2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Qazaxıstana dəri məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 57,5 faiz azalaraq, 5 milyon 923 min 59 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Qazaxıstana dəri məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 49,1 faiz azalaraq, 4 milyon 128 min 23 dollara çatdırıb.
#Qazaxıstan
2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Qazaxıstana avtomobil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 38,8 faiz azalaraq, 12 milyon 293 min 20 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Qazaxıstana avtomobil ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 54,3 faiz azalaraq, 6 milyon 115 min 14 dollara çatdırıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Kazatomprom” şirkətinin idarə heyətinin sədri Meyirjan Yusupovu qəbul edib və şirkətin 2025-ci il üzrə fəaliyyəti ilə bağlı hesabatı dinləyib. Şirkət rəhbərliyi bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq geoloji kəşfiyyat işləri genişləndirilir və ölkənin xammal bazası gücləndirilir. Ümumi sahəsi 1000 kvadrat kilometrdən çox olan altı yeni perspektivli uran yatağı üzrə portfel formalaşdırılıb. 2030-cu ilə qədər geoloji kəşfiyyata yatırımların 75-85 milyard tenge səviyyəsində olması planlaşdırılır.
2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz azalaraq, 14 milyon 107 min 44 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Qazaxıstana elektrik avadanlıqları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz azalaraq, 5 milyon 627 min 37 dollara çatdırıb.
İyunun 30-dək 18–27 yaş arası 21 mindən çox vətəndaş Silahlı Qüvvələrə, Milli Qvardiyaya, Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə, Fövqəladə Hallar Nazirliyinə və Dövlət Mühafizə Xidmətinə göndəriləcək. Çağırış vərəqələri vətəndaşlara SMS mesajlar və eGov portalı vasitəsilə ən azı üç gün əvvəl göndərilir. Bu bildiriş rəsmi çağırış sayılır və vətəndaşların hərbi komissarlıqlara vaxtında müraciət etməsi tələb olunur.
2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Qazaxıstana tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz azalaraq, 11 milyon 491 min 91 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Qazaxıstana tekstil ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq, 6 milyon 564 min 59 dollara çatdırıb.
Türkiyə Xarici İşlər Nazirliyi Qazaxıstanda keçirilən konstitusiya referendumu ilə bağlı rəsmi bəyanat yayıb. Nazirlik ölkənin dövlət idarəçiliyində mühüm dəyişiklikləri nəzərdə tutan bu ümumxalq səsverməsinin dinc və təhlükəsiz şəraitdə keçirilməsindən məmnunluğunu ifadə edib. Açıqlamada qeyd olunub ki, referendum nəticəsində Qazaxıstan Konstitusiyasına edilən düzəlişlər qardaş ölkənin gələcək inkişafı və sabitliyi üçün mühüm addımdır.
2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Qazaxıstana hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 60,1 faiz azalaraq, 33 milyon 743 min 22 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Qazaxıstana hazır geyim ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 63,8 faiz azalaraq, 17 milyon 191 min 38 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq, 1 milyard 328 milyon 486 min dollara bərabər olub.
Qazaxıstanda dövlət idarəetmə sistemində köklü dəyişiklikləri nəzərdə tutan yeni konstitusiya layihəsi üzrə referendum keçirilib. Qazaxıstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, səsvermədə iştirak payı 73,24 faiz təşkil edib. Bu o deməkdir ki, qeydiyyatda olan 12,4 milyondan çox seçicidən 9 milyon 126 min 850 nəfəri sandıq başına gedərək ölkənin gələcək hüquqi taleyini müəyyən etmək üçün səs verib. Qanunvericiliyə əsasən, seçicilərin yarısından çoxu səsvermədə iştirak etdiyi üçün referendum etibarlı hesab olunub.
"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.
Məlumata əsasən, Bakı vaxtı ilə saat 15:00-a olan məlumata görə, qeydiyyatdan keçmiş 200 seçicidən 135-i səs verib. Qeyd olunub ki, səsvermədə Azərbaycan ali məktəblərinin tələbələri, beynəlxalq təşkilatların və Qazaxıstan şirkətlərinin əməkdaşları, turistlər, eləcə də Beynəlxalq STEM Olimpiadasında iştirak etmək üçün Bakıya gələn Qazaxıstan məktəblilərinin valideynləri və müəllimləri iştirak edirlər. Bildirilib ki, Qazaxıstanın ibtidai sinif şagirdlərindən ibarət komandası komanda yarışında birinci yeri tutub. Səfirlik bildirib ki, seçki məntəqəsi Bakı vaxtı ilə saat 20:00-a qədər açıq olacaq.
2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Qazaxıstana sement ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,1 dəfə artaraq, 1 milyon 736 min 58 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Qazaxıstana sement ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,1 dəfə artaraq, 921 min 59 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artaraq, 337 milyon 19 min dollara bərabər olub.