Balıkesir şəhərinin Sındırgı rayonunda 4,4 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Yeraltı təkanlar bu gün saat 10:41-də baş verib. Zəlzələnin yerin təxminən 10,38 kilometr dərinliyində baş verdiyi bildirilib.
#zəlzələ fay xətti
Əfqanıstanın şimalında baş verən 6,3 bal gücündə zəlzələdə ilkin məlumata görə azı 9 nəfər həyatını itirib. Zəlzələ anları isə təhlükəsizlik kameralarına əks olunub. Əfqanıstan Milli Fəlakət İdarəetmə Agentliyinin açıqlamasında zəlzələnin episentrinin ölkənin şimalında yerləşən Samangan vilayəti olduğu bildirilib. Açıqlamada qeyd olunub ki, ilkin məlumatlara əsasən, zəlzələ nəticəsində ən azı 9 nəfər həlak olub, 143 nəfər yaralanıb. Rayonlarda dağıntıların qiymətləndirilməsi davam edir, zəlzələ anlarını əks etdirən görüntülər isə sosial mediada paylaşılıb.
Türkiyənin Balıkesir şəhərinin Sındırgı rayonunda 4,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb. Qeyd edək ki, 27 oktyabrda Balıkesirde Sındırgı mərkəzli 6,1 bal gücündə zəlzələ baş vermiş, bu zəlzələ İstanbul və ətraf şəhərlərdə də hiss olunmuşdu. Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya zəlzələdən sonra bildirib ki, ölüm halı qeydə alınmayıb, lakin istifadəsiz 3 bina və 1 dükan dağılıb. Tədbir məqsədilə Balıkesir şəhərində bütün məktəblər bir gün bağlanıb.
Egey dənizində 4 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib. Məlumata əsasən, zəlzələ yerin 13,61 kilometr dərinliyində baş verib. Hər hansı bir dağıntı və ya insan tələfatı qeydə alınmayıb. Rəsmilər vəziyyətin nəzarət altında olduğunu və zəlzələnin bölgədə ciddi təsir yaratmadığını bildiriblər.
İndoneziyanın şərqində yerləşən Papua əyalətində 6,5 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına əsasən, zəlzələnin episentri Abepura bölgəsindən təxminən 200 kilometr qərbdə olub. Yerli vaxtla saat 14:48-də qeydə alınan təkan 70,1 kilometr dərinlikdə meydana gəlib.
Bu səhər Filippinlərin cənubunda baş vermiş 7,4 bal gücündə zəlzələdən bir neçə saat sonra bölgədə 6,9 bal gücündə ikinci bir zəlzələ qeydə alınıb. AFP xəbər agentliyinin yaydığı məlumata görə, bu gün səhər saatlarında baş verən güclü zəlzələnin ardından Mindanao adasında ikinci bir zəlzələ baş verib. Mütəxəssislər ikinci zəlzələnin ilk zəlzələnin artçı sarsıntısı ola biləcəyini bildiriblər.
Filippində 7,4 bal gücündə zəlzələ baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin yerin 62 kilometr dərinliyində qeydə alındığını bildirib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib. Dalğaların episentrə 300 kilometr məsafədəki sahil bölgələrində təsirli ola biləcəyi qeyd olunub.
Oktyabrın 2-də Marmara Dənizinin açıq sularında 5 bal gücündə zəlzələ baş verib. Zəlzələ Tekirdağ şəhər mərkəzi və rayonlarında, həmçinin İstanbul və ətraf əyalətlərdə hiss olunub. Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya zəlzələ ilə bağlı sosial şəbəkədə, açıqlamasında bildirib ki, Fəlakət və Təcili Vəziyyətlər İdarəsi (AFAD) və əlaqədar qurumların bütün briqadaları sahə yoxlamalarına başlayıb.
Filipinlərin Palompon bölgəsinin qərbində, 30 sentyabrda baş verən 6,9 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 72-yə çatıb. Palomponun qərbində və Cebu əyalətinin sahilində baş verən zəlzələdən sonra itkilər artmaqda davam edir. Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Şurasından (NDRRMC) verilən açıqlamada, 6,9 bal gücündə zəlzələdə ölənlərin sayının 72-yə yüksəldiyi bildirilib.
Türkiyənin Ərzurum vilayətində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ Ərzurum vilayətində yerli vaxtla saat 11:29da (Bakı vaxtı ilə saat 12:29-da) baş verib. Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə yerləşib. İnsan tələfatı və ya dağıntılar barədə məlumat yoxdur.
İndoneziyanın Sumatra adası sahillərində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri 300 mindən çox əhalisi olan Benkulu şəhərindən 176 kilometr şimal-qərbdə, yeraltı təkanların ocağı isə 67 kilometr dərinlikdə yerləşib. İnsan tələfatı və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.
Hindistanın şimalında 5,7 bal gücündə zəlzələ qeydə alınıb. AzerVoice-un məlumatına görə, Bakı vaxtı ilə saat 15:11-də baş verən zəlzələnin episentri Assam ştatının Tezpur şəhərindən 41 kilometr şimal-qərbdə, Butan sərhədindən təxminən 33 kilometr məsafədə yerləşib.