#BƏƏ

Rusiya Prezidenti Vladimir Putin və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan İranla bağlı vəziyyəti müzakirə edərək siyasi və diplomatik həll yollarının vacibliyini vurğulayıblar. Məlumata görə, tərəflər İran ətrafında yaranmış vəziyyət və regional prosesləri müzakirə edərək kompromis əsaslı sülh razılaşmalarına nail olmaq üçün siyasi və diplomatik səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən telefon danışığında regional təhlükəsizlik, Yaxın Şərqdəki vəziyyət və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər SAHA Expo 2026 sərgisinin beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfəni də vurğulayıblar.

İranla ABŞ arasında əldə olunmuş kövrək atəşkəs yeni hücumlar fonunda ciddi sınaqla üzləşib . Bildirilib ki, tərəflər arasında mümkün razılaşma ilə bağlı danışıqlar davam etsə də, hələ yekun qərar qəbul edilməyib. İran tərəfi vasitəçi rolunda çıxış edən Pakistanın təqdim etdiyi təklifləri nəzərdən keçirdiyini açıqlayıb .

İran müharibəsinin başlanğıcından bəri Səudiyyə Ərəbistanı Krallığının Tehranın Körfəz ölkələrinə qarşı təcavüzlərinə qarşı mübarizədə oynadığı fərqli rol özünü büruzə verdi. Bu, Səudiyyə rəhbərliyinin İranın hücumlarından zərər çəkmiş Körfəz dövlətlərinin tələblərinə sürətli reaksiyasında - hava limanlarının və limanların açılması, qida və istehlak malları üçün tədarük zəncirlərinin təmin edilməsi, habelə dünyanın neft tələbatına çevik cavab verilməsində özünü göstərdi. Xüsusilə, "Şərq-Qərb" boru kəmərinin işə salınması və Yənbu limanından gündəlik 7 milyon barel neftin ixrac edilməsi bu fəaliyyətin mərkəzində dayandı.

Birləşmiş Ərəb Əmirlikləri İran Xarici İşlər Nazirliyinin verdiyi bəyanatı ən sərt şəkildə pisləyərək,suvereniyini, milli təhlükəsizliyini və ya müstəqil qərar qəbuletməsini hədəf alan hər hansı bir iddia və ya təhdidi qəti şəkildə rədd etdiyini bir daha təsdiqləyib.

İran tərəfi BƏƏ-nin Fuceyra limanında baş verən yanğının ölkə tərəfindən planlaşdırılmış hücum olmadığını bəyan edib və məsuliyyəti ABŞ-ın üzərinə qoyub. Açıqlamada bildirilib ki, ABŞ-ın bölgədə hərbi aktivliyi gəmiçiliyin qeyri-qanuni şəkildə təmin olunmasına yönəlib və bu addımlar enerji obyektləri üçün risk yaradır.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın həyata keçirdiyi “Azadlıq layihəsi” ilə bağlı sərt açıqlama verib. Qeyd edək ki, İran Silahlı Qüvvələri daha əvvəl ABŞ donanmasını Hörmüz boğazı ərazisinə daxil olmamaqla bağlı xəbərdar etmişdi. ABŞ isə Prezident Donald Trampın göstərişi ilə ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə “Azadlıq əməliyyatı”na start verib.

Birləşmiş Ərəb Əmirlikləri İranın Abu-Dabi Milli Neft Şirkətinə məxsus tankerə qarşı pilotsuz uçuş aparatları ilə hücum etdiyini açıqlayıb. BƏƏ Xarici İşlər Nazirliyi bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Qurum İranın bu addımını kommersiya gəmiçiliyinə qarşı yönəlmiş hücum və iqtisadi təzyiq vasitəsi kimi qiymətləndirib.

ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibənin 40-cı günündə əldə olunan atəşkəs fonunda Vaşinqtondan diqqətçəkən hərbi addım gəlib. ABŞ Dövlət Departamenti Yaxın Şərq ölkələrinə ümumi dəyəri 8,6 milyard dolları aşan silah və hərbi avadanlıq satışını təsdiqləyib.