Bəyanatda Kanadanın Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrinə və beynəlxalq hüquqa uyğun olan "cəsarətli və tarixi" addımı alqışlanıb və bu addımın sülhə töhfə verəcəyi qeyd edilib.
#Fələstin
AzerVoice xəbər verir ki, Avstraliyanın Baş naziri Entoni Albanese ölkəsinin Fələstin Dövlətini tanımağa hazır olduğunu və bunun üçün uyğun şərtlərin formalaşmasını gözlədiyini açıqlayıb.
ABŞ prezidenti Donald Tramp bildirib ki, Kanadanın sentyabr ayında Fələstin dövlətini tanıyacağını elan etməsi bu ölkə ilə ticarət razılaşmasının əldə olunmasını çətinləşdirəcək. Kanadanın Fələstini tanıyacağına dair açıqlamasına toxunan Tramp, "Bu, onlarla ticarət razılaşması əldə etməyimizi çox çətinləşdirəcək" - deyə qeyd edib.
AzerVoice xəbər verir ki, bu barədə Qəzzadakı Hökumət Media İdarəsi açıqlama yayıb. Açıqlamaya cəmi üç saat ərzində azı 51 nəfərin həyatını itirdiyi, 648 nəfərin isə yaralandığı bildirilib. Hücum zamanı yardım yük maşınlarından ərzaq toplamağa çalışan mülki şəxslərin qəsdən hədəf alındığı bildirilib.
Qəzzə Səhiyyə Nazirliyinin məlumatına görə, müharibənin başladığı gündən bu yana aclıq səbəbilə 154 ölüm hadisəsi qeydə alınıb, bunlardan 89-u uşaqdır.
İclasda ilk olaraq, PKK, YPG, FETÖ və İŞİD terror təşkilatları başda olmaqla, Türkiyənin milli birliyi və ərazi bütövlüyünü hədəf alan bütün təhdidlərə qarşı həm ölkə daxilində, həm də xaricdə həyata keçirilən mübarizə tədbirləri barədə Şura üzvlərinə ətraflı məlumat verilib.
Amir Ohana, Fələstin dövlətinin tanınmasını HƏMAS-ın mükafatlandırılması kimi qiymətləndirib və bu addımın bölgəyə sabitlik gətirməyəcəyini iddia edib. O, bu sözləri Cenevrədə keçirilən 6-cı Dünya Parlament Sədrləri Konfransında çıxış edərkən deyib.
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun bugün İsrailə səfər edəcəyi gözlənilir. Mənbələrin bildirdiyinə görə, Uitkoff həmçinin Qəzza zolağına səfər edə və Qəzzaya Humanitar Yardım Fondu (GHF) tərəfindən yaradılan yardım paylama məntəqələrini ziyarət edə bilər.
BMT-nin “Fələstin məsələsinin sülh yolu ilə həlli və iki dövlətli həllin reallaşdırılması” mövzusunda təşkil etdiyi Yüksək Səviyyəli Beynəlxalq Konfransın yekun bəyanatı dərc olunub. Bəyanata Türkiyə ilə yanaşı Fransa, Səudiyyə Ərəbistanı, Braziliya, Kanada, Misir, İndoneziya, İrlandiya, İtaliya, Yaponiya, İordaniya, Meksika, Norveç, Qətər, Seneqal, İspaniya, Böyük Britaniya, Avropa İttifaqı və Ərəb Liqası da qoşulub.
Rəfahdan keçən yeddi yük maşını ilə ümumi yardım həcmi 7 min 188 tona çatdı – Krallıq bölgədə 90 milyon dollarlıq layihələrə dəstək verir.
Böyük Britaniya sentyabr ayında BMT Baş Assambleyası ərəfəsində həm HƏMAS-ın, həm də İsrailin öz öhdəliklərinə nə dərəcədə əməl etdiyini qiymətləndirəcəyini bildirib.
İsrail, Böyük Britaniyanın Baş naziri Kir Starmerin Fələstin dövlətini tanımaq planları ilə bağlı bəyanatını rədd edib. Bu barədə İsrail Xarici İşlər Nazirliyi açıqlama yayıb.