#BƏƏ

Son bir həftə ərzində Hörmüz boğazından iki tanker və bir LNG gəmisi keçərək enerji daşımalarında məhdud hərəkətlilik təmin edib. ABŞ–İsrail və İran arasındakı qarşıdurma davam etsə də, enerji tədarükləri hələ də ciddi məhdudiyyətlərlə üzləşir. Analitiklər gəmilərin təhlükəsizliyi üçün AIS siqnallarını müvəqqəti söndürdüklərini bildirirlər. Hörmüz boğazı dünya neft və qaz ticarətində kritik marşrut olaraq qalır.

Dünya çempionu, futbol üzrə iki dəfə Avropa çempionu olan ispaniyalı Andres İniesta Birləşmiş Ərəb Əmirliklərinin “Gulf United” klubunun baş məşqçisi təyin edilib. 42 yaşlı İniesta İspaniyanın “Barcelona” klubunun yetirməsi olub və bu komandanın heyətində 2002–2018-ci illərdə çıxış edib. “Barcelona” ilə birgə o, İspaniyanın doqquz dəfə çempionu, ölkə kubokunun altı dəfə sahibi və Çempionlar Liqasının üç dəfə qalibi olub. Bundan əlavə, o, Yaponiya “Vissel Kobe” və BƏƏ “Emirates” klublarında da oynayıb.

Birləşmiş Ərəb Əmirlikləri ilə imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi ölkələrimiz arasında iqtisadi işbirliyinin gücləndirilməsi, ticarətin liberallaşdırılması və asanlaşdırılmasını hədəfləyir. 9 iyul 2025-ci ildə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi (CEPA) qüvvəyə minib.

ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, Səudiyyə Ərəbistanı və Qətər “İbrahim Razılaşmaları”nı dərhal imzalamalı, digər ölkələr isə onların ardınca getməlidir. Tramp bildirib ki, əks halda həmin ölkələr razılaşmanın bir hissəsi hesab olunmayacaq və bu xoş niyyətin olmaması deməkdir. O vurğulayıb ki, razılaşma bölgədəki indiyədək imzalanmış ən mühüm sənəd olacaq, İranın da qoşulması misilsiz tarixi hadisə kimi qiymətləndiriləcək. Tramp əlavə edib ki, bu razılaşma Yaxın Şərqi birləşmiş, güclü və iqtisadi baxımdan qüdrətli bölgəyə çevirə bilər və nümayəndələrə prosesin dərhal başlanmasını və uğurla yekunlaşdırılmasını tapşırıb.

ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, İranla mümkün razılaşma imzalandıqdan sonra regional ölkələr — Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Pakistan, Türkiyə, Misir və İordaniya — İsraillə münasibətləri normallaşdıran “İbrahim Razılaşmaları”na qoşulmaqla bağlı minimum şərti yerinə yetirməlidirlər. Tramp bildirib ki, bəzi ölkələrin qoşulmamaq səbəbləri ola bilər, lakin böyük əksəriyyət İranla razılaşmanın tarixi əhəmiyyətini nəzərə alaraq bu addıma hazır və istəkli olmalıdır.

İran Birləşmiş Ərəb Əmirliklərində yerləşən nüvə obyektinə pilotsuz uçuş aparatı ilə hücumda iştirak etdiyi barədə ABŞ tərəfindən irəli sürülən iddiaları rədd edib. İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin baş katibi Antoni Quterreş və Təhlükəsizlik Şurasının sədri ünvanına göndərdiyi məktubda Vaşinqtonun ittihamlarını əsassız adlandırıb.

İran Hörmüz Boğazına aid yeni bir xəritə yayımlayaraq Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Oman sularını özünün tənzimləmə səlahiyyətinə daxil etdiyini açıqlayıb. İran tərəfindən təqdim olunan xəritədə, boğazın şərq girişində İranın Kuh-e Mobarak bölgəsindən BƏƏ-nin Fuceyrə şəhərinin cənubuna, qərb girişində isə İranın Keşm Adası uclarından BƏƏ-dəki Umm el-Kayveynə qədər olan ərazi idari bölgə kimi göstərilib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dövlət Başçısının diplomatiya müşaviri Ənvər Karkaş bildirib ki, İranın Hürmüz Boğazını nəzarət altına alma və ya BƏƏ-nin “dəniz suverenliyini pozma” cəhdləri yalnız xəyaldır. Karkaş sosial media hesabında yayımladığı açıqlamada bölgədəki gərginlik və təhlükəsizlik çatışmazlığını şərh edib.

Birləşmiş Ərəb Əmirlikləri Əbu-Dabidəki “Bərəkə” Atom Enerjisi Stansiyasına dron hücumundan sonra İraq hökumətini öz ərazisindən qaynaqlanan düşmən xarakterli fəaliyyətlərin qarşısını almağa çağırıb. BƏƏ Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda İraq Respublikasının hökumətinə öhdəlik götürərək bütün düşmən xarakterli fəaliyyətlərin təcili və şərtsiz qarşısını almağın vacibliyi qeyd edilib. Nazirlik əlavə edib ki, belə təhdidlərin beynəlxalq və regional qanunlar, eləcə də konvensiyalara uyğun şəkildə operativ, dərhal və məsuliyyətli formada aradan qaldırılması zəruridir.