İsrail rəsmiləri, 28 iyulda işğal altındakı İordan çayının qərb sahilində fələstin torpaqlarını zəbt edən bir israilli tərəfindən güllələnərək öldürülən, Oskar mükafatlı sənədli filmə töhfə vermiş fələstinli aktivist Avde Məhəmməd Hadalinin cənazəsini təhvil verib.
#Fələstin
Sloveniya, Fələstin dövlətini tanıma qərarının ardından, İsrailin işğal etdiyi torpaqlarda qurulan qanunsuz məskənlərdən idxalı tamamilə dayandırdığını açıqlayıb. Bu barədə Sloveniya hökumətinin yaydığı bəyanatda deyilir.
Qəzzadakı Fələstin hökuməti son 10 gündə ən azı 6 min yardım maşınının bölgəyə girməli olmasına baxmayaraq, yalnız 853 yardım maşınının Qəzza zolağından keçməsinə icazə verildiyini açıqlayıb.
İsrailin hücumları və sanksiyaları səbəbindən aclıq yaşanan Qəzza Zolağında son 24 saatda 5 fələstinli daha aclıqdan dünyasını dəyişib, aclıq səbəbindən ölənlərin sayı 193-ə çatıb. Qəzza Sağlamlıq Nazirliyinin baş direktoru Munir əl-Burş sosial media hesabında Qəzzada aclıqdan həyatını itirənlər barədə məlumat verib. İsrailin hücumları və humanitar yardımın girişini məhdudlaşdıran sərt blokadası altında olan Qəzza Zolağı aclığın yayıldığı, su, dərman, tibbi vasitələr və gigiyena mallarının çatışmadığı humanitar fəlakətlə üzləşib.
Vaşinqtonda fələstinliyə dəstək nümayişçiləri NBC, Fox News, MSNBC və The Hill kimi media qurumlarının ofislərinin yerləşdiyi küçədə aksiya keçiriblər. Etirazçılar “Medianın soyqırımda şərikliyini dayandırın” və “Media yalan danışır, Qəzza ölür” yazılı plakatlarla ABŞ mediasının Qəzzaya hücumlara yanaşmasını tənqid ediblər.
İordaniyanın xarici işlər naziri Əymən əs-Səfədi bildirib ki, 1967-ci il iyunun 4-dəki sərhədlər əsasında, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması bölgədə ədalətli və hərtərəfli sülhün təmin olunmasının yeganə yoludur. Bu barədə İordaniya Xarici İşlər Nazirliyinin, Səfədinin Çexiyalı həmkarı Yan Lipavski ilə telefon danışığından sonra yaydığı bəyanatda bildirilib.
Netanyahunun Qəzza Zolağının tamamilə işğalına dair xəbərlərə cavab olaraq Hipper bildirib: "Bizim burada mövqeyimiz açıqdır; Qəzza gələcək Fələstin dövlətinin ayrılmaz bir hissəsi olmalıdır."
İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda 9-u humanitar yardım gözləyən şəxs olmaqla, ümumilikdə 20 fələstinli həyatını itirib.
HƏMAS Siyasi Bürosunun üzvü Usamə əl-Həmdan İsrail hökumətini Qəzzada saxlanılan məhbusların həyatına görə tam məsuliyyət daşımaqda ittiham edib.
Ərdoğan, Qəzza zolağındakı humanitar vəziyyətin kritik həddə çatdığını, baş verənlərə yalnız reaksiya verməyin kifayət etmədiyini, bunun qarşısının alınması üçün addımlar atmağın bəşəriyyətin üzərinə düşən bir vəzifə olduğunu vurğulayıb.
HƏMAS Qəzza zolağındakı münaqişənin hərtərəfli həlli və anklavda saxlanılan bütün israilli girovların azad edilməsi məqsədilə danışıqlar aparmağa hazırdır. Bu barədə "The National" qəzeti mənbələrə istinadən məlumat yayıb.
ABŞ Konqresinin Nümayəndələr Palatasının 13 Demokrat üzvü Prezident Donald Tramp administrasiyasına ünvanladıqları məktubda Fələstin Dövlətini tanımağa çağırıb. Bu çağırışla ABŞ administrasiyasını beynəlxalq ictimaiyyətin mövqeyinə uyğun mövqe tutmağa dəvət ediblər. Məktubda “bu faciəvi dövr fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnun tanınması ilə bağlı çoxdankı ehtiyacı dünyanın diqqətinə çatdırıb”- deyə qeyd olunub.