtlərinə demokratiya, hüququn aliliyi, korrupsiyaya qarşı mübarizə və insan hüquqlarına hörmət kimi öhdəliklər daxildir.

Fridrix Merts rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı və Xristian-Sosial İttifaqı bloku Avropa Komissiyasının sədri Ursula von der Leyenə qarşı sərt tələblər irəli sürməyə hazırlaşır. Məlumata görə, alman konservatorları Brüsselin biznes üzərində nəzarətinin azaldılmasını və Avropa İttifaqının bürokratik qaydalarının sadələşdirilməsini tələb edir. Əks halda, Avropa Komissiyasının səlahiyyətlərinin məhdudlaşdırılması istiqamətində addımların atılacağı bildirilir.

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Macarıstanda keçirilən seçkilərin nəticələrinə operativ münasibət bildirib. Məlumata əsasən, o, ölkənin yenidən Avropa İttifaqı ilə yaxınlaşmasının vacibliyini qeyd edib və bu qərarın birliyin güclənməsinə töhfə verəcəyini bildirib.

İqtisadiyyat Nazirliyində Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru ilə keçirilmiş görüşdə Avropa İttifaqı ilə qarşılıqlı iqtisadi əlaqələrə dair müzakirə aparılıb. Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığa önəm verdiyi vurğulanıb. Bildirilib ki, ölkəmizin əlverişli işgüzar mühiti avropalı investorlar üçün geniş imkanlar təqdim edir.

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas Avropa Komissiyasının sədri Ursula von der Leyenin idarəetmə üslubundan narazılığını gizlətmir və onu özəl söhbətlərdə “diktator” adlandırır. Aİ rəsmilərinin bildirdiyinə görə, Kallasın rəhbərlik etdiyi Avropa Xarici Fəaliyyət Xidməti 2010-cu ildə yaradılsa da, qurumun səlahiyyətləri üzv dövlətlərin, xüsusilə də iri ölkələrin xarici siyasəti öz nəzarətlərində saxlamaq istəyi səbəbindən daim məhdud olub.

Suriyanın Prezidenti Əhməd əş-Şaraa cümə günü Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə görüşüb. Ursula von der Leyen Bəşşar Əsədin devrilməsindən sonra Suriyaya səfər edən ən yüksək səviyyəli Avropa İttifaqı rəsmisi olub. Avropa Komissiyasının sədri regional səfər çərçivəsində Avropa Şurasının prezidenti Antonio Koşta ilə birlikdə bölgədə danışıqlar aparır.